Deputat Ali Məhkəməyə meydan oxuyur
Binəqədi Rayon Məhkəməsinin hakimi Kamran Əsədov deputat Elmira Axundova və qalmaqalların əsas qəhrəmanı olmaqla ad çıxaran oğlu Həbib Axundovun iddiası üzrə çıxardığı qətnamə təəcüb doğurub.
AzEuroNews.com xəbər verir ki, hakim Kamran Əsədov “Yeni Müsavat” qəzetinin 16.11.2015-ci il tarixli sayında dərc olunan “Müharibə veteranı deputatın əməllərindən prezidentə yazdı” sərlöhvəli yazıdakı fikirlərin təkzib olunmasını qət edib. Halbuki Kamran Əsədovun qətnaməsi “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə ziddir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır.
Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında qeyd olunub ki, Azərbaycan Respublikası “insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Hakim Kamran Əsədov Ali Məhkəmənin məlum Plenumunun qərarından xəbərsizdirsə, bu onun tutduğu vəzifəyə uyğunsuzluğunu ortaya qoyan məqam hesab edilməlidir. Xəbəri varsa, belə bir qərar veribsə, deməli qərəzlidir, yenə də onun hakim olaraq fəaliyyəti təftiş olunmalıdır.
Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının:
10.1 -ci maddəsinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir.
Avropa Məhkəməsinin qərarlarına diqqət etsək, görərik ki, deputat, ümumiyətlə məmurların tənqidə daha dözümlü yanaşmalıdırlar.
“Lingens Avstriyaya qarşı” (1986) qərarından oxuyuruq:
– Məqbul hesab edilən tənqidin hüdudları siyasətçi ilə bağlı olduğu halda özəl şəxslə bağlı olduğu haldakından daha genişdir. Sonuncudan fərqli olaraq, əvvəlki qaçılmaz olaraq və bilərəkdən özünün hər bir sözünün və hərəkətinin jurnalistlər və ümumi əhali tərəfindən tənqidi araşdırılmasına məruz qalır və bu səbəbdən o, daha çox dözümlülük nümayiş etdirməlidir.
Elmira Axundova isə belə etmir, barəsində fakt və sübutlarla bərkidilmiş xəbərləri təkzib olunması üçün məhkəməyə qaçır. İlk vəsatəti də özünün səs yazısının yayılmasının yasaqlanması haqda olur. Onun ardınca məhkəməyə oğlu da üz tutur. Eyni məzmunlu iddialar Binəqədi Məhkəməsində 2 ildən artıq 3 hakimin icraatını gəzir və sonda hakim Kamran Əsədov Ali Məhkəmənin Plenumunun qərarını rəhbər tutmaq əvəzinə Elmira Axundovanın, onun oğlu Həbib Axundovun maraqlarına uyğun qərar çıxarır. Və bu qərarın əsassızlığını təsdiqləyən fakt süburları da hakim görməzdən gəlir. Azərbaycanda məhkəmə hüquq islahatlarına yamaq qərar da elə bu görməməzliyin sübutu hesab olunmalıdır.
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 2024 10:24
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 2024 10:29
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09