Azərbaycanda ayı əti satmaq qadağandırmı - Maraqlı faktlar
Kriminal31 oktyabr 2019 11:28
6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Qəbələ rayonu Soltanmuxa kəndi yaxınlığında ayı ətinin satılması ilə bağlı daxil olan məlumat nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı "VAZ-2106" markalı 36-BL-273 dövlət nömrə nişanlı avtomobilin yük yerində ət aşkar edilib və mütəxəssislər tərəfindən ayı əti olduğu təsdiqlənib.
Avtomobilin sahibi Qəbələ rayonu Tikanlı kənd sakini Səyahət Şəfiyev barəsində akt tərtib olunub. Məsələyə hüquqi qiymət verilməsi və qanunamüvafiq tədbirlərin görülməsi üçün araşdırma materialları Qəbələ Rayon Prokurorluğuna göndərilib.
Bundan əvvəl də Şəkidə ayı cəmdəyi və iki aylıq diri ayı balası aşkar edilmişdi.
Qədim dövrlərdə bəzi insanlar güclü olmaq üçün nəinki ayı əti, onun iliyini yeyirmişlər. Bəzi dövrlərdə insanlar ayı ətindən geniş istifadə ediblər. Hətta təbabət kitablarında ayı ətinin və piyinin dərman olduğu, müxtəlif xəstəliklərin yaxşılaşmasına təsir göstərdiyi bildirilir.
Təbabətdə ayının piyi əl-ayaqdakı qırıq-çıxıq və burxulmalar olan yerlərə sürtüldüyü, bronxit xəstəliyinin müalicəsində ondan istifadə edildiyi qeyd edilir.
Saç tökülməsinə qarşı başa ayı piyi sürtürmüşlər. Revmatizm və bel ağrılarında da ayı piyindən geniş istifadə olunub.
Hazırda da ağırlıqları 40 kiloqramdan 780 kiloqrama qədər olan bu heyvanın ətindən istifadə edənlər var. Ayı ətinin kilosunun 8-10 manata satıldığını iddia edənlər də az deyil.
Ayının qaraciyərini çox yemək olmaz. Çünki vitamin zəhərlənməsi baş verə bilər. Qoyun, mal əti ayı ətindən yaxşıdır.
İslam dini isə ayı ətini qadağan edir. Ümumiyyətlə, din caynaqlı heyvanların (dovşan və s.) ətini yeməyi haram sayır.
Ayılar, ümumiyyətlə, həm ət, həm də otla bəslənən heyvanlardır. Bu heyvanların bəslənməsində ət, balıq və meyvə əhəmiyyətli yer tutur.
Ayılar meşələrin dərinliyində, gizlin yerlərdəki ağac oyuqlarında, ya da böyük qayaların arasında yaranan çuxurlarda, mağaralarda yaşayırlar.
Qış gəlməzdən əvvəl bol-bol bəslənərək kökələn ayılar qışda uzun müddət yuxuya da gedirlər. Amma bu uzun mürgüləmə gerçək bir qış yuxusu sayılmaz. Yəni hər an oyana və hərəkət edə bilərlər.
Ayılar təbiətdə yabanı olaraq 15-30 ilə qədər, tutulub insanlar tərəfindən saxlanıldıqda isə daha uzun müddət yaşaya bilirlər. Onların müxtəlif növləri var: boz ayı, qonur ayı, qütb ayısı, panda və s.
Ekoloq Telman Zeynalov "Yeni Müsavat”a bildirib ki, ayı əti satmaq qadağan deyil. Onun sözlərinə görə, burada söhbət təbiətə ziyan vurmaq və istehlakçının aldadılması faktından gedə bilər:
"Ola bilsin ki, həmin şəxs ayı ətini donuz və ya mal-qara əti adı ilə satırmış. Əgər ayı əti olduğunu söyləyib satarsa, buna görə kimsə qadağa qoya bilməz. Üstəlik, ayı əti yeməlidir. Əslində bütün ətlər yeməlidir. Yadınızdadırsa, Ziya Məmmədovun oğlunun ayı kəsdirib yeməsi xəbərləri yayılmışdı. Azərbaycan meşələrində ayı, pələng, şir var”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti rəhbəri İradə İbrahimova "Yeni Müsavat”a bildirib ki, qonur ayıların ovlanması qadağandır.
Onun sözlərinə görə, bu, cinayət sayılır və iş prokurorluğa göndərilir. Nazirlik sözçüsü qeyd edib ki, həmin ayılar Azərbaycanın "Qırmızı” kitabına düşmüş heyvanlardır.
Oxşar xəbərlər
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 2024 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 2024 08:37
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 2024 10:10
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 2024 11:29
Xəbər lenti
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
Video & Fotoqalereya
Video
Fotoqalereya