Səlim Müslümovun başı üzərində “qara buludlar”: 2500-dək saxta əlillik
Müsahibə26 oktyabr 2019 14:23
Aşkarlanan pozuntuların əksəriyyəti məhz sabiq əmək və sosial müdafiə nazirinin rəhbərliyi dövründə baş verib
Azərbaycanın sosial müdafiə sistemində baş verən qanun pozuntuları, korrupsiya halları zaman-zaman gündəmə gətirilib. Xüsusilə hər dəfə bu sahəyə məsul nazirliyin rəhbərliyi dəyişəndə əvvəlki nazirin dövründə yol verilmiş qanun pozuntuları geniş şəkildə cəmiyyətə açıqlanıb. Hər yeni rəhbərlik sosial müdafiə sahəsində - pensiyaların, əlilliyin, müxtəlif müavinət və yardımların təyinatında korrupsiyanın qarşısını alacağını bəyan edib. Lakin üstündən az keçmiş verilən vədlər yaddan çıxıb, proseslər yenidən əvvəlki neqativ məcrasına qayıdıb.
Belə gurultulu vədlərlə çıxış edən nazirlərdən biri də Səlim Müslümov idi. O, əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunduqdan sonra müxtəlif xidmətlərin elektronlaşması istiqamətində ciddi addımlar atılsa da, bütövlükdə sistemdə kök salmış korrupsiyanı aradan qaldırmaq mümkün olmadı.
Baxmayaraq ki, keçirdiyi kollegiya iclaslarında rayon şöbə rəislərini nümayişkaranə şəkildə vəzifədən azad etməsi, əlilliyin təyin olunması sahəsində məmur-vətəndaş təmaslarının azaldılması üçün atılan bir sıra addımlar ictimaiyyət arasında onun şəffaflıq yaradacağına dair ümidləri artırmışdı. Az keçmədən məlum oldu ki, atılan addımlar real vəziyyətdə çox cüzi dəyişikliklərə gətirib çıxartdı. Sistemdəki problemləri Hesablama Palatasının apardığı yoxlamalar da üzə çıxardı. Məlum oldu ki, 2017-ci ildə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar da nəzərə alınmaqla, əlilliyə görə pensiya və müavinət alanların ümumi sayı Qubadlı (12 faiz), Daşkəsən (11,2 faiz), Kəlbəcər (11 faiz), Yardımlı (10,6 faiz), Gədəbəy (9,5 faiz), Cəlilabad (8,8 faiz), Ağcabədi (8,6 faiz), Mingəçevir (8,5 faiz), İsmayıllı (8,3 faiz) rayonlarında ölkə üzrə göstəricidən (6,1 faiz) xeyli yüksəkdir.
2018-ci ilin aprelində S.Müslümovu nazir postunda əvəzləyən Sahil Babayev fəaliyyətə başladığı ilk aydan etibarən əlilliyin təyinatı sahəsində vəziyyəti kəskin tənqid edərək, bu sahədə ciddi dəyişikliklərin aparılmasının zəruri olduğunu bildirdi. Dəfələrlə bu məsələnin üstündə dayanan nazir 4 rayonun TSEK sədrini bir gündə işdən azad etdi. Eyni zamanda əlilliyin təyinatı prosesinin elektronlaşdırılması istiqamətində S.Müslümovun dövründə başladılan işlər daha da təkmilləşdirilməklə davam etdirildi.
S.Babayevin təyinatından keçən dövr ərzində gördüyü işləri ölkə prezidenti yüksək qiymətləndirməklə yanaşı, sosial müdafiə sahəsində ciddi pozuntuların olduğunu da dilə gətirib: "Sosial müdafiə sahəsində nə qədər pozuntular olub. Yeni nazir Sahil Babayev bunları üzə çıxardı və çox ciddi islahatlar aparır”.
Nazirin özünün mətbuata verdiyi məlumata görə, indiyədək aparılan araşdırmalar nəticəsində 2500-dək yanlış əlillik təyinatı aşkar edilərək ləğv olunub. S.Babayev bu istiqamətdə araşdırmaların davam edəcəyini deyib, əlaqədar strukturlara yeni əlillik təyinatlarının aparılmasına ciddi nəzarətin həyata keçirilməsini tapşırıb.
Ölkə prezidenti bu ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş hökumət müşavirəsində dövlətin əsas sosial müdafiə alətlərindən biri olan ünvanlı sosial yardımın təyinatı prosesində ciddi qanunsuzluqlara yol verildiyini, ehtiyacı olmayan şəxslərə yardım təyin olunduğunu bildirib.
S.Babayevin açıqladığı məlumatlardan aydın olur ki, araşdırma və təhlillər nəticəsində nazirlik 1800 nəfərin saxta yollarla ünvanlı dövlət sosial yardımı aldığını müəyyən edib və həmin şəxslərə yönələn yardımlar dərhal dayandırılıb. Daha minədək şəxsin də saxta şəkildə sosial yardım aldığına dair şübhələr var ki, onlarla bağlı da eyni tədbirlər görülməklə, onlara yönələn yardımlar dayandırılacaq. Nazir həmçinin saxta yollarla sosial yardım almağa şərait yaradan, bunun üçün bilərəkdən qısa müddətli əmək müqavilələri bağlayan, yaxud əmək müqavilələrində bilərəkdən əmək haqlarını reallıqda olduğundan az göstərməklə işçilərinin böyük qisminin sosial yardıma çıxışına süni imkan yaradanlarla bağlı da hüquq-mühafizə orqanlarına müraciət olunacağını bildirib.
Ötən il ərzində əlillik təyinatı 60 faiz azalıb. I qrup üzrə isə əllilik faizi 70 faiz azalıb. S.Babayevin bu barədə mətbuata verdiyi məlumata görə, saxta əlilliyə görə vəzifəsindən azad olunanlar, hətta cinayət işi açılanlar da var: "Əlilliyi ləğv olunan günədək pensiya alanlara ödənilən vəsait vəzifəli şəxslər tərəfindən geri ödənilməyə başlayıb. Artıq 1 milyon manata yaxın vəsait geri qaytarılıb. Ləğv edilən əlilliklərə görə ödənilən vəsaitlərin büdcədə qalması il ərzində 3 milyon manata qənaət deməkdir”.
Nazirin sözlərinə görə, aparılan optimallaşma, eyni zamanda əsassız əldə edilən pensiyaların ləğvi nəticəsində artıq cari ilin 9 ayı ərzində 99 milyon manata qənaət edilib: "Növbəti dövrlər ərzində bu məbləğ daha da artacaq və əmək pensiyalarının davamlı şəkildə artımı təmin ediləcək”.
Göründüyü kimi, ötən ildən etibarən sosial müdafiə sistemində kök salmış korrupsiya hallarının aşkarlanaraq, aradan qaldırılması istiqamətində tədbirlərin davamlılığı təmin edilir. Bu isə saxta əlilliyin, ünvanlı yardımın təyin olunduğu dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbərlik etmiş S.Müslümovu diqqət mərkəzinə gətirir. Aşkarlanan pozuntuların əksəriyyəti məhz onun rəhbərliyi dövründə baş verib. Ölkə rəhbəri də sosial müdafiə sahəsindəki pozuntuları kəskin pisləyib. Bütün bunlar ƏƏSMN-in əvvəlki rəhbərliyinin başı üzərində qara buludların dolaşdığından xəbər verir.
Qeyd edək ki, hazırda S.Müslümov Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsində çalışmaqdadır.
Mənbə: Musavat.com
Oxşar xəbərlər
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- 1 nömrəli qanuni oğru kor olub
24 mart 2024 19:59
- İki gün qaldı - 4 kəndimiz qaytarılır...
22 mart 2024 19:56
- AZƏRBAYCANDAKI BEŞİNCİ KOLON-UN İŞİ ÇƏTİNDİR... – Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək
22 mart 2024 17:39
- Deputat özünü Bakının KOR XƏLİFƏSİ zənn edir... - GÖRÜNƏNİ BUDUR...
22 mart 2024 16:16
- Monqolustanda 40 dərəcə şaxta: 4,7 milyon heyvan tələf oldu və aclıq başladı
22 mart 2024 13:37
- Amerikalı kişi 3600 qartalı öldürdüyünü etiraf etdi
21 mart 2024 23:52
- Tarixdə adı olmayan xalq: Ermənilər kimlərdir? - Bilmədiyimiz faktlar açıqlandı
21 mart 2024 19:19
- Türkiyə iqtisadiyyatı Almaniya və Yaponiyanı da arxada qoyacaq
20 mart 2024 18:57
- 80 yaşlı amerikalı qanunsuz olaraq qoyun və arqarların nəhəng hibridlərini yetişdirib
17 mart 2024 19:38
Xəbər lenti
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
Video & Fotoqalereya
Video
Fotoqalereya