Keçmiş məmurun şirkəti tenderləri necə qazanır? - Əhməd Əhmədzadənin daimi müştərisi
Müsahibə22 oktyabr 2019 13:49
Müstəqil ekspertlərin əksəriyyəti Azərbaycanda büdcə vəsaitlərinin xərclənməsində ən çox şişirtmələrə və korrupsiya hallarına yol verilən istiqamət kimi dövlət qurumlarının keçirdikləri tenderləri göstərirlər. Xüsusi sübuta ehtiyacı olmayan həmin iddiaları bu və ya digər dövlət qurumunun tenderlərini 2-3 ayın, hətta bir neçə günün şirkətlərinin "udması”, yaxud bir nazirliyin tenderlərini daim eyni şirkətlərin qazanması da təsdiqləyir.
Azpolitika.info-nun yazdığına görə, Azərbaycanda tenderləri qazanan iri şirkətlərin böyük əksəriyyəti məmur-oliqarxların, yaxud onların ətrafındakı şəxslərindir. Kiçik araşdırma aparmaq kifayətdir ki, dövlət qurumlarının hansı şirkətlərlə "işlədiklərini” və bu şirkətlərin kimlərə aid olduğunu aydınlaşdırasan.
Məsələn, ötən gün mətbuatda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin keçirdiyi 6.5 milyon manatlıq 3 tenderin qalibləri bəlli olub. Bunlar "Gidromaşservis” QSC ilə Füzuli rayonu ərazisində 1200 ha əkin sahəsi olan təsərrüfatın suvarma suyu ilə təmin edilməsi ilə əlaqədar 2 milyon 560 min 767 manatlıq, UĞUR-TİKİNTİ MMC ilə Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işləri ilə bağlı tədbirlərlə bağlı 1 milyon 824 min 399 manatlıq və "Azəri Servis LTD” MMC ilə Ağcabədi rayonunda yaradılan aqroparkın 850 ha əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün 2 milyon 212 min 500 manatlıq müqavilələrdir.
Sonuncu şirkətlə, yəni "Azəri Servis LTD” ilə bağlı kiçik araşdırmamız göstərdi ki, bu şirkət Meliorasiya və Su Təsərrüfatı ASC-nin "daimi müştərisidir”. Onun sahibi isə Nasir Nadir oğlu Mustafazadədir. O, 2000-ci ildən "Azəri Servis LTD” MMC-nin sahibidir. Əvvəllər "Azərkəndsutəchizatı” Dövlət Konsernində çalışıb. Onun məhz Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyinə yaxınlığına dair məlumatlar var.
"Azəri Servis LTD”-nin əsas sifarişçiləri uzun illərdir Əhməd Əhmədzadənin rəhbərlik etdiyi "Meliorasiya və Su Təsərrüfatı”ASC, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, "Azərsu” ASC, Bakı şəhəri Mənzil Kommunal Departamenti və rayon icra hakimiyyətləridir. Bu şirkətin son zamanlarda qazandığı tenderlərin siyahısı ilə tanış olmaq kifayətdir ki, onun "çapı” barədə təsəvvür yaransın.
Əsasən tender yolu ilə aldığı dövlət sifarişləri:
– 8 qəsəbədə qəsəbədaxili yol, su təchizatı və elektrik təchizatı şəbəkələrinin tikintisi;
– 8 qəsəbədə daxili drenaj və suvarma şəbəkələrinin tikintisi;
– 4 yeni yaşayış məhəlləsində məhəllədaxili istilik təchizatı şəbəkəsinin qazanxana ilə birlikdə tikintisi;
– 16 məcburi köçkün qəsəbəsində yol-küçə şəbəkəsinin tikintisi;
– 8 qəsəbədə abadlıq işləri;
– 2 qəsəbədə yolların təmiri və bərbası işləri;
– 1 ədəd avtomobil körpüsünün,
– 5 ədəd 5 mərtəbəli 80 mənzilli,
– 1 ədəd 4 mərtəbəli 16 mənzilli,
– 1 ədəd 88 mənzilli 5 mərtəbəli,
– 1 ədəd 43 mənzilli 5 mərtəbəli yaşayış binalarının,
– 934 fərdi yaşayış evinin,
– 4100 şagird yerlik 8 ədəd məktəb binalarının tikintisi;
– 1 ədəd məktəb binasının təmiri və bərpası;
– 5 ədəd feldşer-mama məntəqəsinin,
– 2 ədəd ambulatoriya binasının,
– 2 ədəd 50 yerlik,
– 1 ədəd 115 yerlik uşaq baxçasının,
– 3 ədəd inzibati binanın,
– 4 ədəd klub-icma mərkəzinin,
– 2 ədəd rabitə evinin,
– 5 ədəd poçt şöbəsinin,
– 1 ədəd yanğınsöndürmə deposunun tikintisi.
– 7 yeni qəsəbənin ərazisində mühəndis hazırlığı, sel sularından mühafizəsi işləri;
– 2 yeni yaşayış məhəlləsində şaquli plandışdırılma işləri;
– Respublikanın 5 rayonunun ərazisində açıq suyığıcı və qapalı suyığıcı qurğuların,
– 4 rayonda nasos stansiyasının tikintisi,
– 7 ədəd subartezian quyusunun qazılması,
– 3 ədəd torpaq bənd, 1 rayonda beton bənd və açıq və qapalı drenlərin tikintisi,
– 4 rayonda Suvarma və Dranaj Şəbəkələrinin Bərpası işləri,
– 1 rayonda Gənclər Mərkəzinin tikintisi,
– Bakı şəhərində su xəttinin çəkilişi və s.
Nadir Mustafazadənin ölkə xaricindəki bizneslərilə bağlı isə bir müddət əvvəl müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənlinin araşdırması dərc edilmişdi. Orada göstərilirdi ki, iki il əvvəl alman mətbuatı Almaniyanın Frankfurt şəhərində türk işadamı Muharrem Erdoğduya aid "RAKS AG” şirkətinin 2012-ci ildə 554 mənzildən ibarət bir binanı satın aldığı, bir müddət sonra isə 150 min avro elektrik borcu üzündən əmlakına əl qoyularaq hərraca çıxarıldığı barədə məlumat yayıb.
Məlum olub ki, şirkət binanı Nasir Mustafazadə adlı Azərbaycan vətəndaşından satın alıb. Yəni 554 mənzilin əvvəlki sahibi bu şəxs olub. Mənzillərin ümumi sahəsi 31 min 670 kvadrat metrdir. O da məlum olub ki, əmlakçılar tərəfindən 22 milyon 800 min avro dəyərində qiymətləndirilən binanın texniki pasportuna görə, cənab Mustafazadə binanı 2010-cu ilin iyununda alıb. Əmlakın 75 faizi onun, 25 faizi isə 72 yaşlı şəriki Sadik Tekin Evrenin adına rəsmiləşdirilib. Bundan bir il sonra Evren dünyasını dəyişib və N.Mustafazadə bu əmlakın tək sahibi olub.
Yəqin ki, təkcə bu fakt Azərbaycanda tenderlərdə "qazanılan” pulların ölkədən nə üçün çıxarıldığı və haralara qoyulduğu barədə müəyyən təsəvvür yaradır…
Oxşar xəbərlər
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 2024 10:05
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Rusiyada millətçi çağırışlar – Kadırovdan etiraz gəldi
24 mart 2024 22:03
- 1 nömrəli qanuni oğru kor olub
24 mart 2024 19:59
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
- 26 ildir restoranda yemək yeyən qarğa insan kimi danışır - VİDEO
23 mart 2024 21:35
- DƏLLƏK necə TERRORÇU oldu? - SENSASİON FAKTLAR
23 mart 2024 20:47
Xəbər lenti
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
Video & Fotoqalereya
Video
Fotoqalereya