Andropov və Suslov Qorbaçovu Şelokovdan necə xilas edib?
Kriminal6 oktyabr 2019 12:29
Hələ Stavropol diyar Partiya Komitəsində birinci katib işləyərkən Mixail Qorbaçov öz mövqeyini qorumaq üçün Kreml məmurları ilə isti münasibətlər yaratmağı bacarıb. Stavropolun kurort şəhərlərinə, Yessentuki, Koslovodsk, Mineralnı Vodı, Jeleznovodsk, Pyatiqorska müalicə və istirahətə gələn siyasi elitanın təmsil edənlərdən Qorbaçov heç vaxt öz səxavətini əsirgəməyib və onlarla dostluq münasibətləri yaradıb. Elə Yuri Andropovla da ailə dostluğu məhz kurort görüşlərindən başlayıb. Amma bu cür münasibətləri hamı ilə qurmaq mümkün olmayıb. Kremldən Qorbaçova diş qıcayanlar da tapılıb.
1973-cü ildə statistik göstəricilərə görə, Stavropol kriminal hadisələrin daha çox baş verdiyi diyar kimi qeyd olunanda, Qorbaçov ciddi tədbirlərə əl atıb.
Diyar daxili işlər baş idarəsində ciddi yoxlamalar aparılıb, idarənin rəhbərliyi və onlarla zabit xidmətdən xaric olunub. Bütün bunları Qorbaçovun daxili işlər naziri Nikolay Şelokovla məsləhətləşmədən etməsi ikisinin arasında ciddi konfliktə səbəb olub.
Brejnev hakimiyyəti dövrünün ən "səlahiyyətli” nazirlərindən biri olan Şelokov Qorbaçova layiqli cavab vermək üçün hərəkətə keçib. O, diyarda yoxlamalar aparmaq üçün nazirlikdə yaradılmış xüsusi komissiyanı Stavropola göndərib. Komissiyaya SSRİ daxili işlər nazirinin müavini Boris Şumilin rəhbərlik edib.
Üç həftəlik yoxlamalardan sonra komissiyanın ümumi rəyinin sonu bir cümlə ilə bitib:
"Stavropol diyar Partiya Komitəsinin rəhbərliyinin diyara nəzarəti sıfır dərəcəsində olduğundan, onun şəhər və rayonlarında xeyli sayda qanun pozuntuları aşkar edilmişdir. Qanun pozuntuları ilə bağlı sənədlər arayışa əlavə olunur”.
Yoxlamaların sonuncu günü komissiyanın rəhbəri Boris Şumilin Mixail Qorbaçovla görüşüb və aralarında kiçik bir dialoq olub:
- Mixail Segeyeviç, ölkənin bütün bölgələrində qayda-qanun hökm sürür. Stavropolda isə hər addımbaşı özbaşınalıqla üzləşmək olar və bütün bunlar birinci katib kimi sizin gözləriniz önündə baş verir, diyarda partiya nəzarəti yox dərəcəsindədir.
Çox hiddətli və əsəbi görünən Qorbaçov nazir müavininin iradlarına sərt cavab verib:
- Bu oyunların haradan gəldiyini yaxşı bilirəm və diqqətinizə çatdırıram ki, mən öz mövqeyimdən geri çəkilməyəcəm. Bunu mənim adımdan Şelekova da çatdırarsınız.
Komissiya üzvləri Moskvaya qayıtdğı gün elə aeroportda Boris Şumilinə məlumat veriblər ki, o, sənədlərlə birlikdə təcili olaraq Mərkəzi Komitənin katibi Mixail Suslovun yanına yollansın.
Suslovla Şumilinin görüşü uzun çəkməyib. Şumilin toplanmış marterialları təqdim edib, diyardakı vəziyyətlə bağlı ümumi məlumat verib. Mixail Suslov ilkin qərarını bildirib:
- Biz sənədlərlə yaxından tanış olduqdan sonra məsələni Siyasi Büronun iclasına çıxaracağıq və günahı olanlara müvafiq cəzalar veriləcək.
Yuri Andropovla Mixail Suslovun münasibətləri heç vaxt isti olmayıb. Amma buna baxmayaraq, məsələlərdən xəbərdar olan Andropov Qorbaçova görə Suslova zəng etmək məcburiyyətində qalıb:
- Mixail Andreyeviç, Stavropoldakı vəziyyətlə bağlı öz xəttimizlə mən də araşdırmalar aparmışam. Mən belə düşünürəm ki, Şelokov hadisələri daha çox şişirdərək Qorbaçovu ləkələmək istəyir. Məncə, bu, yolverilməzdir, məsələnin Siyasi Büronun iclasına çıxarılması lüzumsuzdur. Biz perespektivli partiya kadrlarımızı Şelokovun korrupsiya yuvasına çevirmiş nazirliyinin ayaqları altına atmamalıyıq.
Suslov bu dəfə Andropovun dedikləri ilə razılaşıb. Vəzifə baxımından da, Mərkəzi Komitənin katibi kimi Suslov diyar Partiya Komitəsinin birinci katibini, Qorbaçovu müdafiə etməyi özünə borc bilib və Şelokova zəng edərək məsələyə son qoyub, amma əmr və göstərişlə deyil, xahişlə:
- Biz materiallarla tanış olduq, müəyyən araşdırmalarımız da olacaq, amma sizdən xahiş edirəm, bu məsələni yenidən səs-küyə salmayasınız.
Beləliklə, Qorbaçov Andropovun vasitəsi ilə Şelokovun zərbəsindən xilas olub. Bir neçə ildən sonra isə elə onun təşəbbüsü və canfəşanlığı ilə Moskvada, Mərkəzi Komitədə yüksək vəzifələrdən birinə yiyələnib.
Şelokovla Andropovun mübarizəsi isə davam edib. O həddə qədər davam edib ki, Nikolay Şelokov və həyat yoldaşı Svetlana Şelokova intihar ediblər.
Mənbə: Musavat.com
Oxşar xəbərlər
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 2024 22:41
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 2024 13:54
Xəbər lenti
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
Video & Fotoqalereya
Video
Fotoqalereya