SSRİ-nin ən qalmaqallı şərabçılıq maxinasiyası: Mikoyanın cinayətkar dəstəsi
Maraqlı2 oktyabr 2019 12:17
- Mən axşam sizi restorana dəvət edirəm, buna görə sizə istədiyiniz qədər pul verəcəm.
- Dəvətinizə görə çox sağ olun, amma mən onu qəbul edə bilməyəcəm və mən pula satılmıram.
İmtina cavabını eşidən kişi qızın qolundan tutur, o biri əli ilə pencəyinin cibindən bir topa pul çıxarıb qızın üzünə çırpır:
- Sən bu qədər qudurmuş fahişəsən ki, mənim sözümdən çıxırsan?
1952-ci ilin iyun ayında Moskvanın məşhur restoranlarının birində baş verən dava günün səsli-küylü mövzusuna çevrilərək mərbuata da sızır. Müştərinin xidmətçi qıza intim təklifi müştəri ilə restoran işçilərinin arasında davaya səbəb olur. Münaqişə müştərinin restoran işçilərinə odlu silahdan atəş açması ilə yekunlaşır. Üç nəfər yaralanır, silahlı müştəri Tengiz Alabidze isə milislər tərəfindən saxlanılır. Bu insident böyük bir cinayətin üstünün açılmasına səbəb olur...
Tengiz Alabidze 1949-cu ildən Kuybışevdə şərab zavodunun direktoru işləyib. Buna qədər o, Tbilisidə hamam-camaşırxana kompleksinin müdiri olub. Bu hamam Tbilisidə gizli fahişəxana kimi tanınıb. Müharibədən yayınan Tengiz Alabidzeni bu hamam kifayət qədər zənginləşdirib. Amma buna baxmayaraq, o, daha çox varlanmaq üçün yollar axtarıb. Tbilisidəki erməni dostlarından biri ona "kömək” etmək qərarına gəlib, Alabidzeyə onu Moskvada böyük bir adamla tanış etməyi söz verib.
Beləliklə, dostlar Moskvaya yollanıblar. Dostunun vasitəçiliyi ilə Alabidze SSRİ Yeyinti Sənayesi Nazirliyinin şərabçılıq baş idarəsinin rəis müavini, milliyətcə erməni olan Nikolay Mirzəyanla tanış olub. İki günlük danışıqlardan sonra Mirzəyan Alabidzeyə Kuybışevdəki (indiki Samara) şərab zovuduna direktor vəzifəsini təklif edib.
Qeyd edək ki, Mirzəyan vəzifə ranqına görə böyük səlahiyyətlərə sahib olmasa da, o, bu nazirlikdə ən ötkəm və sözü keçən şəxslərdən biri olub. Anastas Mikoyanın kadrı və ona ən yaxın adamlarından biri sayıldığından Mirzəyan bu nazirlikdə istədiyi kimi hərəkət edə bilib. Ölkənin bütün şərabçılıq müəssisələri birbaşa onun nəzarəti altında olub. Sonralar o da məlum olub ki, Mirzəyan Alabidzeni zavod direktoru təyin etdiyinə görə 170 min rubl rüşvət alıb.
Erməni "dayı”sına arxayın olan Alabidze zavod direktoru kimi fəaliyyətə başlayanda böyük məbləğlərdə pul qazanmaq üçün xüsusi mexanizm yaradıb. Onu da qeyd edək ki, həmin dövrdə ölkədə alkoqollu içkilərin qıtlığı olub. Alkoqollu içkilərin istehsalını, satışını şəxsən Stalin öz nəzarətində saxlayıb. Əsas məqsəd o olub ki, "işbaz”lar bu sahədə bazara müdaxilə edə bilməsinlər. Amma bu "təhlükə” Alabidzeni qorxutmayıb.
Əvvəlcə Alabidze gizli sövdələşmələr nəticəsində zavoda daxil olan şərab xammallarının spirt faizinin daha çox olmasına nail olub. Belə olduğu halda daha çox hazır məhsul əldə etmək mümkün olub ki, onların satışından gələn pullar Alabidzenin şəxsi büdcəsinə axıb. Sözsüz ki, hazır məhsulu satışa çıxarmaq üçün şüşə qablara və onların etiketlərinə tələbat yaranıb.
Alabidze zavoddan kənarda şüşə qabların qəbul məntəqəsini açıb və boş şüşələr digər qəbul məntəqələrindən daha baha qiymətə qəbul olunub. Bununla yanaşı, o, mətbəələrin birindən çap dəzgahı alıb və həmin dəzgahda istənilən qədər etiketlər çap olunub.
Hazır məhsulların satışı Alabidze üçün problem olmayıb. Zavodda qalan qayimə-faktura ilə hazır məhsulları daşıyan maşınlara verilən qayimə fakturalar fərqli olub. Mal restoran, kafe, mağazalara çatdırıldıqdan sonra saxta qayimə-fakturalar ləğv edilib. Digər tərəfdən, Alabidze onun işinə müdaxilə etmək səlahiyyətində olanlarla da dil tapıb. Ən əsası isə o, ayda bir dəfə Moskvaya gedib "dayı”sı Mirzəyanın haqqını verməyi də unutmayıb.
Beləliklə, 3 il ərzində Mirzəyan və Alabidzenin qarşılıqlı fəaliyyəti nəticəsində 20 milyon pul qazanılıb. Mövcud dövr üçün bu ağılasığmaz bir məbləğ sayılıb.
Restorandakı davadan sonra hüquq-mühafizə orqanları Tengiz Alabidzenin fəaliyyətini ciddi araşdırmağa başlayıblar. SSRİ Daxili İşlər Nazirliyinin sosialist əmlakının dağıdılmasıyla mübarizə idarəsinin (SƏDMİ – rusca OBXSS) əməkdaşları Kuybışevə ezam olunublar. İki həftəlik araşdırmalardan sonra Alabidzenin bütün maxinasiya həlqələri tam aşkar olunub. Həlqənin digər tərəfindəki Mirzəyan da kənarda qalmayıb.
Axtarış zamanı Mirzəyanın evindən nağd şəkildə 2 milyon 800 min, ailəsindən kənar yaşadığı məşuqəsinin evindən isə 1 milyon rubl tapılıb. Tengiz Alabidzenin təkcə Tbilisidəki mənzilindən 3 milyon rubl, 600 min rubl dəyərində qızıl aşkar olunub.
Mikoyan bu məsələyə tam müdaxilə edə bilməsə də, həmyerlilərini ən ağır cəzadan xilas edə bilib. Məhkəmənin hökmü ilə Mirzəyan və Alabidze 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
Mənbə: Musavat.com
Oxşar xəbərlər
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- 1 nömrəli qanuni oğru kor olub
24 mart 2024 19:59
- Qırğızıstan rəhbərinə sui-qəsd hazırlayan 5 nəfər Azərbaycan vətəndaşı saxlanıldı
23 mart 2024 14:19
- Məşhur marşalın oğlu vəfat etdi
22 mart 2024 16:35
- Bu gün İsmayıl Şıxlının 105 yaşı tamam olur
22 mart 2024 12:35
- Bu gün unudulmaz sənətkar, Xalq artisti Rübabə Muradovanın doğum günüdür - FOTO
22 mart 2024 10:22
- Day-dayım olsaydı, qısa zamanda … - Aysel Əlizadə
21 mart 2024 22:16
Xəbər lenti
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
Video & Fotoqalereya
Video
Fotoqalereya