Anar Rzayev dənizdə boğulub – Son anda

Xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar bu günlərdə ölüm təhlükəsi ilə üz-üzə qalıb.
Bu barədə o, “Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində bildirib. Onun sözlərinə görə, bu günlərdə ailəlikcə qardaş Türkiyəyə istirahətə gedib.
İstirahətinin son günlərində, Azərbaycana dönməyə bir gün qalmış Egey dənizində boğulmaqdan son anda xilas olub. Xalq yazıçısı hadisəni belə nəql edib: “Orda ailə ilə bir yerdə dincəlirdik. Amma dəniz turuna tək çıxmışdım. 6 saatlıq tur idi. Çox maraqlı idi. Adalar, qədim yunan mifləri ilə bağlı məkanlar...
Odisseyin səyahəti həmin adalarla bağlıdır. Az qaldı mən də Odissey kimi əfsanəyə dönəm”.
Anar Rzayev deyib ki, səyahət zamanı hər saatdan, yaxud saat yarımdan bir gəmi limana yaxınlaşırmış: “O saat uşaqlar, cavanlar dənizə tullanıb çimirdilər. Axırıncı dəfə gəmi sahildən bir az aralı dayandı. Dedim madam ki, çıxmışam, bir dəfə mən də çimim.
Otelin hovuzunda çimirdim, dedim dənizə də baş vurum. Özümü göyərtədən dəniz atdım. Demə, gəmi dənizin lap dərin yerində dayanıbmış. Dərinlik bəlkə də üç mən hündürlükdəydi. Boğulurdum, su ağzıma dolurdu”. Xalq yazıçısı deyir ki, o anda kimisə haraylamaq ağlına gəlməyib, xilasedicilər də olmayıb: ““Fəryad” qışqırım, ya türkcə “imdad” qışqırın, “SOS” deyim, heç ağlıma da gəlmirdi. Dalğalar da məni gəmidən uzaqlaşdırırdı. Üzməyə çalışıram, amma dalğalara müqavimət göstərə bilmirəm. Birdən səs gəldi ki, “Anar müəllim, əlinizi verin!” Əlimi uzatdım. Tutdu əlimdən, gəmiyə doğru dartdı. Gəmiyə çatandan sonra məhəccərdən yapışıb yuxarı qalxdım. Ramil adlı həkim orda olmasaydı, bəlkə də fəlakət olacaqdı. Demə, o da ailəsi ilə istirahətə gəlibmiş. Yoldaşı da həkimdir, iki dənə də balaca uşağı var. Onlar da Azərbaycandan istirahətə gəlibmişlər. Dedi görüşərik. Amma səhəri gün mən Bakıya döndüm”.
Yazıçı dedi ki, bütün uşaqlığı Buzovnada keçib və üzməyi yaxşı bacarırmış: “Düzdür, axır vaxtlar üzmürdüm. Amma burda üzmək də deyildi. Dalğalar o qədər güclü idi. Həm də çox dərin idi. Bir var ayağınla təkan verəsən, qalxasan yuxarı. Bir də var ki, su üç mənim boyum qədər idi”.
Anar boğulmaq anında keçirdiyi hissləri də bölüşdü: “Doğrusu, o anda fikirləşməyə vaxt olmadı. Məndə heç qorxu da yox idi. Amma çıxandan sonra fikirləşdim ki, belə qəribə ölüm ola bilərmi? Bu yaşa çatmışam, bura istirahətə gəlmişəm, qayıtmağa bir gün qalmış dənizdə boğulum? Düşünürəm ki, əgər boğulsaydım, həyat üçün çox mənasız bir sonluq olardı. Bəlkə də kimlərsə sevinəcəkdi. Amma düşünürəm ki, sevinənlər olacaqdısa, olsun. Mən heç kəsin ölümünə sevinmirəm. Qoy özgənin ölümünə sevinənlər uzun yaşasınlar!”
- NATO yeni "düşməni"ni elan etdi: Çin nə qədər təhlükəlidir?
7 dekabr 2019 14:58
- Sağlamlıq və arıqlamaq üçün 6 qida məhsulu
6 dekabr 2019 08:59
- Bakıda daha bir tələbə dəm qazından öldü
5 dekabr 2019 12:21
- SOCAR dənizdə çalışan işçilərini tecili təxliyyə edir
1 dekabr 2019 21:36
- Anar Ələkbərov Prezidentin köməkçisi oldu
30 noyabr 2019 12:27
- Bu da yeni şöbə müdirləri - Siyahı
30 noyabr 2019 12:20
- Paytaxtdakı ali məktəblər bu əraziyə köçürülə bilər
29 noyabr 2019 11:16
- Xoca Stalinə görə SSRİ ilə düşmən olub
27 noyabr 2019 09:46
- Toya getməyə hazırlaşan 3 uşaq anası dəm qazından öldü
25 noyabr 2019 22:42
- İcra başçısının qəbulunda döşəmə uçdu -Yaralılar var
25 noyabr 2019 16:28
- Azay Quliyev namizəd olmaq üçün dairə tapa bilmir?
08 dekabr 15:21
- "Toy sahibləri toyxana mafiyasının ciblərini doldurur"
08 dekabr 15:02
- Kəskin qaraciyər çatışmazlığı - Əlamətləri, səbəbləri və müalicəsi
08 dekabr 13:39
- Laçın təhsil şöbəsinin keçmiş işçisi özünü asdı
08 dekabr 13:22
- Abbas Səhhətin kirayədə yaşayan nəvəsi - Video
08 dekabr 10:48
- Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi
08 dekabr 10:33
- “İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir”
08 dekabr 10:20
- Ziya Bünyadovun oğlu dünyasını dəyişdi
08 dekabr 10:06
- Bakıda bu metrostansiya uça bilər! - BAĞLANACAQ
07 dekabr 22:04
- Daha iki partiya seçkilərə qatılır
07 dekabr 21:54
- Deputat Elmira Axundovanın HƏQİQİ atası kimdir ?
07 dekabr 15:48
- Müsavat Partiyası parlament seçkilərində iştirak edəcək
07 dekabr 15:07
- NATO yeni "düşməni"ni elan etdi: Çin nə qədər təhlükəlidir?
07 dekabr 14:58
- Qar, yağış yağacaq, güclü külək əsəcək, yollar buz bağlayacaq
07 dekabr 13:13
- Etibar Məmmədov seçkiyə qatılmaq niyyətində deyil
07 dekabr 13:05
- “Xəzər” Televiziyasında təhvil-təslim işləri gedir
07 dekabr 12:56
- Dünən vəfat edən deputat Yevda Abramov kimdir? - DOSYE
07 dekabr 10:39
- Erməni diplomat: “Naxçıvanda böyük problemimiz var..
07 dekabr 10:21
- Nazir Ceyhun Bayramovun gizli hesabları üzə çıxdı
07 dekabr 00:21
- Xəbəriniz olsun: Bazar günü iş günü elan edildi
06 dekabr 23:29
- Qırğızıstanın sabiq Baş nazirlərinə 22 il həbs verildi
06 dekabr 23:19
- Quranda olan bu adları uşaqlara qoymaq olmaz – Video
06 dekabr 23:00
- Məşhur həkim dönərlə bağlı həyəcan təbili çaldı
06 dekabr 22:17
- “Mənim barəmdə prezidentə yalan informasiyalar veriblər”
06 dekabr 21:50
- Prezident və birinci xanım Şamaxıda ağac əkdi
06 dekabr 21:37
- Yevda Abramov vəfat etdi
06 dekabr 21:26
- Şamxal Həsənovun işçisi baş redaktoru hədələdi, Nazilə Səfərlini təhqir etdi -VİDEO
06 dekabr 19:29
- Telefon danışığınızı kim dinləyir? - Bu KOD ilə hər şeyi öyrənəcəksiniz
06 dekabr 19:10
- Deputatların əlavələrlə birlikdə aldığı məvacib: maaş, bayrampulu, tətilpulu, pensiya
06 dekabr 18:56
- Məhəmməd Əmin Rəsulzadənin dəfnindən nadir kadrlar (VİDEO)
06 dekabr 18:42