Generalın ailəsi eyni binadan 12 mənzil aldı
İdman7 avqust 2019 15:48

Belə ki, mənzil sahiblərinin müxtəlif qurumlara haqlı şikayətlərindən sonra nəhayət şirkətin təsisçisi İsa Məmmədov və direktoru Çingiz Məmmədov barəsində cinayət işi başlanılıb. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq aparılıb. İstintaq zamanı "İdeal V” tikinti şirkətinin direktoru Çingiz Məmmədovun adıçəkilən şirkətin təsisçisi və faktiki rəhbəri İsa Məmmədovla əlbir olub cinayət əlaqəsinə girərək qulluq mövqeyindın istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə yaşayış binasındakı mənzilləri təkrarən ayrı-ayrı şəxslərə sataraq 3 milyon 206 min manat məbləği ələ keçirmələri müəyyən edilib.

Hər ikisi dələduzluq və vəzifə saxtakarlığında ittiham olunaraq həbs olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli qərarı ilə İsa Məmmədov 11 il, Çingiz Məmmədov isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Hazırda iş Ali Məhkəmədədir.
Sakinlərin dediklərinə görə, 2017-ci ilin fevralında "İdeal V” MMC tərəfindən mənzillərin təhvil-təslim aktı olub və açarlar onlara verilib. Amma təhvil-təslim aktı elə kağızda da qalıb. Binanın giriş qapısı onların üzünə bağlanıb, sakinlər şəxsi mənzillərinə buraxılmayıb. Yeni tikilidə elektrik xəttləri çəkilməyib, istismara verilməyib. Bu səbəbdən də sakinlər təmir işlərinə başlaya bilməyiblər. Şirkət rəhbərliyi onlara öz mənzillərində təmir aparmağa imkan verməyib.
Bütün bunlar azmış kimi üstəlik mənzillərin çoxunun ayrı-ayrı şəxslərə satılması da məlum olub, bir mənzilin iki-üç sahibi ortaya çıxıb.
Şirkətin təsisçisi və direktorunun həbsindən sonra isə bina sakinləri tərəfindən "Nəsimi 19” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılıb. Sakinlər öz şəxsi vəsaitləri hesabına elektrik və su xətti çəkiblər, sayğaclar quraşdırıblar, yarımçıq binanın təmirini başa çatdırıblar.

"Mən 210 kvadratmetrlik mənzil almışdım. 231 min manat pul ödəmişdim. Pulu şirkətin təsisiçisinə - İsaya vermişdim. Müqavilə də bağlamışdıq. Ev hazır olsa da, heç kimi binaya buraxmırdılar. Şirkət tərəfindən bir mənzili bir neçə nəfərə satılmışdı deyə iyirmiyə yaxın sakin Korrupsiya İdarəsinə şikayət etdi. Sakinlərin şikayətindən sonra Çingizi də, İsanı da tutdular. Həmin vaxt, yəni şirkətdə problem yarananda mənə məxsus mənzil heç kimə satılmamışdı”- sakinlərdən biri deyir.
Şikayətçilərin bir qismi deyir ki, həmin ərəfədə bəzi şəxslərə məxsus mənzil şirkət tərəfindən başqasına satılmasa da, hazırda sözügedən binadan 12 mənzilə sahib olduğunu iddia edən iki qadın "peyda” olub. Həmin qadınlar binadakı 12 mənzillə bağlı mülkiyyət hüquqlarının tanınması iddiası ilə məhkəməyə müraciət ediblər.
Sakinlər deyir ki, onların mənzillərinə iddialı olan bu qadınlar keçmiş baş hərbi komissar, ehtiyatda olan general-leytenant, Milli Məclisin 4-cü və 5-ci çağırış deputatı Əliağa Hüseynovun həyat yoldaşı Elmira Hüseynova və qızı Esmira Əliyevadır. E.Hüseynova və E.Əliyeva saxta müqavilələrlə bu binada üç mərtəbəyə məxsus 12 mənzilin sahibi kimi binanın texniki-tikinti ekspertizası bəhanəsi ilə Nəsimi rayon Məhkəməsində mülki iddia qaldırıblar. Halbuki, bu mənzillərdə artıq Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmü ilə təsdiq olunmuş sakinlər yaşayır.

Maraqlıdır, Korrupsiya İdarəsində aparılan istintaq araşdırması zamanı zərərçəkən və həqiqi sakinlər müəyyən edilərkən bu qadınların heç biri onlara məxsus müqavilə ilə üzə çıxmayıb və sakinlərdən heç kim onları tanımır, binanın heç bir yığıncağında, "Nəsimi 19” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılmasında iştirak etməyiblər:” Guya 2007-ci ildən bu binadan mənzil alıblar. Bəs 2019-cu ilə qədər, bu 12 il ərzində harada idilər? Korrupsiyada istintaq aparılan zaman, məhkəmə araşdırmaları vaxtı da onları "gördüm deyən” olmayıb. Əgər doğurdan belə idisə bu neçə ildə bu qadınlar niyə ortaya çıxmırdılar? Ən maraqlısı isə odur ki, Azərbaycan qanunvericiliyinin maaşlarına müvafiq bu iki qadın 3 mərtəbədən ibarət 12 mənzili hansı pulla əldə edib?”
Mənzil sahibləri deyir ki, adları çəkilən şəxslərin belə bir sənədi necə, hansı yolla ələ keçirmələri də müəmmalıdır: "Əslində onlar həmin binadan ev almayıblar. İstintaq zamanı da müəyyən edilib ki, adları çəkilən şəxslər bir manat pul ödəməyiblər. Belə bir sənədi necə, hansı yolla ələ keçirdikləri müəmmalıdır. İsanın şəriki Rauf Kərimovla (iş adamı R.Kərimov dələduzluqda ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 13 il 11 ay müddətinə azadlıqdan məhrum edilib-red.) Ə.Hüseynovun kürəkəni Elçin qohum idilər. İki dələduzun düzüb-qoşduğu düsturdu, gəlib bizim başımızda çatlayır. Bunların da arxasında Əliağa Hüseynov dayanır. Korrupsiyada Rauf Kərimovla Elçin üzləşdirilib. Rauf deyib ki, Elçin mənə bir manat pul verməyib. Elçin də təsdiq edib”.
Sakinlər öz növbələrində qeyd ediblər ki, Nəsimi rayon məhkəməsinin qərar qəbul etməmişdən öncə "İdeal V” MMC ilə bağlı aparılan cinayət işləri ilə tanış olmalı və iddianı rədd etməli idi...
Oxşar xəbərlər
- Abbas Səhhətin kirayədə yaşayan nəvəsi - Video
8 dekabr 2019 10:48
- Nazir Ceyhun Bayramovun gizli hesabları üzə çıxdı
7 dekabr 2019 00:21
- “Mənim barəmdə prezidentə yalan informasiyalar veriblər”
6 dekabr 2019 21:50
- Sağlamlıq və arıqlamaq üçün 6 qida məhsulu
6 dekabr 2019 08:59
- Türkmənistanın keçmiş DİN nazirinə 15 illik həbs cəzası
6 dekabr 2019 08:49
- Polşa 100 ton qızıli İngiltərədən geri aldı
5 dekabr 2019 21:58
- Vilayət Quliyev eks-naziri oğurluqda ittiham etdi
5 dekabr 2019 12:07
- Niyə Fələstinə görə İsrail qınanır, uyğurlara görə Çinə dinən yoxdur?
5 dekabr 2019 10:40
- Leyla Bədirbəylinin nəvəsi: “Nənəm özünə qapanmışdı
5 dekabr 2019 09:31
- "Deputatların oturduğu kreslo onlara bağışlanmayıb"
4 dekabr 2019 23:34
Xəbər lenti
- Kəskin qaraciyər çatışmazlığı - Əlamətləri, səbəbləri və müalicəsi
08 dekabr 13:39
- Laçın təhsil şöbəsinin keçmiş işçisi özünü asdı
08 dekabr 13:22
- Abbas Səhhətin kirayədə yaşayan nəvəsi - Video
08 dekabr 10:48
- Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi
08 dekabr 10:33
- “İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir”
08 dekabr 10:20
- Ziya Bünyadovun oğlu dünyasını dəyişdi
08 dekabr 10:06
- Bakıda bu metrostansiya uça bilər! - BAĞLANACAQ
07 dekabr 22:04
- Daha iki partiya seçkilərə qatılır
07 dekabr 21:54
- Deputat Elmira Axundovanın HƏQİQİ atası kimdir ?
07 dekabr 15:48
- Müsavat Partiyası parlament seçkilərində iştirak edəcək
07 dekabr 15:07
- NATO yeni "düşməni"ni elan etdi: Çin nə qədər təhlükəlidir?
07 dekabr 14:58
- Qar, yağış yağacaq, güclü külək əsəcək, yollar buz bağlayacaq
07 dekabr 13:13
- Etibar Məmmədov seçkiyə qatılmaq niyyətində deyil
07 dekabr 13:05
- “Xəzər” Televiziyasında təhvil-təslim işləri gedir
07 dekabr 12:56
- Dünən vəfat edən deputat Yevda Abramov kimdir? - DOSYE
07 dekabr 10:39
- Erməni diplomat: “Naxçıvanda böyük problemimiz var..
07 dekabr 10:21
- Nazir Ceyhun Bayramovun gizli hesabları üzə çıxdı
07 dekabr 00:21
- Xəbəriniz olsun: Bazar günü iş günü elan edildi
06 dekabr 23:29
- Qırğızıstanın sabiq Baş nazirlərinə 22 il həbs verildi
06 dekabr 23:19
- Quranda olan bu adları uşaqlara qoymaq olmaz – Video
06 dekabr 23:00
- Məşhur həkim dönərlə bağlı həyəcan təbili çaldı
06 dekabr 22:17
- “Mənim barəmdə prezidentə yalan informasiyalar veriblər”
06 dekabr 21:50
- Prezident və birinci xanım Şamaxıda ağac əkdi
06 dekabr 21:37
- Yevda Abramov vəfat etdi
06 dekabr 21:26
- Şamxal Həsənovun işçisi baş redaktoru hədələdi, Nazilə Səfərlini təhqir etdi -VİDEO
06 dekabr 19:29
- Telefon danışığınızı kim dinləyir? - Bu KOD ilə hər şeyi öyrənəcəksiniz
06 dekabr 19:10
- Deputatların əlavələrlə birlikdə aldığı məvacib: maaş, bayrampulu, tətilpulu, pensiya
06 dekabr 18:56
- Məhəmməd Əmin Rəsulzadənin dəfnindən nadir kadrlar (VİDEO)
06 dekabr 18:42
- Nazilə Səfərlidən Xoşqədəm Hidayətqızı ilə bağlı ŞOK İTTİHAM: Prezidentə müraciət etdi – VİDEO
06 dekabr 18:30
- İlham Əliyev xanımı ilə Şahxəndan türbəsində - Fotolar
06 dekabr 17:16
Video & Fotoqalereya
Video
Fotoqalereya