Əhmədzadənin intim görüntülərlə şantaj olunan işçisi killer sifariş edib?-Video
Ötən il Elşən Cabbarov adlı sahibkarın Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyovu intim görüntüləri ilə şantaj edərək külli miqdarda pul tələb etməkdə ittiham olunması haqda xəbərlər yayıldı.
Bundan az əvvəl Cabbarovun iş ortağı Məhhəmməd Cəfərli həbs olunmuşdu.
Saytlar yazırdı ki, Elşən Cabbarov Bulat Ağabəyovun "hərəkətlərini" gizli kamera ilə lentə alaraq onu yayıb biabır etməmək müqabilində bir ilə yaxın müddətdə ondan hər ay 7 min manat pul almaqda şübhəli bilinib.
Eyni zamanda Elşən Cabbarov onu ifşa etməmək müqabilində Bulat Ağabəyovla 60 min manat, B. Ağabəyovun göstərişi ilə sürücüsü Azər Hüseynovla isə 50 min manat məbləğində borc müqaviləsini öz xeyrinə notarial qaydada təsdiq etdirib.
Bundan başqa, Elşən Cabbarov Salyan rayonu, Bəydili kənd sakini Vüqar Gülüşova qarşı da 220 min manata yaxın dələduzluq törətməkdə şübhəli bilinib.
Elşən Cabbarov Salyan rayonunda ən imkanlı ticarətçilərdən sayılıb.
İstintaq orqanı tərəfindən Elşən Cabbarovun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.
Korrupsiya.org bildirir ki, bu iş indiyədək davam edir. Və cinayət hadisəsinin yeni detalları üzə çıxıb.
Cinayət işində adı keçən şəxslərdən biri də Əsədov Təbriz Fərəc oğludur. Hazırda ona qarşı AR.CM-nin 296.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Təbriz Əsədov deyir ki, ötən ilin bu vaxtı həmkəndlisi Vüqar Gülüşov onunla görüşüb. Elşən Cabbarov adlı sahibkarı aradan götürmək üçün 60 min manat vəd edib. Söhbət əsnasında bildirib ki, qətli Bulat Ağabəyov sifariş verir.
Təbriz sifarişi yerinə yetirəcəyinə söz versə də etmir, Üstəlik bu xəbəri öldürməli olduğu Elşən Cabbarova çatdırır.
Söhbət Bakıda "50 qəpik” çayxanasında olur. Elşən Cabbarov dərhal 102 xidmətinə məlumat verir. Onlar Xətai Rayon 37-ci Poliş Şöbəsinə aparılır. Təbriz orda izahatını verir.
Əsədov iddia edir ki, bir neçə gün sonra Xətai Polis İdarəsinin müstəntiqi Araz Məhərrəmov Salyana gəlib. Onu və Vüqar Gülüşovu "Şahdağ” restoranında görüşdürüb. Oda Gülüşov yalvarıb ki, ərizədə yazdıqlarının yalan olduğunu desin. Yoxsa onu tutacaqlar.
Bundan sonra Əsədov ifadəsini dəyişir, yalan dediyini yazır. Lakin Bakıda izahat yazıb rayona qayıtdıqdan sonra valideynləri onu danlayır.Deyirlər ki, düzünü yazmalı idin. Yenidən birinci izahatı ilə bağlı müxtəlif instansiyalara məktublar yazırlar.
Lakin deməyinə görə məktublara məhəl qoyulmur, onun birinci izahatı üzə çıxmır. Hazırda elə onu Cabbarovla və Cəfərli ilə qabaqcadan əlbir olan şəxs kimi ittaham irəli sürülüb.
Onun dediyinə görə Ağabəyovdan pillar alınanda, şantaj edilən epizodlarda olmayıb. Günahı yoxdur.
Cinayət işinin materiallarından görünür ki, bu işdə Bünyatova Elza Adil qızı və Qədirova Şüşəxanım Fəxrəddin qızına qarşı da AR.CM-nin 182.2.1 və 182.2.4 (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər) ittihamlar irəli sürülüb.
Əsədov deyir ki, Bulat Ağabəyov qızlarla iş yerində əyləncə təşkil edib. Sonra qızlar həmin intim görüntüləri Cabbarova ötürüblər. Şantaj olunan Ağabəyovdan pullar o vasitə ilə alınıb.
Maraqlidir ki, Salyanda Ağabəyovu Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin kürvəsi , yaxın adamı kimi tanıyırlar. 20 ildən çoxdur vəzifə daşıyan bu şəxsin iş yerində belə görüntülərinin yayılması sadəcə biabırçılıqdır. Şantajçılara verilən pulların mənbəyi hardandır?
Məsələ ilə bağlı Bulat Ağabəyovun özü ilə danışdıq. O qısa olaraq bildirdi ki, kimin cinayət törədib-törətmədiyini istintaq və məhkəmə müəyyən edəcək.
Məsələni diqqətdə saxlayacağıq. korrupsiya.org
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 2024 10:49
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05