“Azəristiliktəchizat” siyasi partiyanı maliyyələşdirir?
Dövlət satınalmaları ilə bağlı keçirilən tenderlərdə baş verən maxinsiyalar, qeyri-şəffaflıq halları tez-tez ölkə mediasının və eləcə də ictimaiyyətin müzakirə mövzusuna çevrilib.
Bu sahədə baş verən qanunsuzluqlar barədə bir sıra millət vəkilləri, Maliyyə nazirliyinin saləhiyyətli nümayəndələri artıq dözülməz vəziyyətin yarandığını vurğulayırlar. Ekspertlər bildirirlər ki, dövlət satınalmalarının böyük hissəsi sifarişçi tərəfin qohum-əqrabalarına, tanışlarına verilir.
Təsadüfi deyil ki, dünən millət vəkili Vahid Əhmədov mövzu ilə bağlı mətbuata açıqlama verərkən illərlə ekspertlərin səsləndirdikləri fikirlərin heç də əsassız olmadığını, tender sahəsində ciddi maxinasiya hallarının baş verdiyini bildirdi.
Qaynarinfo saytı dövlət satınalmalarında baş verən maxinasiyalar, tərəflərin "sövdələşmələr"i barədə silsilə araşdırmalar apararaq çoxlu sayda yazı dərc edib.
Saytımızın növbəti araşdırması "Azəristiliktəchizat” ASC-nin sifarişçisi olduğu tenderlər üzərindədir.
Qeyd edək ki, "Azəristiliktəchizat” ASC-nin 2019-cu ilin iyul ayının 23-də sifarişçisi olduğu II lot üzrə - "müxtəlif təyinatlı material, avadanlıq və ehtiyyat hissələrinin satınalınması" və "istilik təsərrüfatlarında elektrik avadanlıqları və materialların satınalınması" üzrə keçirilən tenderin ümumi məbləği 312.863 (üç yüz on iki min səkkiz yüz altmış üç) manat olub.
"Azəristiliktəchizat” ASC-nin "müxtəlif təyinatlı material, avadanlıq və ehtiyyat hissələrinin satınalınması" üzrə sifarişçisi olduğu tenderin qalibi "Alonya" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC), "istilik təsərrüfatlarında elektrik avadanlıqları və materialların satınalınması" üzrə keçirilən tenderin qalibi isə "Antalya" MMC olub.
Araşdırmamız nəticəsində məlum oldu ki, nizamnamə kapitalı 10 manat olan "Alonya" MMC 2008-ci ilin sentyabr ayında qeydiyyata alınıb. Hüquqi ünvanı Xocavənd rayonunun Tuğ qəsəbəsi olan şirkətin qanuni təmsilçisi Əhədli Çingiz Yusif oğludur.
"Azəristiliktəchizat” ASC-nin "istilik təsərrüfatlarında elektrik avadanlıqları və materialların satınalınması" üzrə keçirdiyi tenderin qalibi olan "Antalya" MMC-nin də hüquqi ünvanı Xocavəd rayonunun Xocavənd qəsəbəsidir. Nizamnamə kapitalı 10 manat olan, 2005-ci ilin yanvar ayında dövlət qeydiyyatından keçən "Antalya" MMC-nin reyestr məlumatlarına 2008-ci ildə dəyişiklik edilib.
Hər iki MMC-nin - "Antalya" və "Alonya" şirkətlərinin fəaliyyət profili barədə məlumat yoxdur. Bu şirkətlərin nə əlaəq telefonu, nə nə veb ünvanı var.
"Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.
Ancaq hər iki şirkətin peşəkarlığı, maddi texniki bazası, idarəetmə səriştəsi barədə də məlumatlar verilmir.
Şirkət sahibi siyasi partiyanın "qara kassa"sıdır?
Qaynarinfo-nun əldə etdiyi məlumata görə "Antalya" və "Alonya" şirkətlərinin "Azəristiliktəchizat” ASC-nin ümumi məbləği 312.863 manat olan tenderlərinin qalib olmasının əsl səbəbləri barədə ilginc məlumat əldə edib.
Saytımızın əldə etdiyi məlumata görə, "Alonya" MMC-nin (onun həm də bir neçə MMC-lərə qeyri-rəsmi rəhbərlik etdiyi deyilir) sahibi Əhədli Çingiz Yusif oğlu Milli Dirçəliş Hərəkatı Partiyasının sədrinə yaxın şəxsdir. Belə ki, Çingiz Əhədli 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin seçkilərində, 2014-cü ildə Bələdiyyə seçkilərində, 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə və 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasının maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi olub.
Hər dörd seçki üzrə Çingiz Əhədlinin Milli Dirçəliş Hərəkatı Partiyasının maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi olması barədə Mərkəzi Seçki Komissiyasının müvafiq qərarları var.
"Azəristiliktəchizat” ASC ilə Milli Dirçəliş Hərəkatı Partiyasını nə birləşdirir?
Öncə qeyd edək ki, "Azəristiliktəchizat” ASC Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamı ilə yaradılıb.
"Azəristiliktəchizat” ASC-nin yaradılmasında əsas məqsəd Azərbaycan Respublikasının ərazisində yerləşən yaşayış evləri və binalarına, sosial obyektlərə, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlara istilik və isti su təchizatı xidmətlərini göstərməkdən, istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı və keyfiyyətli təminatını təşkil etməkdən ibarətdir.
"Azəristiliktəchizat” ASC-nin sədri "Əməkdar Mühəndis” Yaşar Həsənovdur. Yaşar Həsənov Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevlə həmyerlidir. Belə ki, Yaşar Həsənov və Fərəc Quliyev Ordubad rayonunundandırlar.
"Azəristiliktəchizat” ASC-nin sifarişçisi olduğu tenderlərin Milli Dirçəliş Hərəkatı Partiyasının bütün seçkilərdə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin sahibi olduğu MMC-lərin qalib olmasına səbəb hər iki təşkilatın rəhbərlərinin həmyerli və şəxsi münasibətlərinin olması göstərilir.
Mənbə: https://aqreqator.az/az/iqtisadiyyat/197654
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 2024 15:24
- Türkiyədə 2028-ci il seçkiləri: Əkrəm İmamoğlu, yoxsa Səlcuk Bayrakdar?
12 aprel 2024 12:56
- Erməni çoban sürüsü ilə Azərbaycan ərazisinə keçdi, atışma başladı, yaralı var ...
10 aprel 2024 19:48
- Slovakiyanın YENİ PREZİDENTİ
7 aprel 2024 19:10
- Sərdar Cəlaloğlu - İsa Qəmbər başqanlıqdan gedəndə ona dedim ki..
4 aprel 2024 12:37
- Türkiyədə ən az səsi bu partiya topladı
2 aprel 2024 10:35
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31