Kredit zamanı zamin olan şəxslərlə bağlı son qərar verildi
Maqazin3 avqust 2019 09:59
Konstitusiya Məhkəməsi "Banklar haqqında” qanunun 1.0.9-cu, "İpoteka haqqında” Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərar qəbul edib.
EkoNews xəbər verir ki, qərar zaminlərlə bağlı olub.
Məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – "Banklar haqqında” Qanun) 1.0.9-cu, "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – "İpoteka haqqında” Qanun) 10.5, 14 və 48-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin tələbləri baxımından, kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədiyi halda bağlanmış kredit müqavilələrində mühüm şərt hesab olunan faiz dərəcəsi barədə zaminin razılığının alınmamasının, eləcə də kredit öhdəliyinin icrası müddətinin uzadılmasının əsas və faiz borcuna (o cümlədən cərimə borcuna), yaxud yalnız faiz və cərimə borcuna münasibətdə zaminin, ipoteka (girov) ilə təmin edilmiş öhdəliklərdə isə ipoteka (girov) qoyanın məsuliyyətinin artması kimi qiymətləndirilməli olub-olmamasının şərh edilməsini xahiş edib.
Müraciət və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bank VTB V.Əmiraslanov, N.Əliyev və Z.Əliyevə qarşı kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimə ilə birlikdə 13.692,67 ABŞ dolları məbləğində pulun cavabdehlərdən müştərək qaydada bankın xeyrinə tutulması barədə məhkəmədə iddia qaldırıb.
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1 dekabr 2016-cı il tarixli qətnaməsi ilə həmin məbləğin cavabdeh V.Əmiraslanovdan tutulması qət edilib, digər cavabdehlər N.Əliyev və Z.Əliyevin isə qarşılıqlı iddiaları təmin edilib və zaminlərin 14 noyabr 2013-cü il tarixli zaminlik müqavilələrindən irəli gələn öhdəliklərinə xitam verilib.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2017-ci il tarixli qətnaməsi ilə Bank VTB (Azərbaycan) ASC tərəfindən verilmiş apellyasiya şikayəti zaminlik müqavilələrində öhdəliyin konkret məbləği, faiz dərəcəsi və icra müddəti göstərilmədiyindən Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarına istinad edilməklə təmin edilməyib.
Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2017-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yeni məhkəmə baxışına qaytarılıb.
İşə yenidən baxılarkən Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək məsələ ilə bağlı mülki qanunvericiliyin bir sıra normalarının şərh edilməsini xahiş edilib.
Qanunvericiliyin müvafik maddələrini şərh edən Konstitusiya Məhkəməsi qərar verib:
- Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir.
- "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz.
Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir.
İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır.
Oxşar xəbərlər
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 2024 21:04
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
Xəbər lenti
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
Video & Fotoqalereya
Video
Fotoqalereya