“Əli Ömərov müavinini mənim yanımda təhqir etdi”
"1993-cü ilin iyul ayının 16-da Milli Məclisdə Gəncə hadisələri ilə bağlı məsələnin müzakirəsi zamanı İsa Qəmbər çıxış etdikdən sonra təxminən saat 20:30 radələrində foyedə olarkən mülki geyimdə olan bir neçə şəxs onu məcburi qaydada Səbayel rayon polis idarəsinə aparıb həbs etdi. Elə həmin gün Milli Məclis onun, Sülhəddin Əkbərovun və İxtiyar Şirinovun Milli Məclisin üzvlüyündən azad olunmaları və cinayət məsuliyyətinə cəlb edilmələrinə razılıq verilməsi barədə qərarlar verdi".
"Qafqazinfo" xəbər verir ki, bu sözləri tanınmış vəkil Adil İsmayılov sosial şəbəkədə "Mən necə İsa Qəmbərin vəkili oldum?" adlı postunda paylaşıb.
O bildirib ki, hadisədən bir neçə gün sonra İsa Qəmbərin yaxınları onunla görüşüb vəkillik etməyi xahiş ediblər:
"Mən İsa bəylə aramızda olan xoşagəlməz söhbəti xatırladıb dedim ki, ola bilsin o, vəkilliyimi qəbul etməyəcək. Bildirdim ki, əgər İsa bəy şəxsən müraciət etsə etirazım yoxdur. 22 iyulda İsa Qəmbər vəkil təyin edilməyim barədə rəsmi ərizə ilə istintaqa müraciət etdi və mən onun vəkili kimi işə buraxıldım.
İsa Qəmbər
Bundan sonra MTN-in istintaq təcridxanasında İsa bəylə görüşlərimiz oldu. Birinci görüşümüzdə məlum oldu ki, İsa bəy həbs edildikdən 10 gün sonra ona ittiham elan edilib. Barəsində ittiham elan edilənədək 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Əli Ömərovun ( 1993-94-cü illərdə Baş prokuror işləyb-red) şəxsən imzaladığı həbs qərarında İ.Qəmbəri müqəssir qismində cəlb etmk üçün kifayət qədər əsas olmadığı yazılıb.Milli Məclis də qərarında İsa Qəmbərin həbsinə razılıq verməmişdi. İsa bəylə görüşdən sonra mən mətbuat konfransı keçirtdim və onun həbsinin qanunsuz olması barədə bəyanat verdim.
Bundan dərhal sonra məni Baş prokuror Əli Ömərov çağırtdırdı. Məni görən kimi birinci sözü bu oldu ki, qəzetlərdə ağlınıza gələni yazırsınız. Nədən narazı olmasını soruşdum. Dedi ki, o, nə vaxt,harda İsa Qəmbərə ittiham elan etmək üçün kifayət qədər əsas olmadığını yazıb. Bildirdim ki, imzaladığınız həbs qərarında belə yazılıb. Ola bilməz dedi, müavinini və işi aparan müstəntiqi çağırdı, həbs qərarında dediklərimin həqiqət olduğunu oxuyandan sonra sifəti dəyişdi və öz işçilərini təhqir etdi.
Avqust ayının 16-da mənə prokurorluqda dedilər ki, İsa Qəmbəri buraxacaqlar. Mən dərhal MTN-ə gedib bu barədə İsa bəyə məlumat verdim. Lakin həmin gün onu buraxmadılar. Nəhayət, 18 avqustda mən müstəntiqlə MTN-ə gəldim və həmin gün İsa Qəmbəri azad etdilər. Sonralar İsa bəy mənə deyirdi ki, son iki gün ondan ötrü əvvəlki bir aydan daha uzun olmuşdu.
Bu hadisədən sonra müdafiə etdiyim heç bir şəxsə azad olunması barədə qərarı görmədən buraxılacağını demirəm. Yadımdaykən ikinci sualın da cavabını yazım. Dostlardan Ehtiram İlham İsa bəyi zaminə götürən şəxslərin adını düz yazıb. Bunlar xalq yazıcıları Anar və rəhmətlik Yusif Səmədoğlu idilər. Onlar da İsa bəy azad olunan gün MTN-ə gəldilər. Yusif Səmədoğlunun xahişi ilə təcridxana rəisi ona kameranı göstərdi. Yusif müəllim gülə-gülə dedi ki, kamerada duş da olsa yaradıcılıq üçün əla şərait var. İsa Qəmbərin işi ilə bağlı hələ ki, bu qədər".
Vəkil növbəti statusunun Hacı Məmmədovun işi ilə bağlı olacağını qeyd edib.
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- 25 il əvvəl bu gün: Primakovun təyyarəsi okeanın üstündən niyə geri qayıdıb?
25 mart 2024 00:29
- Ordumuzun əsgəri intihar etdi
24 mart 2024 23:16
- İlham Əliyev Putinə zəng etdi
24 mart 2024 20:37
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- 15 yaşlı İslam terror zamanı 100-dən çox insanı belə xilas etdi - Video
24 mart 2024 19:21
- Leyla Bədirbəylinin Amerikada yaşayan nəvəsi
23 mart 2024 19:51
- Emindən ilk - Reaksiya
23 mart 2024 08:04
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06