Saleh Məmmədovun gördüyü iş: Şəkidə analoqu olmayan yol (FOTO)
Hadisə24 iyul 2019 13:09
Ölkənin hər yerində olduğu kimi, Şəki-Balakən zonasında da kənd və rayon yollarında asfaltlama işləri aparılır.
Bəzi kəndlərdə və yaşayış məntəqələri arasındakı yollarda heç vaxt yeni asfalt olmayıb, digərlərində sonuncu dəfə sovet illərində yol örtüyünü yeniləyiblər, üstəlik birbaşa torpağa bitum səpmək yolu ilə. İndiki fundamental işlərlə müqayisə edilə bilməz. Sakinlərin bəxtindən regionu qalın asfalt qatı ilə örtürlər.
Lakin qəribə hallar da olur. Şəki rayonunun Üzümçülük kəndində yolda çəkilən fotodan görünür ki, asfalt və yolu iki elektrik dirəyinin arasından çəkiblər. Oradan keçmək mümkün deyil. Niyə belə ediblər? Bəlkə dirəkləri sonra götürəcəklər? Bəs niyə yolu və asfaltı dirəkləri götürmədən öncə salıblar?
2019-cu ilin yayında Qax rayonunun İlisu kəndi tamamilə asfaltlanıb. İşləri AzərAvtoYol Dövlət Agentliyi həyata keçirib. Bu kənddə belə miqyaslı yol işi heç zaman olmamışdı. Lakin kənd sakinləri Turan-a bildiriblər ki, yola qalın asfalt qatı çəkilib, ancaq bunun altında köhnə, deşilmiş su boruları qalıb, yağış mövsümündə təzyiq altında su yola tökülür. Borular təmir olunmayıb, onların üzərinə asfalt döşəyiblər, elə indi də borularda çox su olanda yeni asfaltın altından axır. Kəndlilərin fikrincə, bu isə o deməkdir ki, yeni asfaltın bir, uzaqbaşı iki il ömrü var. Yağış axınları, qar və buz asfaltı qaldıracaq, onun altında sel suları axacaq və qara asfalt plitələrini yuyub aparacaq. Ağır yük avtomobilləri isə qalan örtüyü məhv edəcəklər.
AzərAvtoYol Agentliyindən verilən məlumata görə, hazırda Qax-İlisu yolunda işlər gedir, asfalt örtüyünün uzunluğu 35,5 km. olacaq.
Turan-ın müxbiri əyalətdə fəaliyyət göstərən asfalt zavodlarından birinin mühəndisi ilə görüşüb. O, özünü ölkənin oliqarx ailələrindən birinə məxsus müəssisənin faktiki rəhbəri kimi təqdim edib və adının açıqlanmamasını istəyib. Zavod Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AzərAvtoYol) asfalt tədarük edir.
Ekspert deyib ki, istənilən asfalt zavodunda asfalt istehsalı və çəkilməsi üçün ayrılan dövlət vəsaiti çox vaxt mənimsənilir. Yola iki növ asfalt döşənir - əvvəlcə əsas, sonra səth növü. Hər iki asfalt xüsusi mineral toz əlavə edilməklə əsasən bitum, çınqıl, qumdan hazırlanır. Asfalt komponentlərinin miqdar normaları hər yerdə pozulur.
Korrupsiya asfalt istehsalı zamanı komponentlərin çəkisinin tam olmaması və yol çəkilərkən asfaltın qalınlığının bilərəkdən azaldılmasından ibarətdir. Zavodda və asfalt çəkilməsi zamanı işçilərin maaşı 300 manatdan çox deyil. Rəhbər texniki personal ayda 400 manatdan çox almır. Beləliklə, onlar başqa yolla, başqa obyektlərdə - özəl sektorda, dövlət sifarişi üzrə işlər üçün nəzərdə tutulmuş asfaltdan orada istifadə edərək qazanc əldə etməyə məcbur olurlar.
"Asfaltın və onun çəkilişinin keyfiyyətini yalnız xüsusi metodlarla, laborator analizlər üçün nümunələr götürməklə və çəkilmiş asfaltın qalınlığını ölçməklə yoxlamaq olar. Ancaq heç kim bunu etmir, çünki istehsalçılar, yol inşaatçıları və yoxlama aparan qurumlar eyni ailəyə mənsubdur", - ekspert açıqlama verib.
Ekspert diqqəti ona yönəldib ki, "AzərAvtoYol" həmişə bu agentlik tərəfindən çəkilmiş yolların uzunluğu barədə məlumat verir, lakin heç vaxt asfalt örtüyünün eni və qalınlığı barədə məlumat vermir.
Azərbaycan KİV-i çox zaman asfaltın və onun çəkilişinin keyfiyyətinin aşağı olması barədə məlumat verir. "Astarada yüksək dağ kəndinin sakinlərinin yeni yol ilə bağlı sevinci uzun sürməyib. Ötən ilin dekabrında Taxtanakəran-Miki avtotrassı təmir edilərək istifadəyə verilib, lakin bu ilin martında artıq bəzi ərazilərdə asfalt örtük zədələnib, bəzi yerlərdə çatlar əmələ gəlib", - 2018-ci ildə az.sputniknews.ru bildirib.
"Ümumi uzunluğu 4300 metr olan avtomobil yolunun təxminən iki yüz metri normalara uyğun bərpa edilib. Qalan 4100 metr torpaq qatı ilə döşənib və üstünə asfalt çəkilib", -kənd sakini Niki Fətəliyev deyib.
Bu ilin yanvarında Massa.az bildirib ki, dekabrın sonlarında Bakının Xətai rayonunda, Nobel prospektində (neft emalı zavodunun yaxınlığında) əmələ gələn böyük çuxurun təmir edildiyi yerdə yenidən asfalt çöküb.
Turan agentliyi "Bahalı yollar" məqaləsində (mart, 2018-ci il) bildirib ki, ekspertlərin hesablamalarına görə, ölkədə bir kilometr yeni yolun çəkilməsi dövlət büdcəsinə təxminən $18 mln.-a başa gəlir. Müqayisə üçün, ABŞ-da 1 km. yolun çəkilişi $5,9 mln.-a dollara (belə maya dəyərinə yüksək əmək haqları, materialların yüksək qiyməti, yüksək vergilər və s. təsir göstərir) başa gəlir. Azərbaycanda yolun tikintisinin maya dəyəri ABŞ-da olduğundan iki dəfə aşağı olmalıdır. Və belə xərclərlə nəticə də uyğun olmalıdır.
Ümumdünya İqtisadi Forumu tərəfindən tərtib edilən 2016-2017-ci illər üçün yolların keyfiyyəti üzrə reytinqdə Azərbaycan dünyanın 136 ölkəsi arasında 44-cü yeri tutur.
Bu, qonşular ilə müqayisədə olduqca yüksək rəqəmdir, lakin yol infrastrukturuna çəkilən xərclərin məbləğini nəzərə alsaq, reytinqdəki yer daha yuxarıda ola bilərdi. Bakı qəsəbələri yollarının əksəriyyətində dərin çuxurlara çevrilən çalalar isə reytinqdə mümkün səhvlərin olduğunu göstərir. Qar və yağışdan sonra asfalt örtük nəyə çevrilir, bunu yol adlandırmaq çətindir. Yeni yollar sürətlə çökür və bir çoxları bunu asfalt-betonun keyfiyyəti, daha doğrusu keyfiyyətinin olmaması ilə əlaqələndirirlər. Yerli ekspertlərin fikrincə, betona kifayət qədər sement əlavə edilmir, asfalt da korrupsiya qurbanı kimi tanınıb. Beləliklə, asfalt-betonun pulları böyük axınla kiminsə cibinə axır, yollar isə yiyəsiz qalır.
İqtisadçı- ekspert Nemət Əliyev hesab edir ki, son illər dövlət maliyyə vəsaitlərinin ən çoxu nəqliyyat sektoruna ayrılır: "Lakin biz çox zaman belə hal ilə qarşılaşırıq: investisiya layihələrində istismar müddəti 25-30 il göstərilən yol 3 ildən sonra yararsız vəziyyətə düşür. Bu o deməkdir ki, korrupsiya faktı var. Bu, özünü onda göstərir ki, tikintiyə ayrılan pullar öz təyinatı üzrə xərclənmir, yol keyfiyyətsiz inşa edilir, ona görə də istismar müddəti bir neçə dəfə azalır. Odur ki, vəziyyətin yaxşılaşdırılması üçün bu sahəyə böyük pullar ayırmaq lazım deyil, ayrılan vəsaitin mənmsənilməsi üzərində ciddi dövlət maliyyə nəzarətini təmin etmək lazımdır. Belə nəzarət yoxdur, ona görə də Azərbaycan korrupsiyanın səviyyəsinə görə reytinqdə yuxarı sətirlərindən birini tutur", - N.Əliyev bildirib.
Oxşar xəbərlər
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 2024 12:17
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 2024 09:49
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 2024 13:04
- Rubensin 400 illik şah əsərindəki qırmızı tutuquşunun sirri açıldı (FOTO)
11 aprel 2024 23:53
- Ulu öndər Heydər Əliyevin əmiləri soyqırımı cinayətlərinə məruz qalıblar – FOTO/VİDEO
9 aprel 2024 06:18
- Bakıda 800 minlik dələduzluq: Üç dövlət qurumu zərər gördü, dörd nəfər həbs olundu
9 aprel 2024 05:47
- 7 ay komada qalan zabitimiz bu gün şəhid oldu - Foto
7 aprel 2024 20:49
- Nazir sabiq baş həkimə vəzifə verdi (FOTO)
5 aprel 2024 11:15
Xəbər lenti
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 11:07
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04
Video & Fotoqalereya
Video
Fotoqalereya