Milli Mətbuatın 144 illiyi ərəfəsində Nəsimi rayonunda jurnalistlərlə görüş

Nəsimi rayon İcra Hakimiyyətində Milli Mətbuatın 144 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, TV, qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə tədbir-görüş keçirilmişdir.
Bizimxeber.az xəbər verir ki, g örüşü giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qonaqları salamlayaraq bildirmişdir ki, 144 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olmuşdur. Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verildiyini qeyd edən Asif Əsgərov vurğulamışdır ki, Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycanda milli-azadlıq hərəkatının əsas istiqamətverici qüvvəsini təşkil etmiş, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olmuşlar. Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlaya bilmiş, respublikanın ictimai-siyasi həyatında fəal rol oynamış, qəzet və jurnalların şəbəkəsi genişlənmiş, jurnalistikanın çeşidli növləri meydana çıxmışdır. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ilk milli qəzeti olan «Əkinçi» qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün – 22 iyul Azərbaycan Milli Mətbuat günü elan edilmişdir. Müstəqilliyin əldə edilməsindən sonra informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirmişdir. Artıq Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır. Ölkəmizdə Mətbuat Şurası yaradılıb və “Mətbuat haqqında” Qanun qəbul edilmişdir. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu ilin martında imzaladığı sərəncamla Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir. Nəsimi rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu ilə sıx əməkdaşlıq edir. Hazırda ölkəmizdə cəmiyyətimizin etibarlı media şəbəkəsini yaradan yüzlərlə mətbuat orqanı, agentliklər, saytlar, tele-radio şirkətləri fəaliyyət göstərir. Mətbuatın inkişaf etdirilməsi məsələləri daim dövlətin diqqət mərkəzindədir. Mətbuatın maneəsiz fəaliyyət göstərməsi, onun dünya təcrübəsi ilə zənginləşdirilməsi, xüsusilə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, o cümlədən peşəkar səviyyələrinin yüksəldilməsi və jurnalistlərin hüquqlarının müdafiəsi üçün dövlətimiz tərəfindən lazım olan bütün addımlar atılmışdır. Dövlətimiz jurnalist əməyini həmişə yüksək qiymətləndirir, kütləvi informasiya vasitələrinin mövcud problemlərinin həlli üçün mümkün olan hər şeyi edir. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Milli Mətbuatın 144 illiyi ilə əlaqədar keçirilən tədbirlər, rəhbərlik etdiyi qurumun fəaliyyət göstərdiyi müddət ərzində görülən işlər barədə məlumat vermiş, mətbuat işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə mətbuat işçiləri adından minnətdarlığını bildirmişdir. Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov və mətbuat nümayəndələri çıxış edərək milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salmış, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışmışlar. Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə KİV nümayəndələrinə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunmuşdur.
- 20 Yanvar xalqımızın Qəhrəmanlıq Səlnaməsidir
19 yanvar 2021 23:00
- “O sözə görə Siyaviş Novruzovun yerinə utandım...”
19 yanvar 2021 19:08
- “Lotu Quli”nin məzarı başında atışma - Ölənlər
19 yanvar 2021 18:51
- "Başı Sovet çəkici ilə əzilməlidir" - Almas İldırımın həyatı
18 yanvar 2021 18:38
- Temperatur 10 dərəcə aşağı enəcək - Xəbərdarlıq
18 yanvar 2021 15:18
- "Holcim"in maliyyə direktoru Dilbər Sultanovanın qanunsuz əməlləri
18 yanvar 2021 10:05
- İcra başçısının 3 milyon dəyərində şəxsi baxçası və ...– SİYAHI
17 yanvar 2021 17:06
- Ermənistan parlametinin sədri SUKA olub - FAKT
17 yanvar 2021 13:33
- Ordusu olmayan ölkələr: Onları kim qoruyur? (SİYAHI)
17 yanvar 2021 11:14
- Nizami Gəncəvi harada anadan olub?
16 yanvar 2021 21:50
- “ Hamısı da cavan qızlara diqqət edirdi..."
19 yanvar 23:13
- 20 Yanvar xalqımızın Qəhrəmanlıq Səlnaməsidir
19 yanvar 22:57
- “30 ildir İlhamı yanımda axtarıram, amma ...”
19 yanvar 22:35
- Azərbaycanla İran arasında mühüm sənəd imzalandı
19 yanvar 22:00
- “O sözə görə Siyaviş Novruzovun yerinə utandım...”
19 yanvar 19:08
- “Lotu Quli”nin məzarı başında atışma - Ölənlər
19 yanvar 18:51
- Mirdaməd Sadıqov öldü
19 yanvar 18:40
- Prezident Xanlar Vəliyevi həbsə göndərir
19 yanvar 18:29
- Qarabağda Prezidentin xüsusi nümayəndələri – FƏRMAN
19 yanvar 15:31
- Nazirin 2 şirkəti ləğv olundu (FOTO)
19 yanvar 14:25
- Aslanov oğluna Londonda 1 milyona mənzil aldı - SƏNƏD
19 yanvar 14:05
- Mirdaməd Sadıqovu aparata qoşdular
19 yanvar 13:55
- Musa Pənahov Qubada torpaqlari neçə ələ keçirib ?
19 yanvar 10:41
- Millət vəkilindən sosial media istifadəçilərinə çağırış
19 yanvar 10:28
- Osmanlı şahzadəsi vəfat etdi
19 yanvar 10:13
- Əli Həsənov danışdı: "Mən də insan idim…"
19 yanvar 09:43
- ABŞ-da silahlı qruplar küçələrə çıxdılar
19 yanvar 09:32
- Kamala Harris səlahiyyətlərini təhvil verdi
19 yanvar 09:25
- İki gün öncə Laçından gələn əsgər dəm qazından öldü
18 yanvar 21:56
- Professor Vaqif Abdullayev yazır - İKİ QARDAŞ
18 yanvar 21:34
- "Başı Sovet çəkici ilə əzilməlidir" - Almas İldırımın həyatı
18 yanvar 18:38
- “Təmizləmə prosesi gedir, hər kəs bunu bilsin”
18 yanvar 17:38
- Prezident 2 zavodun təməlini qoydu (FOTO)
18 yanvar 16:26
- Şuşaya çəkilən YOLDAN yeni - Fotolar
18 yanvar 15:28
- Temperatur 10 dərəcə aşağı enəcək - Xəbərdarlıq
18 yanvar 15:18
- İlk olaraq Oqtay Şirəliyevə vuracaqlar peyvəndi
18 yanvar 10:26
- "Holcim"in maliyyə direktoru Dilbər Sultanovanın qanunsuz əməlləri
18 yanvar 10:05
- Ermənistana yeni müdafiə naziri təyin olundu
18 yanvar 09:50
- Şəhidlər xiyabanında 20 Yanvar faciəsinə hazırlıq (VİDEO)
18 yanvar 09:44
- Navalnı Moskvada saxlanıldı - Video
18 yanvar 09:31