Kadr yerdəyişmələri nəyin xəbərçisidir? - ŞƏRH
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ölkədəki sonuncu kadr dəyişiklikləri ilə bağlı məqalə yazıb.
“Report” E.Şahinoğlunun “Kadr yerdəyişmələri nəyin xəbərçisidir?” başlıqlı məqaləsini kiçik ixtisarla təqdim edir:
Prezident İlham Əliyevin sərəncamı ilə daxili işlər naziri Ramil UsubovPrezident yanında Təhlükəsizlik Şurasının katibi, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev isə vəzifəsindən azad edilərək müdafiə sənayesi naziri təyin edildi. Prezidentin başqa sərəncamı ilə daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov daxili işlər naziri, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyev isə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edildi.
Prezident nədən bu dəyişiklərə ehtiyac duydu?
Birincisi, Ramil Usubov 25 il idi ki, daxili işlər naziri idi. Hakimiyyət nümayəndələri Ramil Usubovun fəaliyyətini müsbət qiymətləndirirdilər. Mərhum dövlət başçısı Heydər Əliyev hətta çıxışlarının birində demişdi ki, qəzetlərin yazdığının əksinə olaraq, o, Ramil Usubovun işindən razıdır və o vəzifəsində qalacaq. Ramil Usubovun mövqeləri 2005-ci ildə Hacı Məmmədov olayında zəiflədi. Daxili İşlər Nazirliyində cinayətkar qrupun fəaliyyətinin ifşa olunması cəmiyyətdə və elə hakimiyyətdə ciddi suallar doğurdu. Buna baxmayaraq, Ramil Usubov vəzifəsini qoruya bildi. Sadəcə, həmin tarixdən başlayaraq Ramil Usubovun dəyişdiriləcəyi xəbərləri yayılmağa başladı. Bu xəbərlərə baxmayaraq, Ramil Usubov həmin hadisədən sonra hələ 14 il də daxili işlər naziri olaraq çalışdı.
İkincisi, Prezidentin Ramil Usubovu Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyinatının arxasında bu kadrı itirməmək istəyi dayanır. Ramil Usubov Təhlükəsizlik Şurasının katibi vəzifəsində texniki çalışmaları həyata keçirəcək, xarici həmkarları ilə görüşüb fikir mübadiləsi aparacaq. Buna qədər bu işləri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev həyata keçirirdi.
Mədət Quliyevin müdafiə sənayesi naziri təyin olunması iki səbəbdən gözlənilməz oldu. Birinci səbəb o idi ki, Mədət Quliyevin Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə təyinatından çox da uzun müddət keçməmişdi və onun fəaliyyətindən narazılıq yox idi. İkinci səbəb o idi ki, müdafiə sənayesi naziri Yavər Camalovun vəfatından sonra bu nazirliyin “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ilə əvəz olunması ilə bağlı qərar verilmişdi. Bu qərardan 4 ay keçdikdən sonra “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ləğv edilərək Mədət Quliyev yenidən yaradılmış Müdafiə Sənayesi Nazirliyinə nazir postuna təyin olundu. Görünür, Mədət Quliyevin idarəçilik bacarığı yenidən yaradılmış Müdafiə Sənayesi Nazirliyin işini canlandırmalıdır. Bu, həm də o deməkdir ki, Müdafiə Sənayesi Nazirliyinin “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti şəklində əvəzlənməsi özünü doğrultmadı.
Elxan Şahinoğlu
Beləliklə, Prezident sosial islahlatlarla yanaşı, kadr islahatlarını da genişləndirir. Çünki bu ikisi bir-biri ilə əlaqəlidir. Prezident seçkisindən sonra bir qrup gənclərə etibar edilmiş və onlar müxtəlif nazirliklərə rəhbər vəzifələrə təyin edilmişdilər. Bu prosesin davam etdirilməsi zəruridir. Maaş və pensiyaların artımı və bu prosesin gələcəkdə də davam etdirilməsi hakimiyyətin bütün resurslarının səfərbərliyini diqtə edir. Çünki yalnız neftin qiymətləri üzərində iqtisadi problemləri həll etmək çətindir, çevik və müasir çağırışlara cavab verən idarəçilik sistemi qurulmalıdır. Bu mənada bir sıra dövlət strukturlarında yeni yanaşmaların tətbiqinə ehtiyac var. Azərbaycanda kadrların yerdəyişmələrini bölgədəki gərgin vəziyyətlə də əlaqələndirmək olar. Cəbhə bölgəsində və qonşu İran ətrafında artan gərginlik, Rusiyanın Cənubi Qafqaz siyasəti, o cümlədən digər qonşu ölkələrdə baş verən proseslər tədqiq olunmalı, mümkün təhlükələr önlənməlidir. Sistem bunları bacarmalıdır.
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 2024 12:17
- SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi
10 aprel 2024 23:08
- Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi - Əkrəm Həsənov
8 aprel 2024 10:14
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Ürəyinizi qorumaq üçün 25 qayda...
24 mart 2024 06:59
- ...AZƏRBAYCAN DEYİLƏNDƏ ayağa dur ki
22 mart 2024 10:38
- Mikrobioloq gözəlliyin sirrini açdı: bağırsaqlarınızın qeydinə qalın!
17 mart 2024 20:05
- NATO Baş katibinin Bakı səfəri – Stoltenberq ağır şərtlərlə gəlir
17 mart 2024 15:45
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49