" 1 və 3 qəpikliklər dövriyyədən çıxarılmalıdır"

Bu gün supermarketlərdə istehlakçıların üzləşdiyi problemlərdən biri də alış-veriş edərkən xırda pul qalıqlarını ala bilməməkdir. İlk baxışdan gözə görünməyən məbləğləri ala bilməmək bir müddət sonra alıcıların narazılıqlarına səbəb olur.
Qaynarinfo məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin Sədri Eyyub Hüseynova müraciət edib. O, bunun sadə bir halda problem olmadığını bildirib:
"Bu məsələ o halda problem deyil ki, kassir həmin qəpiyi versin müştəri götürməsin və ya onlar bunu öz aralarında həll etsin. Amma digər hallarda bu istehlakçının hüququnun pozulması və aldadılmasıdır. Düşünürəm ki, bunu edən marketlər istehlakçı hüququnu pozan marketlərdir. Belə halda istehlakçı öz hüququnu müdafiə etmək üçün Azad istehlakçılar birliyinə yazılı ərizə ilə müraciət edə bilər”.
"Xırda pulların istehsalına çəkilən xərclər əslində o pulların nominal dəyərindən baha başa gəlir”
Bu sözləri isə Qaynarinfo-ya iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Onun fikrincə, 1 və 3 qəpiyədək pulların ishetsalına son qoyulmalıdır:
"İki devalivasiyadan sonra belə bir şərait yaranıb ki, bu pulların istehsalına çəkilən xərclər həmin pullardan daha bahadır. Buna görə də xırda pullarla bağlı məsələyə birdəfəlik aydınlıq gətirmək lazımdır. Ümumiyyətlə 10 qəpiyə qədər olan nominal qəpiklərin dövriyyədən çıxarılmalı və onun istehsalına əlavə xərclərin çəkilməsinə ehtiyac yaranmamalıdır. Buna görə də 1 və 3 qəpiklərin ümumiyyətlə dövriyyədə qalmasının bir mənası yoxdur, onları dövriyədən çıxararaq istehsalına çəkilən xərclərin azaldılmasında yarar var. Marketlər həmin qəpikləri vermədikləri halda müştərilərin o qəpikləri istəməkdən utanmağını anlamaq mümkündür. Amma praktiki olaraq o qəpikləri işlənməsi mümkünsüz hala gəlib. Ümumilikdə bu məsələnin həlli ilə bağlı birdəfəlik Mərkəzi Bankın yanaşması olmalıdır. 1 və 3 qəpikliyin dövriyədən çıxarılması iqtisadi nöqteyi nəzərdən daha məntiqə uyğundur”.
Məsələ ilə bağlə şəhər sakinlərinin də fikiri maraqlıdır. Bəzi Bakı sakinlərinin bununla bağlı suala cavablarını təqdim edirik:
Firuzə Vahid: "Bəzən belə hallarla qarşılaşıram. Amma 5 qəpikləri özüm yığdığım üçün kassirdən qəpiklərimi istəyirəm".
Qafar Əhmədov: "Təkcə marketlərdə yox, dünən "Park Bulvar"da yerləşən mağazaların birində 20 qəpiyimi qaytarmadılar. Belə olanda nəsə demirəm. Adətən xırda qəpik verməyən marketlərə 2-3 qəpik əksik verəndə nəsə demirlər".
Nəzrin Qədirova: "Bir neçə dəfə belə halla qarşılaşmısam da, nəsə deməyə utanmışam. Amma qara qəpikləri verəndə hər zaman götürürəm".
Firəngiz Mabudova: "Sözün düzü belə hallarla qarşılaşanda nəsə etmirəm, elə də qalır. Amma əslində qalsa qəpikləri istəməliyik. Necə deyərlər "dama-dama göl olar”. Bunu da deyim ki, bəzi mağaza və marketlər xırda qəpiklər verəndə götürmürlər".
- Bakıda bu metrostansiya uça bilər! - BAĞLANACAQ
07 dekabr 22:04
- Daha iki partiya seçkilərə qatılır
07 dekabr 21:54
- Deputat Elmira Axundovanın HƏQİQİ atası kimdir ?
07 dekabr 15:48
- Müsavat Partiyası parlament seçkilərində iştirak edəcək
07 dekabr 15:07
- NATO yeni "düşməni"ni elan etdi: Çin nə qədər təhlükəlidir?
07 dekabr 14:58
- Qar, yağış yağacaq, güclü külək əsəcək, yollar buz bağlayacaq
07 dekabr 13:13
- Etibar Məmmədov seçkiyə qatılmaq niyyətində deyil
07 dekabr 13:05
- “Xəzər” Televiziyasında təhvil-təslim işləri gedir
07 dekabr 12:56
- Dünən vəfat edən deputat Yevda Abramov kimdir? - DOSYE
07 dekabr 10:39
- Erməni diplomat: “Naxçıvanda böyük problemimiz var..
07 dekabr 10:21
- Nazir Ceyhun Bayramovun gizli hesabları üzə çıxdı
07 dekabr 00:21
- Xəbəriniz olsun: Bazar günü iş günü elan edildi
06 dekabr 23:29
- Qırğızıstanın sabiq Baş nazirlərinə 22 il həbs verildi
06 dekabr 23:19
- Quranda olan bu adları uşaqlara qoymaq olmaz – Video
06 dekabr 23:00
- Məşhur həkim dönərlə bağlı həyəcan təbili çaldı
06 dekabr 22:17
- “Mənim barəmdə prezidentə yalan informasiyalar veriblər”
06 dekabr 21:50
- Prezident və birinci xanım Şamaxıda ağac əkdi
06 dekabr 21:37
- Yevda Abramov vəfat etdi
06 dekabr 21:26
- Şamxal Həsənovun işçisi baş redaktoru hədələdi, Nazilə Səfərlini təhqir etdi -VİDEO
06 dekabr 19:29
- Telefon danışığınızı kim dinləyir? - Bu KOD ilə hər şeyi öyrənəcəksiniz
06 dekabr 19:10
- Deputatların əlavələrlə birlikdə aldığı məvacib: maaş, bayrampulu, tətilpulu, pensiya
06 dekabr 18:56
- Məhəmməd Əmin Rəsulzadənin dəfnindən nadir kadrlar (VİDEO)
06 dekabr 18:42
- Nazilə Səfərlidən Xoşqədəm Hidayətqızı ilə bağlı ŞOK İTTİHAM: Prezidentə müraciət etdi – VİDEO
06 dekabr 18:30
- İlham Əliyev xanımı ilə Şahxəndan türbəsində - Fotolar
06 dekabr 17:16
- SSRİ-dən qaçan DTK-nın eks-mayoru ABŞ-da öldü
06 dekabr 16:52
- Habil Vəliyev azadlığa çıxdı - Foto
06 dekabr 16:43
- Sağlamlıq və arıqlamaq üçün 6 qida məhsulu
06 dekabr 08:59
- Türkmənistanın keçmiş DİN nazirinə 15 illik həbs cəzası
06 dekabr 08:49
- AMEA-da ixtisarlar olacaq - RƏSMİ
06 dekabr 00:17
- Gürcüstan Prezidentinin iqamətgahı satışa çıxarıldı
05 dekabr 23:59