Fazil Məmmədovun kadrı icra başçısı olmaq istəyir
Bakının ən böyük rayonlarından olan Xətai rayonu 6 aya yaxındır rəhbərsiz qalıb. Uzun illər bu rayona rəhbərlik etmiş Razim Məmmədov 2018-ci ilin 13 dekabr tarixində ölkə prezidentinin sərəncamı ilə vəzifəsindən azad edilib. Bu vaxta qədər də o posta təyinat olmayıb. Prosesin bu qədər uzanması haqda ictimaiyyətə heç bir məlumat verilmir.
Bəzi iddialara görə, olduqca əhəmiyyətli olan Xətai rayonuna başçı axtarışları başa çatmayıb. Çox güman ki, dövlət rəhbərliyi bu cür strateji əhəmiyyətli rayona korrupsiya çirkabına bulaşmamış, adı rüşvətdə, başqa çirkin işlərdə hallanmamış kadr təyin etməyi planlaşdırır. Son dövrlər icra başçıları təyinatında əsas götürülən xətt məhz budur: təmiz reputasiyalı, gənc, intellektual, xarici dil bilən, müasir texnologiyalardan istifadə etməyi bacaran kadrlara etimad göstərilir.
Xətai rayonundan narazılıq çoxdu. Təkcə bir faktı deyək: yaşıllıqların məhvi məsələsi uzun illərdi aradan qaldırılmır. İcra başçısı vəzifədən getsə də yaşıllıqlara qənim kəsilən dəstə hələ də iş başındadı. Bu ayın əvvəllərində rayonun Məhəmməd Hadi küçəsində baş verən “yaşıl soyqırım” buna bariz nümunədir. Ənənə necə qoyulubsa, təəssüf ki, onu dayandırmaq hələ də mümkün deyil.
"Qafqazinfo" xəbər verir ki, Musavat.com-un əldə etdiyi məlumata görə, məhz bu cür işlər, vəzifədə olduqları dövrdə yol verdikləri nöqsanlar səbəbi ilə Xətai RİH-nin bir neçə vəzifəli şəxsinin fəaliyyəti hələ də təftiş edilir. Bildirilir ki, onların barəsində açılmış cinayət işi, başladılmış istintaq dayandırılmayıb.
İlqar Süleymanov
Bu arada, Xətai rayonunun icra başçısı olmaq istəyən xeyli adamın hərəkətə keçdiyi də gələn xəbərlər sırasındadır. Onlardan biri də hazırda Binəqədi Rayon İcra başçısının 1-ci müavini vəzifəsində işləyən İlqar Süleymanovdur.
İ.Süleymanov keçmiş vergi işçisi olub. Hazırda işlədiyi posta vergilər sistemindən gətirilib. Sabiq vergilər naziri Fazil Məmmədovun ən etibarlı kadrlarından, yaxın adamlarından olub. Binəqədinin keçmiş başçısı Xaləddin İsgəndərov da Fazil Məmmədovun yaxın qohumu və inandığı kadrlarından olsa da İlqar Süleymanovla heç vaxt yol getməyiblər. Deyilənə görə, Xaləddin İsgəndərov İ.Süleymanovu özünə potensial rəqib görürmüş. Mənbəmiz iddia edir ki, İ.Süleymanovun gənc və savadlı olması, təsərrüfat işini və idarəetməni yaxşı bilməsi, ən əsas da Fazil Məmmədov tərəfindən etimad qazanması Xaləddin İsgəndərovu daim narahat edirmiş. Bu səbəbdən də həmişə İ.Süleymanovla X.İsgəndərov araslında soyuq münasibət olub. Başqa bir iddiaya görə, onlar vaxtaşırı bir-biriləri haqda mətbuata gizli yolla ifşaedici məlumatlar ötürürmüşlər.
Ötən il may ayında Xaləddin İsgəndərov vəzifədən çıxarıldıqdan sonra İlqar Süleymanov Binəqədinin icra başçısı olmaq üçün çox çalışıb. Bu haqda ötən il mediada xeyli yazılıb. Süleymanovun yaxın çevrəsindən verilən məlumata görə, o, çox çalışsa da, niyyəti baş tutmayıb. Ona hələ bir müddət də 1-ci müavin postunda işləməsi tövsiyə edilib.
İndi isə boş qalmış başqa bir posta - Xətainin icra başçısı vəzifəsinə təyinat alması üçün İ.Süleymanovun ciddi çalışdığı deyilir. Bunun üçün o, tərcümeyi-halının bəzi məqamlarını “təmizləmək” işinə girişib deyirlər. Mənbə bildirir ki, onu ən çox narahat edən karyerasının Fazil Məmmədovla bağlı olmasıdı.
Mənbə bildirir ki, İ.Süleymanovun tərcümeyi-halında ona mane ola biləcək təkcə Fazil Məmmədova bağlı məqamlar deyil. Deyilənə görə, o, 1-ci müavin olduğu dövrdə adı xeyli xoşagəlməz fəaliyyətlərdə hallanıb. Bu haqda indiyədək bəzi KİV-lərdə yazılar da gedib. Musavat.com İ.Süleymanov haqda yazılanların hamısının həqiqət olduğunu iddia etmir. Sadəcə bu məqamı xatırlatmaqla kifayətlənir.
Yazılanlarla bağlı İlqar Süleymanov mövqe bildirmək istəsə, onun mövqeyini, açıqlamasını dərc etməyə hazırıq.
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 2024 11:29
- Ordumuzun əsgəri intihar etdi
24 mart 2024 23:16
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41