Maygülü müəllim danışdı
Müsahibə17 may 2019 13:09
Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologi Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib ki, bəzi quş növləri adlarının dəyişdirilməsi ilə bağlı yekun qərar Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına göndərilib.
Daha əvvəl isə maygülü adlandırılan quş növünün adının batağan, ördəktutan kimi tanıdığımız quş növünün adının da sərçəçalan kimi dəyişdirildiyi açıqlanmışdı. Bu dəyişikliklər cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəs adı dəyişdirilən quşlar özü bu barədə nə düşünür?
Qaynarinfo-nun əməkdaşı həmin quşlardan biri olan Maygülü ilə görüşərək fikirlərini öyrənib.
– Maygülü müəllim, Elmlər Akademiyasının mütəxəssislərinin adınızı batağan kimi dəyişdiyini eşidəndə hansı hisslər keçirdiniz?
– Bir yandan kədərləndim, o biri yandan da qəzəbləndim. Kədərləndim ona görə ki, uzun illər mənə qarşı aparılan çirkin təbliğat axır ki, öz məqsədinə çatdı. İnsanlar "maygülü" sözünü başqalarını aşağılamaq vasitəsinə çevrilmişdilər, tez-tez qulağıma çatırdı ki, onlar bir-birlərinə təhqiramiz şəkildə "ə, maygülü"-zad deyə xitab edirlər. Görünür, Elmlər Akademiyasının alimlərinin belə qərar verməsində bu cür anti-maygülü təbliğatının ciddi rolu olub. Mən burdan maygülünü kinayə, həqarət vasitəsinə çevirən insanlara həm salam göndərirəm, həm də demək istəyirəm ki, di gedin dincəlin, axır ki arzunuza çatdınız... Qəzəbləndim ona görə ki, Elmlər Akademiyasındakılar bizim fikrimizi soruşmadan hansı haqla adımızı dəyişdirirlər? Üstəlik, mənim adımı "Batağan" qoyublar. Mən Elmlər Akademiyasının adını dəyişib "Bataqlıq" qoysam xoşlarına gələr?
– Dediniz ki, AMEA mütəxəssisləri gərək bizim fikrimizi soruşaydılar... Bəlkə quş dili bilmirlər?
– Bilmirlər, əziyyət çəkib öyrənsinlər. Yekə-yekə zooloqlardı, quşların, heyvanların hesabına maaş alırlar, professor, akademik olurlar, ancaq quş dilini öyrənə bilmirlər?
– Digər quşlar bu haqda nə düşünürlər, onların münasibəti necədir?
– Mən bayaq sizinlə müsahibəyə gələndə yolda Qızılquşu gördüm. Təsəvvür edirsiniz, o qədər qürurlu quşun ağlamaqdan gözləri şişib, hirsindən qan az qalır təpəsinə sıçrasın. Götürüb "Sərçəçalan" adı qoyublar ona. Deyir, heç olmasa, "Sərçəifaedən" olardı... Ayıbdı e! Qızılquşun Sərçəçalandan nəyi pisdi, niyə dəyişirlər? Yeri gəlmişkən, müsahibəyə gəldiyimi eşidəndə Qızılquş xahiş elədi onun əvəzindən deyim: "Əgər "qızılquş" adı "sərçəçalan" olursa, onda "alim" sözünü dəyişib "nağaraçalan" eləsinlər". Hesab edirəm ki, boş yerdən gurultu qoparanlar, dambadurum salanlar üçün çox yerinə düşən, yaxşı təklifdir.
– Elmlər Akademiyasını məhkəməyə vermək fikriniz var?
– Sizdə məhkəmə məzhəkədən başqa bir şey deyil.
– Müxalifətçisiniz?
– Müxalifətçiliklə nə əlaqəsi var? Sadəcə, növünüzə – insanlara inamımız olmadığı üçün onlardan ədalətli heç bir addım da gözləmirik. Balamıza dəyməyin, balanızı istəmirik... Nə olsun quşuq, ancaq bir-birlərinin ətini yeyən, qanını içməyə hazır olan bu varlıqlardan ədalət umacaq qədər də quşbeyin deyilik. Ümid edirəm, növünüz haqqında belə açıq danışdığımız üçün məndən inciməzsiniz.
– Yox, nə danışırsınız! Yaxşı, bəs AMEA-nın sizin narazılıqlarınızdan sonra geri addım atacağını necə, düşünürsünüz?
– Qətiyyən! Biz Akademiyada nə ilə məşğul olduqlarını yaxşı bilirik. İşləri-gücü səhərdən axşamacan oturub domino çırpmaqdı. "Elm, elm" deyirlər, indiyəcən mələyin uçma sürətini ölçməkdən başqa hansı kəşfə imza atıblar? Belə danışanda xətirlərinə dəyir, ancaq hər şey göz qabağındadır. Durub Maygülünün, Qızılquşun adı ilə uğraşmaqdansa, dünya elminə töhfə versinlər. Allahın bir "Nobel" mükafatını ala bilmirlər, ancaq başlayıblar ki, "Batağan" elə gəldi, "Sərçəçalan" belə getdi. Olar axırda bir sual da mən verim?
– Əlbəttə, buyurun.
– Müsahibə hansı saytda gedəcək?
– Qaynarinfo.az-da...
– Lap yaxşı. Redaktorunuza deyin, fikirlərimə toxunmasınlar. Nə demişəm, müsahibədə hamısı olduğu kimi getsin. İnsanlar haqqında sərt açıqlamalarımı növbazlıq eləyərək kəsib-doğramasınlar. Adımızı dəyişirsiz, heç olmasa, sözlərimizi dəyişməyin. Ok?
– Baş üstə. Maraqlı müsahibə üçün çox sağ olun.
– Siz də sağ olun.
Söhbətləşdi:
ElnurAstanbəyli
Oxşar xəbərlər
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 2024 10:05
- Crocus City Hall-da YALIN ƏLLƏ terrorçunu zərərsizləşdirən şəxs danışdı - VİDEO
23 mart 2024 18:55
- Həbs olunan terrorçu danışdı: Pula görə elədim... - VİDEO
23 mart 2024 16:18
- Azərbaycanlı ictimai fəalı Türkiyədə kim döy(dür)üb?-Zərəçəkən bəzi məmurlardan şübhələnir-Video
22 mart 2024 20:55
- Ordumuz 1 saata bu kəndləri geri qaytaracaq - SENSASİON ANONS VERİLDİ
17 mart 2024 11:26
- Prezident Natəvanın heykəlindən danışdı
14 mart 2024 17:53
- Bağırov və Beriya müsavatçı olublar - Ermənilərlə 40 il bir evdə yaşayan inqilabçının qohumu DANIŞDI
11 mart 2024 00:30
- Qaqarini 1967-ci ildə ölümdən xilas edən dostu DANIŞDI
11 mart 2024 00:00
- Araik AzTV-yə nələri danışdı? - Etiraflar və DTX-nin Xankəndi əməliyyatından EKSKLÜZİV görüntülər
10 mart 2024 13:44
- Aygün Bəylərin qızı arzularından danışdı - Video
9 mart 2024 16:33
Xəbər lenti
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
Video & Fotoqalereya
Video
Fotoqalereya