Kraliça Azərbaycan nümayəndə heyəti ilə görüşdü - Fotolar
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının əfsanəvi kraliçası Viktoriyanın şərəfinə təşkil olunmuş və bütün dünya at sevərlərinin böyük marağına səbəb olmuş “Vindzor Kral Atçılıq Şousu”na yekun vurulub.
“Qafqazinfo”ya daxil olan məlumata görə, Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə bu tədbirdə iştirak edən Dövlət Sərhəd Xidmətinin Qarabağ atları üzərində süvarilər dəstəsinin və rəqs ansamblının təqdim etdiyi “Azərbaycanın kəlağıyısı və Qarabağ atları” adlı şou-kompozisiya Birləşmiş Krallığının taxt-tacının sahibi, Ülyahəzrət II Elizabetin, kral ailəsinin üzvlərinin və digər tamaşaçıların xüsusi marağına səbəb olub.
Şou aparıcısının təmsilçilərimizin möhtəşəm çıxışını öncələyən təqdimatında şou-kompozisiyanın əsas elementlərindən birini təşkil edən 1500 ildən çox tarixə malik Azərbaycan kəlağayısının hələ iki əsr öncə - 1851-ci ildə Londonda keçirilmiş böyük sərgidə şahzadə Albert tərəfindən öz həyat yoldaşı Kraliça Viktoriyaya hədiyyə edilməsini vurğulaması böyük diqqətlə qarşılanıb.
Qədim Vindzor qəsrinin ərazisində keçirilən bu tədbirdə Azərbaycan nümayəndə heyətinin nümayiş etdirdiyi şou-kompozisiyanı hər gün on minlərlə insan canlı izləmiş, televiziya vasitəsilə milyonlarla tamaşaçı ecazkar milli musiqimizin sədaları altında Qarabağ atlarının gözəlliyinə, süvarilərimizin hünər və igidliyinə, rəqqaslarımızın çılğın və hərarətli rəqslərinə heyran olmuşlar. Böyük Britaniyanın nüfuzlu “Dailymail.co.uk” internet portalı “Vindzor Kral Atçılıq Şousu”na həsr etdiyi reportajında Azərbaycanın Qarabağ atlarının iştirakı ilə nümayiş etdirilən şou-kompozisiyaların Kraliça II Elizabetin ən sevimli tamaşalarından olmasını xüsusi qeyd edib.
11 may tarixində tədbirdə iştirak edən Ülyahəzrət II Elizabet “Azərbaycanın kəlağayısı və Qarabağ atları” şou kompozisiyasına tamaşa etdikdən sonra Azərbaycan nümayəndə heyətinin üzvlərini – Azərbaycan Atçılıq Federasiyasının vitse-prezidentləri Sakit Məmmədovu, Bəhruz Nəbiyevi və idmançı Xədicə Qulubəylini qəbul edib. Görüşdə kraliçanın həyat yoldaşı Edinburq hersoqu şahzadə Filipp, kraliçanın nəvəsi Sasseks hersoqu şahzadə Harri və digər rəsmi şəxslər iştirak ediblər. Azərbaycan xalq rəssamı Sakit Məmmədovun “Bahar qızı” adlı rəsm əsəri və Azərbaycan Kəlağıyısı Ülyahəzrət II Elizabetə hədiyyə kimi təqdim olunmuş, təqdimat zamanı rəsm əsərində təsvir edilən Bahar qızının Azərbaycanın qədim Novruz bayramının simvollarından biri olması, kəlağıyının üzərində təsvir edilmiş Xan qızı Natavan, Qarabağ atları, milli musiqi alətləri, xarı bülbül bitkisi haqqında geniş məlumat verilib.
Ülyahəzrət II Elizabet Azərbaycan təmsilçilərinin nümayiş etdirdikləri möhtəşəm şou-kompozisiyaya, rəsm əsəri və milli kəlağayının hədiyyə edilməsinə görə dərin minnətdarlığını bildirib.
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 2024 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 2024 14:50
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 2024 21:20
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 2024 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20