Pop-corn satan uşaqdan Rasim Musabəyova açıq məktub
İdman9 may 2019 19:31

Səbuhi Abbasov yazır...
Bilmirəm müraciətimi necə başlayım, hardan başlayım, əmi deyim, dayı deyim, deputatmı deyim...
Yüz illik insanın mənəvi yükü indidən məni çökdürüb, dizlərim əsir. Soyuqdan, şaxtadan, aclıqdan deyil, məhz üzərimə vaxtından 50 il qabaq düşən bu mənəvi yük dizlərimi əsdirir. İndi də yeni tapdığım iş əlimdən çıxdı, yüküm ikiqat artdı...eybi yox, birtəhər vəziyyətdən çıxacam. Amma və lakin...
Əziz Rasim əmi, mənim 12 yaşım var, ailəmiz 4 nəfərdən ibarətdir. 6 yaşım olanda atamı itirdim, anam və 2 azyaşlı bacımla kirayə tutduğumuz daxmada yaşayırıq. Sizin iyrəndiyiniz, qəzəbləndiyiniz o iy əslində mənimçün dünyanın ən gözəl ətrindən daha təravətlidir. Çünki o iyə görə mən 2 azyaşlı bacıma, xəstə anama günün sonu yemək alıb apara bilirdim. Mən də istərdim hər şey başqa cür olsun. Çox istərdim sizin övladlarınız, nəvələriniz kimi bahalı evdə yaşayım, bahalı avtomobildə gəzim, hər gün müxtəlif yeməklər yeyim, geyimlər geyinim, hər gün məktəbə gedim-gəlim, dərslərimi oxuyum, gələcəkdə ədalətli hakim olum…
Amma və lakin...
Atam tikinti şirkətində fəhlə işləyirdi. Bir gün xəbər gəldi ki, atanız yıxılıb, yaralanıb, bir müddət sonra öldü. Sizin Milli Məclisdə qəbul etdiyiniz qanunların gücünü onda gördük. Xəstə atama xəstəxanada yaxın duran olmurdu. Adam elə gözümüzün qabağında can verirdi, 6 yaşım var idi, amma onun ağrıdan, əzabdan çıxardığı səs hələ də qulağımdadır. Sonra sizin qurduğunuz səhiyyə sistemi atama II qrup qan yerinə I qrup qan vurdu, bu azmış kimi sağ ayağı əvəzinə, sol ayağını kəsdilər. Yalvardıq, anam az qala bədənini belə satmağa hazır idi. Atam dünyasını dəyişdi. Az qala atamın ölməsinə görə biz hökümətə pul ödəyəcəkdik, anam evdə nə var idisə hamısını satıb xəstəxanalara tökdü, atama məzar daşı düzəltdi.
Rasim əmi, onda bacılarımın birinin 1, digərinin 2 yaşı var idi. Heçnə başa düşmürdülər, anam isə şok vəziyyətində idi. Mənim 7 yaşım tamam olacaqdı, 1ci sinifə gedirdim. Dilənmək, nə də anamı diləndirmək istəmirdim. Elə bil kimsə qulağıma nəsə deyirdi, möhkəm ol, sən kişisən deyə pıçıldayırdı. Bəli, məktəbi atdım, ailəm üçün, anam, bacılarım üçün dolanmaq məcburiyyətində qaldım. İndi 12 yaşım var, demək olar hər ay bir işdə işləyirəm. Azyaşlı olduğuma görə heç kəs məni işə götürmür. Amma bəzi vicdanlı adamlar pop-corn kimi "üfunət” iyi verən aparatları mənə etibar edir, 10 saat işlədib, 5-10 azn gündəlik pulumu qazanıram. Dörd nəfərli ailə üçün azdır, ancaq yoxa lənət, buna min şükür. Amma mənim səbəblərim bununla bitmir axı...Dəfələrlə təhsilimi davam etdirmək istədim. Amma və lakin...
Anam dedi ki, bizim kimi ailələrə dövlət sosial yardım verir, onu alaq, sən də məktəbini davam elə, bacın da birinci sinifə getsin. Razılaşdıq, anamla üz tutduq Sosial Müdafiə nazirliyinə. Rasim əmi, sizin deputat kimi əməyinizin nəticəsində qurulan sistemə görə biz yardımı da ala bilmədik. Anamın təhsili yoxdur, mən isə 12 yaşlı uşaq. Nazirlik sosial yardımla bağlı o qədər sənəd istədi ki, düşündüm ki, ömrümün axırına qədər də çalışsam bu sənədləri bir araya gətirə bilmərəm. Dərin fikrə dalmışdım ki, birdən bir dayday içəri girdi, bahalı avtomobillə gəlmişdi, filan deputatın qohumu mənəm deyib, 20-dən çox bank kartını götürüb getdi. Yanında elə mən yaşda uşaq vardı, hər şey cəhənnəm, həmin an ən böyük arzum uşağın əlindəki sendviçdən biraz da olsa dadmaq idi. Səmimiyyətimə tam inanın, bəlkə də o dayday sizin qohum idi, bəlkə də yox, ola bilsin o, 20 kartdan biri mənim haqqıma düşən idi, bu mənə heç maraqlı deyildi. Sadəcə uşağın əlindəki sendviçdən istədim, özümçün də yox, bacılarım üçün, axı yazıqlar sonuncu dəfə ət nə zaman yeyiblər özləri belə bilmirlər.
Böyük bacım ötən il 1-ci sinifə getməli idi. Bir neçə aydan sonra onu da məktəbdən çıxardım. Elə bilməyin ki, gücsüzəm, ona paltar və ya sumka ala bilmirəm, xeyir, əksinə. Sadəcə sizin parlamentdəki əməli fəaliyyətiniz nəticəsində təhsil sistemimiz çöküb, işləmir, tam rüşvətləşib. Məktəb 100 adda pul yığır, fond pulu, süpürgə pulu, işıq pulu, su pulu, qaz pulu, 8 mart pulu, novruz pulu, yeni il pulu, müəllimlər günü pulu və s və ilaxır. Bunları çatdıra bilmədim deyə çıxardım məktəbdən.Üstəgəl sizin parlamentdəki yüksək fəaliyyətinizdən dolayı təhsilimiz intihar moduna keçibdir. #Elinadan sonra növbəti qurbanın bacım olmasını istəmədim. Sonu nə olacaq bilmirəm. Axı siz də pop-corn iyini qəbul etmirsiniz...
Anam indi xəstədir, atam rəhmətə gedəndən sonra küçələri süpürməyə başladı. Son 3 ildə 2 dəfə anamı avtomobil vurub. Bir dəfə Range Rover, bir dəfə də Gallenwagen, hər ikisinin sürücüsü maşından düşüb anama "korsan, hara baxırsan” deyib və yoluna davam ediblər. Xəstəxanada polislər anamın üstünü elə kəsdirdilər ki, qorxduq, hər 2 oliqarx sürücüdən maşınlarına vurduğumuz ziyana görə üzr istədik. Sağ olsunlar, bizi bağışladılar, biz də bir daha onların avtomobillərin altına girməyəcəyimizə söz verdik. Sizin parlament bizi bu günə qoyub Rasim əmi...
Elə bilirsiniz Sizin dediklərinizi mən başa düşmürəm? Elə bilirsiniz mənim arzularım yoxdur? Elə bilirsiniz qışda, Bakının ağır küləyində gündə 10-15 saat küçədə işləməkdən zövq alıram? Elə bilirsiniz sizlərə görə işsiz qalıb evə qayıdanda bacılarımla ac qarına qucaqlaşıb nəfəsimlə onları doyuzdurmağım mənə xüsusi zövq verir? Bəli, biz fərqliyik. Çünki mən nə uşaqlığımı yaşadım, nə də yeniyetməliyimi yaşayıram. Mənimçün ən böyük problem şikəst anamı və 2 azyaşlı bacımı qida ilə təmin etməkdir. Bilirəm, vaxt gələcək qova-qova məni ölkədən də çıxardacaqsınız, amma vətənimin dar günündə mən yenidən geri qayıdacam...Bir də, heç vaxt nəvələrinizə deməyin ki, pop-corndan pis iy gəlir, heç olmasa onlar gələcəkdə kimisə çörəksiz qoymasınlar!
İmza: Pop-corn satan azyaşlı
Oxşar xəbərlər
- Laçın təhsil şöbəsinin keçmiş işçisi özünü asdı
8 dekabr 2019 13:22
- Parlament buraxıldı, üç deputatın “kitabı bağlandı”?!
4 dekabr 2019 18:42
- NKVD başçısının arvadıyla gəzən yazıçı – Stalinin sevimlisi
3 dekabr 2019 16:50
- “Prezident düz deyir də, dünyanın axırıdır ki, kişi kişi ilə toy edir”
1 dekabr 2019 15:54
- ƏLİ HƏSƏNOV İLƏ ÜÇ AYLIQ TANIŞLIQ
30 noyabr 2019 22:52
- Parlament niyə buraxılmalı idi? - Əsas səbəblər
28 noyabr 2019 14:59
- Tağı Əhmədov Eldar Mahmudovu intihar etməyə çağırdı
27 noyabr 2019 09:39
- Məcburi köçkün qadın məcburi köçkün olmayana ərə gedibsə
26 noyabr 2019 00:12
- Ermənilər və radikallar narahatdır - Nadir Qocabəyli yazır
25 noyabr 2019 16:15
- Şuşada gördüklərim... - FOTOLAR
24 noyabr 2019 21:45
Xəbər lenti
- Dia.az-ın baş redaktoru deputatlığa namizəd oldu
12 dekabr 16:30
- “Guya, Milli Şura iştirak etməsə, bu seçki qeyri-demokratik olacaq”
12 dekabr 16:25
- “Nar”ın müsabiqəsinə qoşul, Yeni ili Moskvada qarşıla!
12 dekabr 16:18
- Qulu Məhərrəmli Suriyaya apara bilmədiyi “Nəsimi barelyefi”ni muzeyə verdi (FOTOLAR)
12 dekabr 13:14
- Prezident və ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:52
- Keçmiş icra başçısı deputatlığa namzidəliyini irəli sürdü (FOTO)
12 dekabr 11:39
- Heydər Əliyevin vəfatından 16 il keçir
12 dekabr 08:53
- Niyaməddin Musayevin ölüm xəbəri
12 dekabr 08:38
- Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım
12 dekabr 08:30
- Bakı metrosunda qorxulu anlar - Video
11 dekabr 22:39
- Ramiz Rövşənə həsr olunan konsertin məşqi (VİDEO/FOTO)
11 dekabr 22:16
- Bu un məmulatları sexi bağlandı - Foto
11 dekabr 21:41
- Bakıda övladlarına işgəncə verən valideyn həbs edildi
11 dekabr 17:21
- Zeynəb Xanlarova ABŞ-a köçüb
11 dekabr 15:17
- Heydər Əliyev Fondundan Gülalıyevlə bağlı daha bir açıqlama
11 dekabr 14:26
- Zeynəb Məmmədyarova da deputatlığa namizəd olacaq
11 dekabr 14:13
- YAP Heydər Əliyevin məzarını ziyarət edib - Fotolar
11 dekabr 11:59
- “Azərpaşa Nemətovun qabağında əyilirdilər...”
11 dekabr 10:59
- Azərbaycanda vəzifəli şəxs ölkədən qaçdı
11 dekabr 10:49
- “EuroHome”un qarşısında bədbəxt hadisə, iki tələbə öldü
11 dekabr 09:17
- “KUKLAOYNADANLARDAN QURTULMUŞUQ...”
11 dekabr 09:05
- Müsəlman qadınlar üçün “kupalnik” hazırlandı - Video
11 dekabr 08:53
- Yeganə oğlu Ermənistana aparılan ananın faciəsi (VİDEO)
10 dekabr 22:20
- Yanvarın 1-dən bütün pensiyalar 13-14% artacaq
10 dekabr 21:58
- “Uşaqları özləri döyüb” - Ögey ana ilə ata efirdə+Video
10 dekabr 21:07
- Çexiya xəstəxanasında insanlara atəş açıldı - 6 ölü, 2 yaralı
10 dekabr 20:43
- Yuri Lujkov vəfat etdi
10 dekabr 20:36
- Kəmaləddin Heydərov 51 yaşlı generalı işdən çıxardı (FOTO)
10 dekabr 17:03
- Prezident İordaniya Kralı ilə işçi naharında
10 dekabr 16:56
- “Anar Ələkbərov mənə zəng vurdu...”
10 dekabr 16:45
Video & Fotoqalereya
Video
Fotoqalereya