BSU-da Şuşaya həsr olunmuş tədbir keçirilib
BSU-da Şuşaya həsr olunmuş tədbir keçirilib
Mayın 8-də Bakı Slavyan Universitetində (BSU) “Qələbə müjdəsi ilə” adlı Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümü və 9 may qələbə günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə əvvəlcə Şuşa şəhəri uğrunda döyüşlərdə və Qarabağ müharibəsi zamanı şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova bildirib ki, ərazisi 289 kvadrat km. olan Şuşa rayonunun işğalı zamanı 196 nəfər şəhid olub, 165 nəfər yaralanıb, 68 nəfər itkin düşüb. X. Sultanova qeyd edib ki, işğal zamanı Azərbaycan muğam sənətinin beşiyi olan Şuşanın yüzlərlə dini, tarixi və mədəni abidələri dağıdılıb. O, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarının Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində tezliklə işğaldan azad ediləcəyinə inandığını bildirib
BSU-nun Azərbaycanşünaslıq elmi laboratoriyasının müdiri, dosent, Qarabağ müharibəsi veteranı Sadir Məmmədov erməni qəsbkarlarının törətdikləri vəhşiliklərdən danışaraq, 1988- ci ildən bu yana baş verənləri analiz edib. S.Məmmədov çıxışında bildirib ki, erməni vandalları Şuşanın bünövrəsini qoymuş Pənahəli xanın sarayını, Cümə məscidini, Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini, artilleriya generalı Mehmandarovun, dahi bəstəkar Ü.Hacıbəyovun, görkəmli müğənni Bülbülün ev-muzeylərini, İbrahim xanın qəsrini, qala divarlarını dağıtmış, şəhərin sərvətlərini, tarixi sənədləri, digər qiymətli materialları məhv ediblər.
Tədbirdə Şuşa haqqında “Şuşa öz tarixi ilə, məhşur abidələri ilə və övladları ilə” adlı film nümayiş etdirilib.
1941-1945- ci illər Böyük Vətən Müharibəsində Azərbaycan xalqının şücaəti haqqında çıxış edən BSU-nun Azərbaycan Tarixi və ictimai elmlər kafedrasının dosenti Ərzuman Əmirov qeyd edib ki, müharibə illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik göstərib. Qısa müddətdə qırıcı təyyarə batalyonu və özünümüdafiə dəstələri təşkil olunub, azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçib. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ziya Bünyadov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlıqları ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar. Ərzuman Əmirov qeyd edib ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amillərdən biri olub.
BSU-nun Jurnalistika fakültəsinin dosenti Mübariz Əhmədov çıxışında bildirib ki, bu gün Azərbaycan həqiqətlərini dünyaya çatdırılması istiqamətində bir çox addımlar atılır.
BSU Mətbuat Xidməti
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 2024 20:31
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 2024 11:42
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Məmurla həbs olunan iş adamı arasında nə baş verib? - "Restoranda 500 min verdim" (TƏFƏRRÜAT)
10 aprel 2024 18:21
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22