Səfər Mehdiyev səfərdən nə vaxt qayıdacaq?
Dövət Gömrük Komitəsi də MTN kimi ləğv olunmalıdır
“DGK rəhbərliyi hazır məhsulu NİYƏ külçə kimi sənədləşdirir ?” başlıqlı ötən yazımızda Dövlət Gömrük Komitəsi rəhbərliyinin sahibkarlara, iş adamlarına əsassız olaraq yaratdığı problemlərdən bəhs etmişdik.
Qısa məlumat üçün qeyd edək ki, 3 ildir Gəncə şəhərində fəaliyyət göstərən, əlvan metalların istehsalı, emalı və ixracı ilə məşğul olan Salehoğlu LTD MMC şirkətinin ekspertiza üzrə mütəxəssisi Məmmədov Bayram Camal oğlu NUH.az saytına bildirmişdi ki, DGK rəhbərliyi ixrac olunan məhsulların laborator müayinəsini bilərəkdən 3-4 gün kecikdirir və sahibkarlar hər bir konteyner üçün hər gün 150 dollar cərimə ödəməyə məcbur olur.
Bundan əlavə Bayram Məmmədov müxbirimizə bildirirb ki, DGK rəhbərliyi sahibkarları məcbur edir ki, ixrac etdikləri hazır məhsulu xammal-külçə kimi sənədləşdirsinlər:”Bizi məcbur edirlər ki, latun və mis çubuqları hazır məhsul kimi deyil, məhz külçə kimi sənədlışdirək. Axı, biz neçə ildir böyük vəsait sərf edib avadanlıqlar almışıq, istehsal sahəsi yaratmışıq, əsasən Qarabağ veteranlarından ibarət olan 25 nəfər işçiyə maaş veririk, ayda 12-13 min manat qaz sərfinə, 5 min manat işıq sərfinə, ildə 20 min manat sosial müdafiə fonduna, 80-100 min manat vergiyə pul ödəyirik. Bu boyda xərclərdən sonra biz istehsal etdiyimiz hazır məhsulu niyə külçə kimi sənədləşdirməliyik?
Axı, Nazirlər Kabinetinin hazır məhsul və külçə ixracı ilə bağlı qərarı var. DGK rəhbərliyi NK-nın qərarını ayaq altına atır. Bircə sadə hesabla DGK-nın sahibkarın başına açdığı oyuna nəzər salaq. Nazirlər Kabinetinin qərarı ilə 1 ton latun, mis külçənin ixrası üçün dövlətə 320 dollar rüsum ödənməlidir. Deməli bizim şirkət 24 ton külçə üçün 24 x 320 = 7680 dollar rüsum ödəməlidir. Əslində bizim şirkət hazır məhsula görə NK-nın qərarına uyğun olaraq 1356 manat rüsum ödəməliyik. 7680 dollar hara, 1356 manat hara ? Fərqi gördünüz”.
Bayram Məmmədov dəfələrlə DGK-ya müraciət etsə də ona könkret cavab verən olmayıb. Daha doğrusu, komitədə daxili telefonla əlaqə saxladığı vəzifəli şəxs ona bildirib ki, biz sizə sübut edəcəyik ki, sizinki hazır nəhsul deyil, külçədir.
Bu gün redaksiyamızla əlaqə saxlayan Bayram Məmmədov bildirdi ki, məsələ ilə bağlı DGK-nın Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəis, gömrük xidməti polkovniki Təyyar İbrahimovla və idarənin Texnoloji və Mexaniki avadanlıqların ekspertizasl şöbəsinin müdiri İsgəndər Abbasovla görüşmüşük.
Təyyar İbrahimov şirkətin nümayəndəsinə bildirib ki, DGK-nın labarator avadanlığı sıradan çıxıb, ona görə də məhsulunuza rəy verə bilmirik, bir neçə gün gözləməli olacaqsınız.
Şirkət nümayəndəsinin “Bəs bizə dəyən zərəri kim ödəyəcək” sualna isə idarə rəisi “Əlbəttə, özünüz ödəyəcəksiniz” cavabını verib.
Şirkət nümayəndəsinin “ Bizə ya hazır məhsul, ya da külçə kodu verin” tələbinə isə şöbə müdiri İsgəndər Abbasovun cavabı maraqlı olub: “ Komitə sədri Səfər Mehdiyev xaricdə səfərdədədir. Biz kod verə bilmərik, qoy sədr gəlsin qərarını versin”.
Şirkətin nümayəndəsi NUH.az-a bildirib ki, hazırda gecikməyə görə, konteyner üçün 600 dollar cərimə verməliyk, Səfər müəllim gələnə kimi cərimə 2000 dollara çatacaq.
Bayram Məmmədov müxbirimizə onu da bildirib ki, Ekspertiza İdarəsinin mütəxəssisləri öz vəzifələrini müstəqil icra edə bilmir, yuxarının qərarını gözləyir, bu isə sahibkarlara ciddi problem yaradır.
Məsələ ilə bağlı Ekspertiza İdarəsinin rəisi ilə ( +994 12 440-14-06 ) əlaqə saxlamaq cəhdimiz alınmadı.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
P.S. Bir media qurumu olaraq apardığımız araşdırmalar onu göstərir ki, DGK sədri Səfər Mehdiyev cənab Prezidentin etimadını doğrulda bilmir, gömrük sistemində ciddi islahatlar aparmaq əvəzinə ciddi problemlər yaradır. Ümumiyyətlə, uzun illər İranlı Əhədlə gömrük sistemində monopoliya yaradan bir şəxsin ciddi isalahat aparması heç bir məntiqə sığmır. Eldar Mahmudovun, Akif Çovdarovun reputasiyasını zədələdiyi Milli Təhlükəsizlik Nazirliyi tam ləğv olunduğu kimi DGK-nın da bir qurum kimi ləğv olunmasının zamanı çatıb. Son qərar cənab Prezidentindir.
NUH.az
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 2024 10:13
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 2024 11:06
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 2024 21:16
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 2024 09:49
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22