Qalmaqallı məktəb direktoru: “Hamı bilir ki, o xəstə, manyak adamdır”
Günün sitatı23 aprel 2019 19:18
Samux rayon İnstitut qəsəbə tam orta məktəbi ilə bağlı şikayətlər davam edir.
Bu gün "Yeni Sabah”a məktəb direktoru haqqında valideyn və müəllimlərdən növbəti şikayət daxil olub. Məktəbin keçmiş fizika-riyaziyyat müəllimi olan şikayətçilərdən biri bildirib ki, işlədiyi müddətdə direktor ona çox əziyyət verib:
"6-ci gün Gülsabah Abbasova məktəbdə iclas keçirib. Müəllimləri və qaçqın valideynlərini iclasa çağırıb, onlar da qol çəkiblər ki, hadisələr hamısı yalandır.
Amma yayılan məlumatlar hamısı düzdür. Bu məktəb çox qalmaqallıdır. 44 il ərzində məktəbdə 10 direktor dəyişib. Mən hələ belə direktor görməmişəm. Mənim yerimə X-XI siniflərə saxta qiymətlər yazırdı. Uşaqları, müəllimləri polislə qorxudurdu. Müəllimlərdən ayda 20 manat pul yığır. Pulu yığanda deyir, Təhsil şöbəsi istəyir.
Azərbaycan sektorunda direktor müavini kirvəsidir, onun pul yığanıdır. Ümumiyyətlə, direktor müavinləri, kitabxanaçı, bir çoxları onun adamıdır. Mən bu işin üstünə düşəndə prokurorluqdan qohumlarım var idi, mənə onun sənədlərini göstəriblər. Saxta diplomuna Xankəndində peçat vurulub, üstündə riyaziyyat yazılıb. Çox savadsızdır, inanın 3-cü sinif riyaziyyatı da bilmir. Əmək kitabçası saxtadır. Yazılıb Şamxor (Şəmkir) rayon, üzərində fabrik adı və 1 nömrəli məktəbin peçatı vurulub. Hamısına baxmışam. Onun bütün işləri fırıldaqdır. Özü də qaçqın deyil. Mən bir çox yerlərə yazmışam. Təhsil şöbəsi yenə onun arxasında durdu. Yazılırdı araşdırıldı, yoxlanıldı. Heç nə araşdırılmayıb. O gün iclasda 4 nəfər Təhsil şöbəsindən gəlmişdi. Yalandan gəldilər hay-huy... Sonra direktor müəllimlərə deyib ki, məni başçı çağırdı dedi get, yaxşı işlə, sənin kimi yaxşı direktor yoxdur.
Rus dilini bilməyən müəllimə rus sektorunda dərs verirlər. Qırmızı diplomla bitirənlər var. Sevinc adında qız 43 bal toplayıb onun yerinə yenə öz adamlarını gətirib qoyub. Bir sözlə, bu məktəb dəhşətdir”.
İttihamlarla bağlı məktəbin direktoru Gülsabah Abbasova "Yeni Sabah”a açıqlamasında bildirib ki, deyilənlər hamısı şər-böhtandır: "Regiondan, Təhsil şöbəsindən, polislər gəldi. Məktəbimizdə araşdırma aparıldı, izahat verildi. 6-cı gün Təhsil şöbəsinin, qəsəbənin ziyalıları, valideynlər və müəllimlərlə iclas keçirildi. Bizim məktəbə bir nəfər böhtan atır. Müxalif fikirli insanlar, məktəbin inkişafını qəbul etməyənlərdir. Orada valideyn şikayəti yoxdur, yalan və böhtandır.
Tədbir də son naliyyətlərimizlə bağlı idi, kollektiv gedib məni də ora dəvət etmişdi. Valideyn iclası çağırdıq orada həmin adamın adı çəkilib. Təhsil şöbəsi də, regiondan da bilirlər kimdir. Mən bilmirəm hansı xəstə, müxalifdi, dövlətin, inkişaf etmiş məktəbin əleyhinə gedirsə, sizə məlumatları verən də o insandır. Hamı bilir ki, kimdir o xəstə, manyak adamdır. Mənim onunla, məktəbdə heç kimlə problemim yoxdur. Sadəcə kənarda kimlərsə qruplaşıb o adamı qabağa atıblar ki, məktəbə böhtan at.
Ona cavab verəcəyik. İclas keçirmişik, bildirmişik kimdir. 2003-cü ildən o adam məktəbdən yazır-pozur. Bizim gözəl kollektivimiz, müəllimlərimiz, istedadlı şagirdlərimiz var. Rayonun birinciləri sırasındayıq”.
Bildirək ki, bundan öncə də direktorun vəzifəsinin 5 illiyi ilə əlaqədar ziyafət təşkil etdiyi və ziyafətin pulunu müəllimlərdən yığdığı bildirilmişdi. Bundan başqa sinif otağında məktəbdən qovulmuş oğlanla məktəbin şagirdi olan qızın videosu da səs-küy yaratmışdı.
Oxşar xəbərlər
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 2024 21:04
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 2024 22:12
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Krokus teraktının qəhrəmanı olan 15 yaşlı QIRĞIZ BALASI danışd - Əvvəlcə qorxdum…
24 mart 2024 21:13
Xəbər lenti
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
Video & Fotoqalereya
Video
Fotoqalereya