Rusiyada azərbaycanlıları xarab kartofa görə güllələdilər
Hadisə14 aprel 2019 19:26
Ötən gecə Moskvada yolda 1 nəfərin ölümü, 1 nəfərin yaralanmasına səbəb olan atışmanın təfərrüatları məlum olub.
ONA-nın verdiyi məlumata görə, atışmada ölən və yaralananların azərbaycanlı sahibkarlar olduğu üzə çıxıb.
Hadisənin səbəbi bir həftə əvvəl Rəsul və Aqil adlı azərbaycanlı iki sahibkarın digər azərbaycanlı sahibkara 300 min rubl ödəyərək 15 ton kartof alması olub. Ancaq maşına yüklənmiş kisələr boşaldılan zaman kartofların dondurulduğu və temperaturun artması ilə çürüməyə başladığı məlum olub. Kartof kisələrini maşına yükləyərək geri qaytaran sahibkarlar həmyerlilərindən ödədikləri pulu geri tələb ediblər.
Tərəflər pulun qaytarılması üçün aprelin 14-də gecə İzmaylovo qəsəbəsində görüş təyin ediblər. Ancaq pulu qaytarmaq niyyətində olmayan sahibkarla mübahisə başlayıb, sonra da atışma olub. Nəticədə aldadılmış sahibkarlardan 32 yaşlı Rəsul qarnından, onun tərəfdaşı Aqil isə başından yara alıb. Yaralanan sahibkarlar avtomobillə xəstəxanaya getməyə qərar veriblər. Avtomobili idarə edən Aqil "Don” magistralında Rəsulun artıq nəfəs almadığını görüb. O, Lipetsk küçəsində avtomobili saxlayıb və təcili tibbi yardım xidmətinə zəng açıb. Ancaq həkimlər gələn zaman artıq yaralının qanaxmadan öldüyünün şahidi olublar. Aqil isə xəstəxanaya yerləşdirilib.
İki və daha artıq şəxsin qətlə yetirilməsi, qanunsuz odlu silah əldə etmə maddələri ilə cinayət işi açılıb. Hazırda azərbaycanlı sahibkarları güllələyən digər azərbaycanlı sahibkar axtarılır.
***
Rusiyada mübahisə zamanı iki Azərbaycan vətəndaşı güllələnib.
"Komsomolskaya pravda” nəşrinin yazdığına görə, onlardan biri ölüb, digəri isə təsadüf nəticəsində sağ qalıb.
Bildirilir ki, mübahisəyə səbəb çürük kartof olub. Sağ qalan azərbaycanlı bildirib ki, dostu ilə meyvə-tərəvəz bazarına gələrək bir nəfərdən 15 ton kartof alıblar. Lakin kartof anbara gətiriləndə, azərbaycanlılar aldadıqlarını başa düşüblər. Belə ki, məhsulun böyük hissəsi xarab olub.
Onlar bazara qayıdaraq satıcıdan pulun qaytarılmasını tələb ediblər. Kartofu satan şəxs isə malın dediyi əraziyə çatdırılacağı təqdirdə pulu qaytaracağını deyib. Vəd olunan saatda kartofla dolu maşın əraziyə gələndə, azərbaycanlılar orada naməlum şəxsləri görüblər. Sonra onların arasında mübahisə yaranıb. Bu zaman kartofu satan şəxsin adamlarından biri azərbaycanlılara odlu silahdan atəş açıb.
Qətli törədən şəxs polis tərəfindən axtarılır. (oxu.az)
Oxşar xəbərlər
- Rusiyada millətçi çağırışlar – Kadırovdan etiraz gəldi
24 mart 2024 22:03
- Krokus teraktının qəhrəmanı olan 15 yaşlı QIRĞIZ BALASI danışd - Əvvəlcə qorxdum…
24 mart 2024 21:13
- Moskva terrorunda azərbaycanlı kişi və erməni xanımı da öldürülüb
24 mart 2024 20:47
- 1 nömrəli qanuni oğru kor olub
24 mart 2024 19:59
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar - VİDEO
24 mart 2024 05:58
- Həbs olunan terrorçu danışdı: Pula görə elədim... - VİDEO
23 mart 2024 16:18
- AZƏRBAYCANDAKI BEŞİNCİ KOLON-UN İŞİ ÇƏTİNDİR... – Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək
22 mart 2024 17:39
- Moldova Prezidenti azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib
22 mart 2024 09:51
- MASAZIRDA hoteldə qadını 150 manata görə öldürübmüş - 19 il cəza
22 mart 2024 09:10
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya