Fermerlər deyirlər ki, məhsulu ixraca yönəltməmək üçün 1 dollar rüsum tətbiqi məhsulun maya dəyərindən bahadır. “Hesab edin ki, kartofun yetişdirilməsi 1 manat 20 qəpiyə başa gəlir. İndi, biz, bunu xaricə çıxara bilmiriksə ölkə içində bu 10-20 qəpiyə satılacaq, əksər məhsul çürüryüb sıradan çıxacaq.”
Amma fermerlər məsələnin icra hakimiyyəti başçısının dediyi kimi 2-3 gündə həll olunacağına inanmır. Digər istehsalçılar da oxşar problem yaşadıqlarını deyib.
“Yaxın ik-üç gündə topdansatış təşkilatçıları məhsulu bizdən almalı idilər. Amma ixrac rüsumu tətbiqindən sonra, aprelin 6-da gəlib verdikləri kisələri geri apardılar və səbəb kimi məhsulu xaricə çıxarmağın artıq sərf etmədyini söyldəlilər”, fermer belə deyib.
Son həftələrdə kartof, soğan və kələmin ölkə daxilində pərakəndə satışında kəskin qiymət artmı baş verib, soğan, kartof və kələmin qiymətində 1 manatdan 2 manatadək bahalaşma qeydə alınıb.
Bunu nəzərə alan Nazirlər Kabineti hər üç məhsulun ixrac rüsumunu mövsümü olaraq artırıb. Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən kartofa tətbiq edilən ixrac gömrük rüsumu bu ilin 30 aprelinədək 1 kq üçün 1 dollar (əvvəl 0,8 dollar), soğana və kələmə tətbiq edilən ixrac gömrük rüsumu bu ilin 30 mayınadək 1 kq üçün 2 dollar (əvvəl 0,6 dollar) olacaq.