Azərbaycan idmanı: Mötəbər tədbirlərdən çoxsaylı medallaradək - İSLAHATLARIN 1 İLİ - VİDEO
Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin yenidən dövlət başçısı seçilməsindən ötən bir il müddətində Azərbaycanın dünya idmanındakı nüfuzu daha da artıb.
“Report” xəbər verir ki, 2018-ci ilin aprelindən bəri ölkədə bir sıra mötəbər beynəlxalq yarış və tədbirlər keçirilib. Odlar Yurdunu təmsil edən idmançılar dünya arenalarında müxtəlif növlərdə fəxri kürsüyə yüksəlməyi bacarıblar.
Azərbaycan hesabat dövründə “Formula 1” üzrə Azərbaycan Qran Prisi, cüdo üzrə dünya çempionatı, şahmat üzrə “Shamkir Chess-2018” beynəlxalq superturniri, velosiped idmanının BMX növü üzrə dünya çempionatı, batut, tamblinq və mini-batut gimnastikası üzrə Avropa çempionatı, akrobatika üzrə Dünya Kuboku və digər nüfuzlu beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edib. Həmçinin Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar “Bakı 2019: Ulduzlar finalı” adlı qarşılaşma təşkil olunub.
Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il “Formula 1” üzrə Azərbaycan Qran Prisinin qalibi Almaniyanın “Mercedes” komandasının pilotu Lüis Hemiltonu şəxsən mükafatlandırıb. Dövlət başçısı Bakıda keçirilmiş cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak edib. Yarışları Rusiya Prezidenti Vladimir Putin və Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa da canlı izləyiblər.
Ötən müddət ərzində Bakıda Beynəlxalq Gimnastika Federasiyasının ali orqanı olan Konqresin iclası, Beynəlxalq Xüsusi Olimpiya Hərəkatının 50 illik yubileyi ilə əlaqədar Gənc Liderlərin Qlobal Forumu, İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin gənclər və idman nazirlərinin 4-cü konfransı, Ümumdünya Antidopinq Agentliyinin İcraiyyə Komitəsinin yığıncağı, Dünya Boks Şurasının (WBC) 55-ci Konvensiyası, Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası və daha bir neçə mühüm tədbirlər baş tutub.
Azərbaycan idmançıları 2018-ci idə keçirilmiş beynəlxalq yarışlarda 753 medal qazanıblar. Medallardan 263-ü qızıl, 230-u gümüş, 260-ı isə bürünc əyarlı, 313-ü (85 qızıl, 90 gümüş və 138 bürünc) olimpiya, 440-ı (178 qızıl, 140 gümüş və 122 bürünc) isə qeyri-olimpiya növlərinin payına düşüb.
Azərbaycan Prezidenti ötən il oktyabrın 15-də Lənkəran Olimpiya İdman Kompleksinin, bu il fevralın 13-də isə Beyləqan Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Bununla da ölkədə istifadəyə verilən Olimpiya İdman Komplekslərinin sayı 45-ə çatıb. Hazırda 3 Olimpiya İdman Kompleksinin (Neftçala OİK, Tərtər OİK, Goranboy OİK) və 2 İdman Kompleksinin (Yardımlı İK, Qala İK) tikintisi davam etdirilir, Yevlax Olimpiya İdman Kompleksinin layihələndirilməsi başa çatdırılıb.
Prezident İlham Əliyev Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında medal qazanan idmançıları və onların məşqçilərini mükafatlandırıb.
Birinci yeri tutan hər bir idmançıya 25 min manat, onun məşqçisinə 12 min 500 manat;
İkinci yeri tutan hər bir idmançıya 15 min manat, onun məşqçisinə 7 min 500 manat;
Üçüncü yeri tutan hər bir idmançıya 10 min manat, onun məşqçisinə isə 5 min manat
mükafat verilib. Komandanın baş məşqçisinə idman növü üzrə ən yüksək nailiyyət göstərmiş idmançıya görə şəxsi məşqçisinin aldığı məbləğ qədər mükafat ödənilib. Argentinaya yollanmış 17 Azərbaycan idmançısından 2-si qızıl, 1-i gümüş, 3-ü bürünc medal qazanıb.
Dövlət başçısı və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunmuş tədbirdə 25 nəfər görkəmli idman xadimini mənzillə mükafatlandırıb. Siyahıda müxtəlif idman növləri üzrə məşqçilər, hakimlər, idmançı və veteran idmançılar, eləcə də Gənclər və İdman Nazirliyinin əməkdaşları yer alıb.
Azərbaycan 2019-cu ildə də bir sıra nüfuzlu yarışlara ev sahibliyi edəcək. Bakıda 26 - 28 apreldə “Formula 1” üzrə Azərbaycan Qran Prisi, 29 mayda UEFA Avropa Liqasının final oyunu, 21 - 27 iyulda XV Avropa Gənclər Olimpiya Festivalı, 16 - 19 mayda bədii gimnastika üzrə Avropa, 16-22 sentyabrda isə dünya çempionatı kimi mötəbər yarışlar baş tutacaq.
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 2024 21:04
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 2024 22:20
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20