Zahid Oruc yeni vəzifəsindən danışdı - Nə iş görəcək?
Deputat Zahid Oruc prezidentin sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsindən danışıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə açıqlama yayan deputat şəxsinə göstərdiyi etimada görə ölkə prezidenti İlham Əliyevə təşəkkür edib: “Ötən günlər ərzində müxtəlif kommunikasiya vasitələrilə bizi arayıb öz ürək sözlərini söyləyən hər kəsə ayrılıqda, hamıya birlikdə razılığımı qeyd etmək istəyirəm və deyilən hər kəlməni insanlar üçün işləmək, çalışmaq, fədakarlıq etmək siqnalı kimi qəbul edirəm. Bəlağətsiz və boyasız səmimi mövqeyim bundan ibarətdir.
İşimizlə bağlı onu deyə bilərəm ki, dövlətin və hökumət orqanlarının çevrəsində onlarla institut, beyin mərkəzi və analitik qurum var.
Eyni zamanda, ölkə rəhbəri gündəlik olaraq, Azərbaycanın daxili və xarici siyasətinə dair məlumatları müfəssəl qaydada müxtəlif mənbələrdən alır, hesabat və təhlillərlə tanış olur, qəbul etdiyi qərarlar zamanı onları nəzərə alır. Həmin informasiyaların təminatı məxfi xidmət orqanları, həmçinin icra və siyasi strukturlar tərəfindən həyata keçirilir.
Sosial Tədqiqatlar Mərkəzinin yaradılması dövlət və vətəndaş arasında sağlam, etibarlı və dürüst əlaqələrin formalaşması məramından irəli gəlib.Məqsəd hakimiyyət institutlarına ictimaiyyətin münasibətini həm də bu yolla öyrənməklə dövlət quruculuğu prosesinə aktiv yön vermək, xalq qarşısında hesabatlı, şəffaf və ədalətli idarəçilik sistemini bərqərar etməkdir.
İndi hər kəs qəbul edir ki, istənilən rəsmi qərar cəmiyyətin ona hazırlanmasını, millətin həmin siyasətdə aktiv iştirakını tələb edir. Sosial Tədqiqatlar Mərkəzi öz imkanları və səlahiyyətləri daxilində əldə etdiyi təhlilləri, hesabatları və rəy sorğularını daimi əsasda ölkə rəhbərliyinə təqdim etməyə çalışacaq.
O ki, qaldı əməkdaşlıq edəcəyimiz qurumlara, onlar bəllidir. İstər beynəlxalq təşkilatlar, istərsə də yerli institutlar, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə çiyin-çiyinə çalışmaq bizim üçün bir nömrəli vəzifədir.
Eyni zamanda, hər kəs əmin olsun ki, təkcə mövqeyi dövlətin iqtisadi-siyasi xətti yaxın olan iqtisadçılarımızla deyil, eləcə də fərqli dünyagörüşü daşıyan istənilən fikir adamı ilə ünsiyyətə, əməkdaşlığa və işgüzar münasibətlərə hazırıq. Hörmətli iqtisadçılar Vüsal Qasımlı, Rövşən Ağayev, Samir Əliyev və onlarla tanınan, yaxud tanınmayan insanlar bizə öz köməyini göstərəcəksə, onlardan qətiyyən imtina etmək fikrində deyilik”.
O bildirib ki, STM-in yaradılmasının təşkilati bazası keçmişdə mövcud olan Strateji Araşdırmalar Mərkəzinin kadr və inzibati binası əsasında həyata keçiriləcək: “Buna görə də, bir sıra hüquqi prosedurları sürətlə keçmək ərəfəsindəyik. Amma bu işlər bir qədər zaman alacaq.
Xüsusi vurğulamaq istəyirəm ki, Mərkəzin işçi heyətinin mühüm bir hissəsi əvvəlki illərdə SAM-da daxili siyasət üzrə çalışan insanlardan ibarət olacaq.Yerdə qalan vakansiyalarda təmsil olunacaq şəxslərə dair müxtəlif tələblər mövcuddur və onu da ən qısa zamanda bildirəcəyik. Lakin bir prinsipə əmin ola bilərsiniz-ölkə rəhbərinin tapşırığı ilə savadlı, intellektual gəncləri sıralarımıza almağa heç kəsin şübhəsi olmasın!
Sonda informasiya məkanında şəxsimə dair göstərilən inamı, müsbət sözləri, eləcə də tənqidləri, hətta ittiham və mühakimə epitetlərini də çox anlaşıyla qarşıladığımı bildirmək istərdim. Doğrudur, onlarla tam tanış ola bilməmişəm.Lakin belə də olmalıdır. Çünki biz tənqidlərə hər zaman açığıq”.
- Bir sıra QHT-lər isə yalnız sədrlərdən ibarətdir
18 mart 2024 12:38
- Putin gedir, Rusiya parçalanır?.. - 5 ssenari
17 mart 2024 20:59
- Ələtdə tikiləcək yeni hava limanı haqda maraqlı detal ...
17 mart 2024 16:20
- Dövlət Baxçalıdan Ərdoğana ÇAĞIRIŞ
17 mart 2024 14:36
- Ordumuz 1 saata bu kəndləri geri qaytaracaq - SENSASİON ANONS VERİLDİ
17 mart 2024 11:26
- Azərbaycan İsraildən ultra-müasir silahlar istəyir: İngilis saytı SİYAHI yaydı!
16 mart 2024 22:24
- ŞOK! Erməni tarixçi Ezokyants: "Müasir ermənilər türk - müsəlmanların törəmələridir" - VİDEO
16 mart 2024 14:43
- BAKCELL-də yeni təyinat
15 mart 2024 20:20
- Bakıda 30 hektarlıq yeni park salınır (FOTO)
15 mart 2024 14:25
- Prezident Natəvanın heykəlindən danışdı
14 mart 2024 17:53
- Qafqaz Hüquqi Xidmətlər Mərkəzinin baş direktoru İlqar Abbasov Baş prokurora müraciət etdi
19 mart 09:44
- Bu gün İlaxır çərşənbədir
19 mart 09:30
- Prezident Xankəndi ilə bağlı faktları açıqladı
18 mart 21:06
- Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı - Foto
18 mart 12:54
- Azərbaycana yaz gəlir: 20 mart, saat 07:06
18 mart 12:51
- Bir sıra QHT-lər isə yalnız sədrlərdən ibarətdir
18 mart 12:38
- Putin 87,32 faiz səslə liderdir - Yenilənir
18 mart 09:25
- Əfqanıstanda avtobus yandı: 20-dən çox sərnişin öldü
17 mart 21:58
- Doldur piyaləmi Arazdan mənim - Sənət yoldaşları Rübabə Muradova haqqında
17 mart 21:21
- Putin gedir, Rusiya parçalanır?.. - 5 ssenari
17 mart 20:59
- Müdafiə Nazirliyi MÜHÜM MƏLUMAT yaydı - VİDEO
17 mart 20:48
- Azərbaycan və NATO liderləri mətbuata bəyanatla çıxış etdi
17 mart 20:40
- Mikrobioloq gözəlliyin sirrini açdı: bağırsaqlarınızın qeydinə qalın!
17 mart 20:05
- 80 yaşlı amerikalı qanunsuz olaraq qoyun və arqarların nəhəng hibridlərini yetişdirib
17 mart 19:35
- Atamı KQB öldürdü... - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
17 mart 19:10
- Həbsdən buraxılacaq 1 nömrəli qanuni oğru ilə bağlı ŞOK İDDİA
17 mart 18:42
- Azərbaycanda 18 yaşlı oğlanın əlində qumbara partladı, ölən var
17 mart 18:24
- OBA marketdən alınan şirniyyatdan qurd çıxdı - FOTO/VİDEO
17 mart 17:55
- Əhmədin Kreml sərgüzəşt-ləri – Çörçillin oğlu ilə mübahisə edib və...
17 mart 17:43
- Mənzurə - Bakıda bir dənə hamburger 100 manat pul verdim
17 mart 17:24
- Azərbaycanın səfiri Ruslan Nəsibov etimadnaməsini Prezidentə təqdim edib
17 mart 16:58
- Azərbaycanda təmirə ehtiyacı olan 660 MƏKTƏB var
17 mart 16:47
- Ələtdə tikiləcək yeni hava limanı haqda maraqlı detal ...
17 mart 16:20
- 17 əsgərin faciəvi ölümü Ermənistanı qarışdırdı – VİDEO
17 mart 15:55
- NATO Baş katibinin Bakı səfəri – Stoltenberq ağır şərtlərlə gəlir
17 mart 15:45
- Bizi türk kababları gözləyir – Aşotyan..))
17 mart 15:30
- NATO Baş katibinin Bakı səfəri – Stoltenberq ağır şərtlərlə gəlir
17 mart 15:20
- Dövlət Baxçalıdan Ərdoğana ÇAĞIRIŞ
17 mart 14:36
- Fahişələrin sayı niyə ARTIR? – İntim xidmət və QİYMƏTLƏR
17 mart 14:29
- Tramp - Mən seçilməsəm, ABŞ qan gölünə çevriləcək
17 mart 14:13