Bakıda iki hacının çirkab içində bazarı (FOTOLAR)
İqtisadiyyat11 fevral 2019 13:15
Dünyada hər cür bazar var. Məsələn, suyun içində - burada alıcılar və satıcılar qayıqlarda oturub, sakitcə alverlərini edirlər. Bazar var ki, birbaşa körpünün məhəccərlərinin üstündə piştaxtalar quraşdırılıb. Bazar da var ki, ayrıca adada yerləşir və könlü balıq istəyən katerlə həmin adaya gedib balıq alır. Bakıda da qeyri-adi bazar var – relslər üstündə. Özü də atılmış, heç kimə lazım olmayan relslər yox, fəaliyyətdə olan, qatarların gedib-gəldiyi...
Bu qeyri-adi bazar Suraxanıda yerləşir. Təhlükəli olmasına baxmayaraq, burda gur alver gedir. Bazarın yaxlnlığında hökm sürən üfunət də alıcıları qorxutmur. Qalan bütün məziyyətlərinə görə, bu, adi bazardır – alıcılar qışqıraraq müştəri çağırır, meyvə-tərəvəz, ət, toyuq satırlar...
El arasında bu bazarı "Hacı Rəhim və Hacı Azad bazarı” kimi tanıyırlar. Lakin burada zaman sanki dayanıb durub. Müasirlik elementləri axtarmağa dəyməz. Heç adi piştaxtalar da gözə dəymir. Məsələn, balıq birbaşa yerdən satılır. "Gigiyenik tədbir” kimi altına qəzet, ya da karton sərirlər. Özü də düz alma və soğan "təpəcik”lərinin yanında. Həm görünən yerdir, həm də əyani reklamdır.
Küçə itləri də elə düz yaxınlıqda var-gəl edir, satıcıların onlara tərəf atacaqları toyuq və balıq hissələrini həsrətlə gözləyirlər.
Nə qədər axtarsa da, əməkdaşımıza bazar rəhbərliyini tapmaq qismət olmayıb. Lakin hər şeydən göründüyü kimi, bu obyektin sahibləri olan hacı Rəhimlə hacı Azadı qorxunc vəziyyət qətiyyən narahat etmir – alver gedir, artıq xərcə düşməyə nə gərək var?!
Bura alış-veriş üçün, adətən, qazancı az olan adamlar gəlir. Məhsulların keyfiyyəti aşağı, hər tərəf antisanitariya nümunəsi olsa belə, başqa yerlərə nisbətən ucuzluqdur. Odur ki, alıcılar 2-3 manat qənaət xatirinə sağlamlıqlarını, buradan qatarların keçdiyini də nəzərə alsaq, həyatlarını riskə atırlar.
Bəs bu bazar haqqında Qida Təhlükəsizliyi Agentliyində nə düşünürlər? Əslində, heç nə. Sakitcə bildirirlər ki, "bu istiqamətdə müvafiq nəzarət və yoxlama tədbirləri görülür”. Əlavə də edirlər ki, antisanitariya və digər xoşagəlməz hallarla qarşılaşan alıcılar agentliyin 1003 qaynar xəttinə müraciət edı bilərlər.
Mənbə: virtualaz.org
Oxşar xəbərlər
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 2024 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- Azərbaycan millisi bu gün Bolqarıstanla üz-üzə gələcək
25 mart 2024 10:13
- 1970-ci ildə Bakıda qeyd olunan Novruz şənliyindən görüntülər (VİDEO)
25 mart 2024 09:51
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Filipp Kirkorov Bakıda
24 mart 2024 23:54
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya