Elxan Bəşirov 5 milyon dollarını necə “xilas etdi”?- “Mətanət-A” Şirkətində MAXİNASİYA
“Mətanət-A” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri (bu günlərdə İdarə Heyəti sədrliyindən istefa verib-red.) Elxan Bəşirov 2016-cı ildə müflis elan edilərək bağlanan “Texnikabank”da batmaqda olan 5 milyon manatını olduqca maraqlı üsulla “xilas edib”.
Bu barədə AFN-i məlumatlandıran mənbənin sözlərinə görə, E.Bəşirov hələ 2015-ci ilin sonlarında bankın bağlanacağından məlumatlı olub. Elə həmin ərəfədə də bankdakı 5 milyon dollarını şirkətdə çalışanların adına depozitə “çevirib”. Bu zaman mövcud qanunvericiliyin tələblərini yaddan çıxarmayan Bəşirov hər işçinin adına 18 min dollar (30 min manat) olmaqla banka depozit yatırıb. “Texnikabank” müflis olduqdan sonra isə o, Əmanətlərin Sığortalanması Fondu vasitəsilə həmin pulları geri ala bilib.
Məlumatı redaksiyamıza verən mənbə bildirir ki, onun haqqında zaman-zaman mediada yazılan işçilərdən işə götürən zaman depozit alması, işçilərin əmlaklarını girov olaraq götürməsi, vergidən yayınma, şirkətdaxili texnikaların çoxunun oğurluq olması, xoşlamadığı işçini döydürməsi, ikili mühasibatlıq, istehsal etdiyi məhsulların erməni bazarlarında daha ucuz satılması, Lerik rayonunda narkotik plantasiyaları, qaçaqmalçılıq hətta cənab Prezidenti milyonların önündə aldatması, Əlikram Hümbətov haqda kitab yazdırması, Əlikram Hümbətovun maliyyə dayağı, Rəsul Quliyevin dostu, killerlərdən ibarət dəstə saxlaması kimi məsələlər heç də yanlış deyil: “Bütün bunlarla bağlı heç bir tədbirin görülməməsi Elxan Bəşirovun toxunulmaz olduğunu göstərdi. Bəşirovun heç kimdə bir manatı belə bata bilməz. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi, Bəşirovun adına “Texnikabank”da hesab açıb depozit yatırtdığı adamları bank bağlandıqdan sonra baş ofisin önündə aksiya keçirib bu pulları Əmanətlərin Sığortalanması Fondundan “Dəmirbank” vasitəsi ilə aldılar. Maraqlıdır ki, bu qədər pozuntuları aidiyyatı orqanlar ya görmürlər, ya da görməzdən gəlirlər”.
Qeyd edək ki, E.Bəşirovun şirkətin İdarə Heyəti sədrliyindən istefa verməsi növbəti parlament seçkilərində iştirak etmək istəyilə bağlıdır. Bu barədə artıq mediada da yazılıb.
AFN-in araşdırması zamanı o da məlum olub ki, E.Bəşirov yaxın vaxtlarda Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədrliyindən də istefa verəcək. Onun öz çevrəsində bu il növbədənkənar parlament seçkiləri keçiriləcəyi və onun da seçkilərdə iştirak edərək parlamentə “düşəcəyi”, bununla bağlı “lazım olan tədbirləri” gördüyünü dediyi barədə də məlumatlar var.
E.Bəşirovla bağlı redaksiyamıza daxil olan məlumatları “Mətanət A” şirkətinin mətbuat xidmətinə ünvanlasaq da, müxtəlif bəhanələrlə cavabdan yayındılar. Qarşı tərəf bizdən pul müqabilində mənbəni soruşsa da, bunun jurnalist etikasına zidd olduğunu diqqətə çatdıraraq qəti surətdə imtina etdik.
P.S. – Elxan Bəşirov deputat olmaq üçün MM-in hansı komitə sədrinə 5 milyon manat verib?
– Lerik rayonunun Piran kənd sakinlərini kim və niyə döydürüb?
– Piran kəndində baş verən cinayətlərin üstünü kim ört-basdır edir?
– Elxan Bəşirovun qohumu Əliyev Mirzahid Əbüzər oğlunun şok ölüm səbəbi…
Deputat İqbal Məmmədovla Elxan Bəşirov arasında gedən qanlı münaqişənin bu və digər detalları haqda yaxın günlərdə ətraflı məlumat və fotolar AFN-də!
Saytımızı izləyin…
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 2024 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 2024 14:50
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20