Nəsiminin Hələbdə yaşayan qohumu: “Burda hamı onu Azərbaycan şairi kimi qəbul edir” (FOTO/VİDEO)
Müsahibə28 yanvar 2019 13:59
Prezident İlham Əliyevin sərəncamı ilə görkəmli şair və mütəfəkkir, Azərbaycan dili və ədəbiyyatının inkişafında müstəsna xidmətləri olmuş İmadəddin Nəsiminin şərəfinə 2019-cu il "Nəsimi ili” elan olunub. Bu il dahi mütəfəkkirin 650 illik yubileyi qeyd olunacaq. Məlum olduğu kimi, Nəsiminin məzarı Suriyanın Hələb şəhərində yerləşir. Müharibə bölgəsi olan Hələb şəhərindəki məzarın taleyi Azərbaycanda da narahatlıq doğrur. Azərbaycanın hazırda Suriyada diplomatik korpusu fəaliyyət göstərmir. Ölkəmizin Suriya ilə münasibətləri Livandakı səfirliyimiz vasitəsilə həyata keçirilir.
Modern.az saytı Nəsiminin məzarı ilə bağlı müəmma doğuran məqamlara aydınlıq gətirməyə çalışıb. Bu işdə bizə Azərbaycanın Livandakı səfirliyi yardım göstərib. Səfirliyin vasitəçiliyi sayəsində İmaddədin Nəsiminin Hələb şəhərində yaşayan qohumu Bəşşar Nəsimi bin Əhməd Cövdət Nəsimi ilə danışmaq mümkün olub.
Onunla söhbəti sizlərə təqdim edirik:
- Bəşşar bəy, Azərbaycan Respublikasında 2019-cu il "Nəsimi ili” elan olunub. Ustad Nəsiminin qohumu olaraq, rəsmi sərəncamla bağlı fikirlərinizi bilmək istərdik.
- Bu ideyanın həyata keçdiyini eşidəndə çox sevindik. Mən və bir neçə qohumum 2018-ci ilin 26 sentyabrında Bakıda keçirilən "Nəsimi festivalı”na qatılmışdıq. O qədər böyük qonaqpərpərliklə qarşılaşmışdıq ki, sözlə ifadə edə bilmirəm. Bizə göstərdikləri qonaqpərvərliyə və doğma münasibətə görə, Azərbaycan hökümətinə və ölkə Prezidenti, zati-aliləri, cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Həmçinin, ölkənizə gediş-gəliş prosedurlarını bizim üçün asanlaşdırdıqlarına görə, Azərbaycanın Beyrutdakı səfiri cənab Ağasəlim Şükürova, konsul Şahin bəyə, qonaqpərvərliyinə və böyük yardımlarına görə isə Cavid bəyə də təşəkkür edirik.
Onu da əlavə edim ki, Bakıda olduğumuz müddətdə - ötən il sentyabrın 30-da anam Qala adlı yerdə rəhmətə getdi. Anamı tabutla təmin edib, nəşinin Hələbə göndərilməsinə və burada dəfn olunmasına yardım göstərildi. Azərbaycanda 2019-cu ilin "Nəsimi ili” elan olunması barədə rəsmi sərəncamı alqışlayırıq!
- 2011-cilin martında Suriyada başlanan müharibə zamanı Nəsiminin məqbərəsinin də İŞİD terrorçuları tərəfindən dağıdıldığı deyilir. Hazırda məzarın vəziyyəti necədir?
- Burada müharibədir. Bu, elə bir dəhşətdir ki, özünü hər yerdə göstərir. Ona görə də deyə bilərik ki, bəli, müharibənin dəhşətləri İmadəddin Nəsiminin məzarından da yan keçməyib. Amma biz bütün gücümüzlə Nəsiminin məqbərəsini qoruyuruq. Ümumən məqbərə tanınmaz vəziyyətdədir də demək olmaz, problem yoxdur da. Bir qədər geniş məlumat vermək istərdim. Həmin yerdə təkcə Nəsiminin məzarı yerləşmir. Demək olar ki, Nəsiminin ən yaxınlarının da məzarı ordadır. Mənim atamın qəbri də Nəsiminin məqbərəsindədir. Müharibənin ən qızğın vaxtlarında görürdük ki, terrorçular Nəsiminin məqbərəsini, onun ətrafındakı qəbirləri dağıtmaq istəyirlər. Hazırda məqbərə və ətrafdakı məzarlarda çatlar, dağıntılar var. Biz Nəsiminin məqbərəsindəki qəbirlərin hamısının qeydinə qalır, onları mühafizə etməyə çalışırıq.
- Dediniz ki, Nəsiminin bütün qohumlarının məzarı ordadır. Konkret olaraq məzarların üzərində qeydlər də varmı?
- Bu bölgədə döyüşlər gedib. Ona görə dəqiq siyahı yoxdur ki, orada kimlərin qəbri var. Amma orada əsasən bizim ailənin, Nəsiminin ailəsinin, mənim atam, babam, əmilərim və digər qohumların qəbirləridir. Əlavə olaraq orada osmanlılar zamanında Hələbin valisinin həyat yoldaşının da qəbri var.
- Müharibədən sonrakı Suriya bizə çox qorxulu və təhlükəli görünür. Maraqlıdır, Nəsiminin məzarını ziyarət edənlər olurmu?
- Əlbəttə. Əvvəlki kimi kütləvi olmasa da, məzarı ziyarət edənlər olur. Hətta, ziyarət edənlər arasında azərbaycanlılara da rast gəlmək olur. Şübhəsiz ki, xəbərlərdən də bildiyiniz kimi, müharibə şəhərin ətrafında, digər yerlərdə və şəhərlərdə hələ də davam edir.
- Dağılmış məzarlığın bərpası mümkündürmü?
- Məzarlığın təmir xərcləri çox bahadır. Müharibədən əvvəl Azərbaycanın Suriyada səfirliyi mövcud idi. O zamankı səfir Mahir Əliyev təmir xərclərinin mütləq qarşılanacağını söyləmişdi. Vəziyyət bir qədər sakitləşəndən sonra bunun mümkün olacağını demişdi. Təəssüf ki, hazırda Azərbaycanın burada səfirliyi yoxdur.
Nəsiminin qohumları olaraq biz, təmir xərclərini tam qarşılaya bilmirik. Vəziyyətimiz bəllidir. Bu ilin 9 yanvarında qardaşım vəfat edib. Qardaşımın məzara nəzarətetmə öhdəlikləri mənə keçib. Biz öz hesabımıza bu məzarlığı yüngülvari təmir etmək qərarına gəldik və edirik.
- Suriyalılar Nəsimini Azərbaycan şairi kimi qəbul edirlərmi?
- Əlbəttə. Onu Azərbaycanın sufi şairi kimi tanıyırlar. Məlumdur ki, şair İmadəddin Nəsimi Allahın saleh qullarından və övliyalarındandır.
- Müharibənin fəsadları əsasən hansı sahələrdə daha çox diqqət çəkir?
- Təbii ki, bütün ölkə müharibədən zərər çəkib. Əsasən kənd təsərrüfatına çox ziyan dəyib. İnsanların vəziyyəti və tibbi müayinə qənaətbəxş deyil. Birtəhər yaşayırıq.
- Hazırkı Bəşər Əşəd rejimi insanları qane edirmi?
- Əlbəttə. Hazırkı rejimdən razıyıq.
- Terror qruplaşmaları əhalinin sıx yaşadığı bölgələrdə görünürmü?
- Xeyr. Hazırda təhlükəsiz və nizamlı bölgədə yaşayırıq. 2011-ci ildə ölkəni bürüyən müharibə tam olaraq təhlükəsizliyimizi qorumağa hesablanmışdı. O vaxtdan Suriyadan harasa çıxmamışdım. Ancaq 2018-ci ilin sonları Bakıya səfər etdik. Bütün yollarda əmin-amanlığın və nizam-intizamın olduğunu gördüm. Buna sevindim. Onu da deyim ki, 1983-1989-cu illərdə Bakıdakı Tibb Universitetində oxumuşam və ilk ili rus dilini öyrəndim.
- Müharibədən sonra böyük qaçqın ordusu yarandı. Demək olar ki, bu gün Türkiyə, Almaniya kimi ölkələrdə Suriya qaçqınlarına rast gəlmək olur. Qaçqınların Suriyaya qayıtması nə zaman mümkün ola bilər?Eyni zamanda insanlarda özlərini və torpaqlarını müdafiə etmək gücü qalıbmı?
- Müharibəni kimsə sevmir. Onun nə bəlalara yol açdığını biz daha yaxşı bilirik. Suriya xalqı müharibəyə nifrət edir. Buna baxmayaraq güc və ümid həmişə var. Amma qaçqınların nə zaman qayıdacaqlarını deyə bilmərəm. İndi bəzi qaçqınların Suriyaya qayıtma imkanı var.
Oxşar xəbərlər
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 2024 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 2024 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 2024 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
Xəbər lenti
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
Video & Fotoqalereya
Video
Fotoqalereya