BSU-da qış imtahan sessiyasına start verilib
BSU-da qış imtahan sessiyasına start verilib
Bakı Slavyan Universitetində (BSU) yanvar ayının 3-dən etibarən qış imtahan sessiyası başlayıb. Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva imtahan sessiyası ərəfəsində universitetdə ciddi hazırlıq işlərinin aparıldığını, şəffaflığın təmin edilməsi üçün lazımi cür şərait yaradıldığını vurğulayıb. Rektor imtahandan öncə hər bir kursun tələbələri ilə ayrı-ayrılıqda görüş keçirildiyini, onlara öz tövsiyyələrini verdiyini, imtahanlarda biliyin yeganə meyar olmasının izah edildiyini bildirib. O, imtahanlar dövründə tələbələrlə məsləhət saatlarının keçirildiyini də qeyd edib. N.Əliyeva deyib ki, universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrinin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, daxil olan şikayətlərin qısa zamanda araşdırılıb müvafiq qərarların qəbul edilməsi üçün Operativ qərargah və Münaqişə komissiyası yaradılıb.
Rektor imtahan prosesində operativliyin təmin edilməsi və şəffaflığın artırılması məqsədilə BSU-nun tədris işləri üzrə portalının “Modul 3” bölməsində bütün kurslar üzrə imtahaların nəticələrinin operativ şəkildə elan olunduğunu bildirib. Rektor BSU-da tələbələr üçün imtahan qərargahı ilə canlı bağlantı imkanının yaradıldığını da vurğulayıb. O, yuxarıda adıçəkilən saytda yaradılmış onlayn əlaqə bölməsindən təkcə tələbələrin deyil, valideynlərin də istifadə edərək onları maraqlandıran hər bir sualla bağlı dolğun cavab ala biləcəklərini, imtahan qərargahı ilə birbaşa əlaqə yarada biləcəklərini söyləyib.
BSU rektoru universitetdə bütün imtahanların bir qayda olaraq yazılı formada aparıldığını deyib. Qeyd edək ki, qaydalara uyğun olaraq imtahanlararası müddət 3 gündən az olmamalıdır. İmtahanlara ayrılmış vaxt isə 3 saat müəyyənləşdirilib. İmtahan sessiyası ilə bağlı yaradılmış Qərargahın rəhbəri Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədovdur. O, imtahanların müşahidə kameraları quraşdırılmış xüsusi auditoriyalarda keçirildiyini bildirir və nəticələrin imtahan başa çatdıqdan az sonra elan edildiyini qeyd edir. Qərargah rəhbəri tələbələrin şikayətlərinə onların özlərinin və valideynlərinin iştirakı ilə baxıldığını, buraxılmış səhvlərin bir-bir izah edildiyini, bir sözlə, ədalətə, obyektivliyə tam zəmanət verildiyini vurğulayır.
Habil Məmmədov qərargahın iş rejimi barədə də məlumat verib. O, bildirib ki, qərargah imtahandan öncə, yəni saat 08:30-da işə başlayır. Rektorun 26 dekabr 2018-ci il tarixli 146 saylı əmrinə əsasən yaradılmış qərargah 13 nəfərdən ibarətdir. Qərargah rəhbərinin sözlərinə görə, imtahandan əvvəl qərargah üzvləri tərəfindən auditoriyalara baxış keçirilir, çatışmazlıqlar dərhal aradan qaldırılır. O, imtahanlarla bağlı şikayətlərə əvvəlcə dekanlıq nəzdində fəaliyyət göstərən Münaqişə komissiyalarında, məsələ burada həllini tapmadığı təqdirdə isə universitetin Münaqişə komissiyasında baxıldığını bildirir. H. Məmmədov qeyd edir ki, yanvarın 3-dən etibarən başlayan imtahanlardan qərargaha hələ müraciət daxil olmayıb. Hər gün saat 10:00-dan 13:00-a qədər tələbələrin şikayətləri qərargahda qəbul edilir. Saat 14:00-dan etibarən şikayətlərə baxılır. Şikayətlərin araşdırılmasında valideynlər də iştirak edir. Həmişə olduğu kimi, bu il də imtahan sessiyyası ərzində Mətbuat Xidməti tərəfindən imtahanlara ictimai nəzarəti həyata keçirən mediaturların təşkili nəzərdə tutulub.
Qeyd edək ki, BSU-da imtahan sessiyası əyani şöbədə fevralın 1-də, əlavə təhsil şöbəsində fevralın 11-də, qiyabi şöbədə isə fevralın 15-də yekunlaşacaq.
BSU-nun Mətbuat Xidməti
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 2024 22:31
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 2024 11:37
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 2024 10:38
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 2024 10:08
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31