Xaricdəki tələbələrimizi şoka salan Yeni il adətləri
Mədəniyyət31 dekabr 2018 09:51
Yeni ilin başlanmasına saatlar qalır. Dünyanın hər yerində Yeni ili eyni cür qarşılamırlar. Hər ölkə öz fərqli adət-ənənələri ilə bu qarşılamanı həyata keçirir.
azedu.az xaricdə təhsil alan tələbələrimizdən yaşadıqları ölkədə onları şoka salan fərqli adət-ənənələri öyrənib:
Macarıstanın Korvinus Universitetinin tələbəsi Abdulla Məmmədlibildirib ki, təhsil aldığı ölkədə Yeni il o qədər də təm-təraqlı keçirilmir:
"Macarıstanda əsas "Christmas" bayramıdır. İnsanlar "Chirstmas”da kilsələrə gedib dua edir, sonra evlərində ailələri ilə bu törəni davam etdirirlər. Əsas təəccübləndiyim isə buradakıların düşündüyümdən də çox dindar olmaları olub”.
Fransadakı "Montpellier Business School” un tələbəsi Renad Yüzbay isə təhsil aldığı ölkədə onu ən çox cəlb edən yeni ildə endirimlərin olmasını bildirib:
"Artıq ikinci ildir, Yeni ili ölkə kənarında qarşılayıram. Keçən il Roma, bu il isə Fransanın Montpellier şəhərində…. Doğrusu, uzun illərdir bayramları qeyd etmirəm. Lakin qeyd etməsəm belə mühit özü adamı bayram əhvalına salır. Yeni ili qeyd etmək bizim üçün sadəcə bir təqvim dəyişimi kimi görünsə də, Avropa ölkələrində və bütün digər xristian dövlətlərində dini bir bağlılığı mövcuddur. Təbii olaraq, Milad bu dövlətlərdə daha gözəl keçirilir. Necə ki, biz Novruz bayramını uzunmüddətli şənliklərlə qeyd edirik. Ölkəmizlə fərqlərə gəldikdə isə, çox ciddi fərqləri hiss etmirəm. Ən azından, Azərbaycan bayramları qeyd etmək anlamında Avropadan heç də geri də qalmayıb və müasir olduğunu nümayiş etdirə bilir.
Amma təbii ki, Yeni il bayramı ilə bağlı bəzi fərqlər var. Məsələn, Avropada dekabrın 25-i Milad bayramı, yanvarın 1-i isə Yeni il qeyd edilir. Miladda insanlar daha çox ailələri ilə zaman keçirirlər. Yeni ilə keçidi isə ya səyahət edir, ya da ki, şəhərdə əyləncələrə qatılır, festivallarda zamanlarını keçirir, atəşfəşanlıqları izləyirlər. Burada məni ən çox cəlbedən nüanslardan biri isə yeni il endirimləridir. Təbii ki, Avropada yaşayan bir tələbə üçün bunlar müəyyən fürsətdir.
Çox istəyərdim ki, 2020-ci ilə kimi Avropa ölkələrindən daha gözəl şeyləri özümüzə örnək götürək. Bayramı qeyd etmək üçün ciddi səbəblərimiz və uğurlarımız olsun”.
Cənubi Koreya Hankuk Xarici Dillər Universitetinin məzunu Nurlana Məmmədova bildirib ki, uşaqlağımızda keçirdiyimiz şən ,əyləncəli ,hədiyyə və sürprizlərlə dolu olan bu bayram onun üçün C.Koreyada heç də ürəkaçan olmayıb.
"Cənubi Koreyada ilk yeni ilim məni bir az məyus etmişdi, düşündüyümdən fərqli olaraq Yeni il bayram əhval-ruhiyəsi hiss olunmurdu. Burada bir çox alış-veriş mərkəzləri, küçə, kafe və restoranlar şam ağacları ilə bəzədilməsinə baxmayaraq yeni il mənim üçün könül oxşamamışdı. Çünki onlar dekabrın 25-nə önəm verərək sadəcə "Christmas”ı qeyd edirlər.
C.Koreya ay təqvimi ilə fevralın əvvəlindən başlayaraq ayın 7-nə qədər "Solnal” deyilən yeni ili, öz adət ənənələrinə uyğun qeyri-adi şəkildə qeyd edirlər. Bu dövlət səviyyəsində qeyd olunan bayram olsa da Koreyada yaşayan əcnəbilər üçün sadəcə bir həftəlik tətildən ibarət idi. Çünki qeyri-iş günü olduğu üçün koreyalılar paytaxtdan uzaqda yaşayan ailələrini ziyarət edir və ya xarici ölkələrə bir neçə günlük səyahətə çıxırlar. Bu müddət biz əcnəbilərə çox sıxıcı idi, səbəbi isə sanki şəhər bomboş kimi gəlirdi.
Yerli əhali bu günləri öz ailələri ilə birgə keçirsə də orda yaşayan əcnəbilər də bir-birini xəbər edərək bir yerə toplanır və maraqlı keçirməyə çalışırlar.
Koreyalılar "Solnal” bayramında vəfat etmiş ailə böyüklərini ruhuna meyvə və milli yeməkləri ilə dolu olan süfrə açırlar. Bu süfrədə xüsusilə Solnalda hazırlanan düyü şirniyyatı olan "dogkuk” qoyulur və bu gündə onlar milli geyimləri olan "Hanbok”u geyirlər. Kiçiklər böyüklərin önünə əyilərək onu bayram münasibəti ilə təbrik edirlər. Ailə böyüyü isə onları ziyarətə gəlmiş övlad və nəvələri üçün "Sebetdon” deyilən bayram xərcliyi verirlər”.
Oxşar xəbərlər
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 2024 11:53
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 2024 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 2024 11:56
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 2024 21:16
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
Xəbər lenti
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
Video & Fotoqalereya
Video
Fotoqalereya