AZERCELL şirkrəti hamını boğaza yığıb
Azərbaycan Respublikasının rəsmi dövlət dili Azərbaycan dilidir. Azərbaycan dili haqqında bir çox qanunlar qəbul olunub, fərmanlar imzalanıb. 1 noyabr 2018-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” daha bir Sərəncam imzalayıb. Sərəncam, Azərbaycan dilinin saflığının qorunması istiqamətində tədbirlərin gücləndirilməsinə xidmət edir.
Cənab Prezidentin bu Sərəncamından sonra Azərbaycan dilinin saflığının qorunması ilə bağlı dəfələrlə ictimai müzakirə təşkil edilib, sayılıb-seçilən ziyalılarımızın iştirakı ilə maarifləndirmə tədbirləri həyata keçirilib.
Ancaq görünür, “Azercell Telekom” MMC adlanan mobil operatorun korporativ ünsiyyət bölməsinə cavabdeh olan şəxslər – başda departamentin rəhbəri Nigar Şıxlinskaya olmaqla – nə Azərbaycanın dövlət dilinə, nə bu barədə mövcud qanunlara, nə Prezidentin fərman və sərəncamlarına, nə də ziyalıların çağırışlarına əhəmiyyət verirlər. Yoxsa, “Azercell” abonentləri şirkət tərəfindən Azərbaycanın dövlət dilinə və əlifbasına bu cür biabırçı şəkildə sayğısızlıq nümayiş etdirən mesajlar almazdılar:
“Hormetli Abuneci, Xahis edirik ki, faktura borcunuzu odeyesiniz. Eks halda nomreniz ikiterefli baglanacaq ve borclariniz mehkeme qaydasinda teleb olunacaq.”
Təsəvvür edirsinizmi, bu iki cümlədə, təxminən, 25 səhv var... İki cümlədə 25 səhv buraxaraq Azərbaycan dilinin, sözün əsl mənasında, “anasını ağladan” “Azercell”, əlbəttə, o qədər kasıb şirkət deyil ki, Azərbaycan dilinin saflığını kiçik bir mesajda qorumaq üçün müvafiq tətbiq yarada bilməsin. Odur ki, bu SMS-in müştərilərinə göndərilməsinin ancaq bir adı var: Azərbaycanın dövlət dilinə qarşı açıq hörmətsizlik, ictimai tərbiyəsizlik və nadanlıq!
“Azercell”in dövlət dilimizə qarşı bu nadan və rəzil davranışına etirazını bildirən millət vəkili Fəzail İbrahimli, “Dövlət dili haqqında” qanunlar və Prezidentin sərəncamları müqabilində “Azercell”in bu əməlini sərt tənqid edib:
Deputat: “Bu şirkət hamını boğaza yığıb”
“Bu mobil operator hamımızı boğaza yığıb. Gün ərzində 10 dəfə mesaj yollayırlar, balansdan pul oğurlayırlar. Buna baxmayaraq, dövlət dilinə qarşı da hörmətsizlik edirlər. Bunun səbəbi, “Azercell” işçilərinin Azərbaycan dilini bilməməsidir. Onlar işçi götürəndə əsasən, ingilis və rus dili bilənlərə üstünlük verirlər. Azərbaycan dili onları maraqlandırmır. Təbii ki, dil bilmək yaxşıdır, amma gərək əvvəlcə öz dilini biləsən”.
Sabir Rüstəmxanlı: “Məhkəməyə çəkilməlidirlər!”
Bu sözləri isə Azərbaycanın Xalq şairi, Prezident İlham Əliyevin başçılıq etdiyi Dövlət Dil Komissiyasının üzvü Sabir Rüstəmxanlı deyib. O, bildirib ki, belə hallara tez-tez rast gəlir:
“Buna səbəb isə bu mesajların peşəkarların əlindən çıxmamasıdır. İnsanlara və mətbuata göndərilən belə məlumatların düzgünlüyünə fikir vermək lazımdır. Belə səhvlərə görə, istənilən vətəndaş, dövlət dilinə hörmətsizlik etdiyi üçün “Azercell”i məhkəməyə verə bilər”.
Xalq yazıçısı: “Təəssübkeş deyillər”
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq yazıçısı Mövlud Süleymanlı məsələ ilə bağlı fikini belə ifadə etdi:
“Bu məsələlərdə ancaq təəssübkeşlik lazımdır. Belə görünür ki, “Azercell”in rəhbərləri, müvafiq kadrları ana dilimizin təəssübkeşi deyillər”. (aznews)
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- 26 ildir restoranda yemək yeyən qarğa insan kimi danışır - VİDEO
23 mart 2024 21:35
- Zümrüd gözlü Sərsəng dəryaçası daha da gözəlləşəcək
23 mart 2024 16:24
- Bab və babilik: Bir tarixi hadisənin izi ilə
21 mart 2024 23:10
- Qardaşı mərhum professor Şamil Vəliyev haqda müsahibə verdi... - MÜSAHİBƏ
12 mart 2024 19:54
- 32 il sonra Laçında ilk toy: Müğənnilər pulsuz gedib
11 mart 2024 20:21
- Millət vəkili Etibar Əliyevin doğum günüdür - KİTABA BORCLUYAM...
1 mart 2024 01:09
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31