Azərbaycan və Gürcüstandan 300 milyon avro çıxarıldı: həbslər başladı
Region20 dekabr 2018 10:46
Danimarkanın Mərkəzi Kriminal Polisinin əməkdaşları "Danske Bank”ın Estoniya filialının çərşənbə günü altı, dünən isə dörd əməkdaşını həbs edib. Onlar müştərilərə çirkli pulların yuyulmasına imkan yaratmaqda ittiham edilirlər.
Estoniyanın "Delfi” nəşrinin məlumatına görə, saxlanılanlarla bağlı ölkənin Mərkəzi Kriminal Polisi və Baş Prokurorluq birgə mətbuat konfransı keçirib.
Bildirilib ki, Danimarka hökuməti "Danske Bank” rəhbərliyinə qarşı ölkə qanunvericiliyinin dörd maddəsinin pozulması ilə bağlı ittiham irəli sürülüb.
İttihamlar 2007-ci il fevralın 1-dən 2016-cı il yanvarın sonlarınadək olan dövrü əhatə edir. Bankın Estoniya bölməsində rezidentlər tərəfindən edilən 200 milyard avro həcmində əməliyyatların hər biri şübhə altına düşüb.
"Biz bu məsələnin tam araşdırılmasını istəyirik. Bununla bağlı sentyabr ayında lazımi sənədlər təqdim edilib. Prokurorluqla əməkdaşlıq edəcəyik”, - bankın icraçı direktoru Yesper Nilsendeyib.
Baş prokuror Lavli Perlinqin sözlərinə görə, cinayət araşdırması bir ilə yaxın davam edib.
"Şübhəli şəxslər müştərilərlə işləyən və çirkli pulların yuyulmasında iştirak edən bank əməkdaşlarıdır. Sözügedən cinayət Gürcüstan və Azərbaycanda törədilib. Çirkli pulların yuyulması zamanı əldə edilən ümumi məbləğ 300 milyon avrodur”, - dövlət ittihamçısı qeyd edib.
"2017-ci ildə istintaqa necə gəldiniz? Birmənalı cavabı yoxdur. Hər şeydən əvvəl, 2010-2017-ci illərdə çirkli pulların yuyulması və irəli sürülən ittihamı başa düşmək lazımdır. Bizdə məlumatlar olsa da, bunu sübut edə bilməmişdik”, - dövlət prokuroru Marek Vahinqəlavə edib.
Vahinq onu da bildirib ki, 2017-ci ilin yayında araşdırmaçı jurnalistlər lazımi məlumatları üzə çıxarıblar.
Dünən prokurorluq 10 nəfərin həbsi ilə bağlı qərar verib. Həmçinin, onların mülklərinə də həbs qoyulduğu bildirilib. Ehtimal edilir ki, bu insanlar fəaliyyətlərinə görə pul alıblar. Ümumi məbləğ 1,5 milyon avro olub.
Mərkəzi Kriminal Polisinin rəhbəri Ayvar Alavere deyib ki, dünən araşdırmaların açıq fazası başlayıb: "Biz 10 nəfəri həbs etdik”.
Alavere bildirib ki, bu insanların öz müştəriləri olub, ancaq onlar şəbəkə üzərindən işləyib: "Saxlanılanlardan biri Yuriy Kidyayevdir”.
Hazırda o, "Citadele”də çalışır. "Citadele”nin Estoniyadakı filialının rəhbəri Yan Laytmyae Kidyayevin həbsini şərh etməyib.
Məlumatlarda qeyd edilib ki, cinayət araşdırılması 2017-ci ilin noyabrında başlanılıb. Sübut edilib ki, bankda fəaliyyət göstərən qaydalar çirkli pulların yuyulmasına formal şəkildə mane olub və onlar yerinə yetirilməyib. Həmçinin, iddia olunub ki, bu fəaliyyətlə məşğul olan əməkdaşların işindən idarədə xəbərdar olublar.
"Danske Bank”ına qarşı araşdırmalar Avropa İttifaqı və ABŞ tərəfindən aparılır. "Danske Bank Group”un filialları dünyanın 14 ölkəsində yerləşir.(oxu.az)
Oxşar xəbərlər
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 2024 21:04
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 2024 22:20
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
Xəbər lenti
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
Video & Fotoqalereya
Video
Fotoqalereya