Fonddan Bakı Klinik Tibbi Mərkəzə göndərilən şəxsdən pul istəyiblər?
Kriminal16 dekabr 2018 10:08
Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə Səhiyyə Nazirliyinin Bakı Kliniki Tibbi Mərkəzinə (Semaşko) yönəltdiyi xəstədən pul istənildiyi iddia edilir.
Bu barədə Qaynarinfo-ya dodaq qüsurlu doğulan körpəsini əməliyyat üçün xəstəxanaya aparan Şəmkir rayon sakini Rövşən Aslanov bildirib.
Ailəsinin maddi durumu ağır olduğundan o, əməliyat üçün Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib. Ərizəsinə cavab gəlib və Səhiyə Nazirliyinin göndərişi ilə uşağı Bakı Klinik Tibbi Mərkəzinin cərrahiyə şöbəsinə aparıb. İlk gün həkimlər göndərişlə gəldiyini bilməyib. Səhər uşağı analiz ediblər və növbəti gün əməliyyat olunacağını bildiriblər.
Şikayətçinin sözlərinə görə, səhər uşağı analiz üçün gətirəndə ondan ödəniş etməsi tələb olunub. O da Mehriban xanımın xətti ilə gəldiyini bildirib və üstündə cəmi 500 manat pul olduğunu deyib. Uşağı əməliyyat edəcək Təmraz həkim bu pulun heç analizlərin xərcini ödəmədiyini bildirərək, əməliyyatdan imtina edib.
Rövşən Aslanov yenidən Səhiyyə Nazirliyinə müraciət edib və bu dəfə onu xəstəxananın şöbə müdirinə yönləndiriblər. Şikayətçini baş həkimin müavini Adil Salahov qarşılayıb. O, uşağın yaş və çəkisinin əməliyyat üçün uyğun olmadığını və 6 ay sonra yenidən müraciət etməsini söyləyib.
Lakin Mərkəzi Kliniki Xəstəxanada dodaq qüsuru olan 4 aylıq qızın vaxt keçməmiş əməliyyat olunmalı olduğu bildirilib. Rövşən Aslanov bu səbəbdən onu Mərkəzi klinikada analiz etdirib və iki gün sonra əməliyatı üçün təcili pul axtarır.
Kliniki Tibbi Mərkəz Təmraz Quluyev barəsində deyilənlərin əsassız olduğunu və özünün damaq-dodaq yarıqları ilə məşğul olmadığını deyib:
"Çox söz deyə bilərlər. Fakt var?! Mən bilirəm söhbət kimdən gedir. Tamamilə səhv məlumatdı. Mehriban xanıma müraciət məsələsi olmayıb. O, Səhiyyə Nazirliyinin xətti ilə gəlib. Daha doğrusu o, Şəmkir rayon xəstəxanasının baş həkiminə yazıb. Əslində o heç Bakı Kliniki Tibbi Mərkəzinə deyil, Mərkəzi Klinik Xəstəxanaya göndərilməliydi. "Semaşko" Bakı sakinləri üçündür. Həmin sənəddə mənim adım yoxdu. Mən damaq dodaq yarıqları ilə məşğul olmuram. Uşaq 3 aylıqdır. Uşağın yaşı, çəkisi əməliyyat üçün uyğun olmadığından və deffekt də mürəkkəb olduğuna görə əməliyyat etmək hələ tezdir. Ona bir neçə yerdə də bunu deyiblər. Amma istəyir ki, birtəhər eləsin, əməliyyat olunsun, bitsin. Axı əməliyyatın da müəyyən dövrləri var. Xəstəxanamızın digər mütəxəssisləri də baxıb. Demişik ki, 2-3 keçəndən sonra, gəl təmənnasız şəkildə əməliyyat edək".
Bakı Kliniki Tibbi Mərkəzin baş həkiminin müavini Adil Salahov da əməliyyat üçün çox erkən olduğunu deyib və pul söhbətindən xəbəri olmadığını bildirib:
"Yadımdadı, belə bir adam gəlmişdi. Mən də baxdım və professor Yunus həkimə də göstərdik. Uşaq deyəsən 3 aylıq idi. Məsləhət gördük ki, 2-3 ay keçsin sonra əməliyyat edərik. Pul söhbətindən xəbərim yoxdur. Təmraz həkimin yanında olub, sonra nazirlik xətti ilə mənə yönləndirmişdilər. Mən ilk dəfə görürdüm. Dediyim kimi bizdə bu əməliyyat heç cür ola bilməz. Uşağı öldürə bilmərik ki?! Əlləşirik ki, uşaqlarımız rahat olsun, fəsad olmasın. İndi əməliyyat olunsa, damaqla dodaqdan ayrıla bilər. Ona nömrəmi də vermişəm ki, gəlməmişdən qabaq əlaqə saxlasın".
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə dövlət xəstəxanalarında pul istənilməsinin qanunsuz olduğunu deyib. O, məsələ haqda tam məlumatlı olmadığını da sözlərinə əlavə edib:
"Pul istəyiblərsə, şikayət eləsin, məhkəməyə versin, qaynar xəttə zəng eləsin. Biz də pul istəyən həkimin cəzalandırılmasının tərəfdarıyıq. Məsələdən tam xəbərdar deyiləm. İş günü olmadığından da bunu araşdıra bilmirəm. Birinci gün məsələni araşdırdıqdan sonra sizə məlumat verə bilərəm".
Oxşar xəbərlər
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 2024 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 2024 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
Xəbər lenti
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
Video & Fotoqalereya
Video
Fotoqalereya