“Heydər Əliyev Azərbaycana qayıdanda qalmağa evi yox idi”
Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin ölümünün 15-ci ildönümü tamam olur. Bir çox görkəmli şəxslər, tanınmış simalar, dövlət xadimləri artıq onunla bağlı xatirələrini paylaşıblar.
10 ildən çox Əliyevlə çiyin-çiyinə çalışan, ona "Heydər” deyə müracət edən azsaylı insanlardan biri də o vaxtlar Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olmuş, hazırda Ədliyyə nazirinin müavini vəzifəsini icra edən general-leytenant Məhərrəm Əliyevdir.
"Heydər Əliyevi o qədər də tanımayan insanların belə onunla bağlı hansısa xatirələri var” deyərək general-leytenant ümummilli liderlə bağlı unudulmaz anlarını "Qafqazinfo” ilə bölüşüb. Onun sözlərinə görə, həyatının ən yaddaqalan illəri 1990-cı illərdən 2003-cü ilə - Heydər Əliyevin ölümünə qədərki dövr olub:
"1970-1980-ci illərdə Moskvada oxuyub, orada yaşamışam. Xüsusi milis məktəbində oxuduğum illərdə Heydər Əliyev haqqında orada o qədər yüksək söhbətlər gedirdi ki...
Məhz Heydər Əliyev Azərbaycanı tanıtdı. Bu onun qabiliyyəti, varlığı, bacarığının göstəricisi idi. Çünki o dövrlərdə Azərbaycanı çoxları tanımırdı. Xarici görünüşümə baxıb mənə deyirdilər ki, sən gürcüsən, yoxsa erməni?
Qismət ele gətirdi ki, mən 1982-ci ilin dekabrında Moskvadan köçürmə yolu ilə Bakıya gəldim, Heydər Əliyev isə Bakıdan Moskvaya getdi.1987-ci ildə Heydər Əliyev Qarbaçovun simasızlığı ucbatından təqaüdə çıxmalı oldu. O zaman Azərbaycanda bəzi şəxslər Heydər Əliyevin adına məktublar yazmaq, kampaniyalar aparmaq üçün öyrədilirdilər. Mən düşündüm ki, axı Azərbaycana 13 il rəhbərlik edən, 5 il SSRİ kimi dövlətdə rəhbərliyin ən yüksək pilləsində olan bir şəxsiyyətə qarşı niyə bu qədər yalan- böhtan yağdırırlar. O zaman bir azərbaycanlı kimi bu insana kömək etməyin yollarını axtarmağa başladım. Bu yolla qardaşı Cəlal Əliyevlə tanış oldum və onunla birgə Əliyevin qayıdışını təşkil etməyə başladıq.
O vaxt 20 Yanvar hadisələrindən sonra Əliyev Azərbaycana gəldi. Vətəninə qayıdanda onun qalmağa yeri yox idi. Yəni 13 il Azərbaycana rəhbərlik edən bir şəxsiyyətin evi yox idi.Heydər Əliyev Cəlal müəllimgilin evinde qalmalı oldu. Elə həmin evdə Heydər Əliyevlə birgə çox vaxt keçirmişik.
Lakin Əliyev Bakıda çox qala bilmədi. Təhdid və hədə-qorxular onu Naxçıvana getməyə məcbur etdi. O dövrlərdə Heydər Əliyevi evdən aeroporta, aeroportdan evə öz "Jiquli”mlə aparıb-gətirirdim. Nömrəsi "03-33-MK” idi, Moskvadan gətirmişdim. Hətta sonralar jurnalistlər mənimlə bağlı ona sual verəndə həmin günləri "Hə Məhərrəm Əliyevin bir salxaq "Jiquli”si vardı, məni ora- bura aparırdı” deyə xatırlamışdı.
Bir dəfə qış ayları idi. Əliyev o zamanlar Naxçıvanda Vasif Talıbovun evində qalırdı. İkiotaqlı balaca mənzil idi. Mən Cəlal Əliyevlə Naxçıvana getmişdik. Heydər Əliyev bizə dedi ki, səhər yeməyinə gələrsiniz, burada birgə yeyərik. Vasif Talıbovun xanımı umac aşı bişirmişdi. Əliyev bizimlə "utanmayın, yeyin, özümüzünküdür” deyə zarafat etmişdi.
Bir dəfə Cəfər Cabbarlının ildönümü qeyd edilirdi. Hardasa 1990-91-ci illər idi. Əliyev onda hələ vəzifədə deyildi. Onu "Tarqovu”da teatrlardan birində qeyd edilən Cabbarlının ildönümü tədbirinə də həmin "Jiquli” ilə aparmışdım.Yanında məndən başqa nə cangündəni, nə də başqa heç kimi yox idi. Əliyev keçdi camaatın arasında əyləşdi. Hamı onu tanıyırdı. Bəzi şəxslər təklif etdilər ki, keçib yuxarı başda əyləşsin. Əliyev isə "mən elə yerlərdə çox oturmuşam” deyə cavab vermişdi.
Həmin dövrlərdə vəzifəsi olmasa da, şəhərə gəzməyə çıxanda camaat onu tanıyır, küçədə arxamızca gəlirdilər. Bir dəfə məndən əvvəl vəzifədə olan bir şəhər rəisi vardı. Bizi saxladı ki, Heydər Əliyev, axı bu qədər camaat sizin arxanızca gəlir, olmaz belə. O isə dedi ki, axı mən nə edə bilərəm? Camaata necə deyim ki, gəlməsin? Mən gəzirəm, heç kimə demirəm ki, arxamca gəlsin.
"Heç vaxt heç nəyi unutmazdı...”
1993-cü ildə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə məni vəzifədən çıxarmışdılar. Guya ki mən onun qohumu idim, halbuki belə bir şey yox idi. Heyder Əliyev hara, men hara…
Elə həmin ildə Əliyev məni Bakı Şəhər Baş Polis İdarəsinə rəis vəzifəsinə gətirdi. O, doğurdan da böyük şəxsiyyət idi. Onda azərbaycanlıya məxsus bir kişilik xüsusiyyəti vardı. Heç vaxt heç nəyi unutmazdı. Qismət elə gətirdi ki, onunla 10 il birgə çalışdım. Məni həmişə bütün iclaslara dəvət edirdi. Baxmayaraq ki, indi şəhər polisini böyük müşavirələrə dəvət etmirlər.
O, hər zaman öz üzərində işləyirdi. Gecə saat 3-ə, 4-ə qədər çalışdığının şahidi olmuşam. Yadıma gəlmir ki, işlədiyi dövrdə bir dəfə də olsun məzuniyyətə çıxsın.
OMON-un silahlandığı 1995-ci illərdə tutulan bütün OMON-çuları mən saxlamışdım. Əliyevden əvvəl Vəzirov, Mütəllibov, Elçibey qaçıb getdilər. Yeganə şəxsiyyət idi ki, ölümün gözünə düz baxdı. Bəlkə də, çoxları Azərbaycanda bunu hələ dərk etmir, amma Heydər Əliyev Azərbaycanın həm keçmişi, həm bu günü, həm də gələcəyidir.
Sadəcə bir təskinliyimiz var ki, özündən sonra yetişdirdiyi bir şəxsiyyəti yerinə qoyub getdi. 15 ildə İlham Əliyev Azərbaycan üçün çox işlər görüb. Əgər kimlərsə bunu görmür və bilmirsə, bu, onların öz problemidir.
"Ən çox qızını sevərdi…”
Heydər Əliyev ailədə çox mülayim insan idi. Qızını çox sevərdi. Zərifə xanım haqqında danışarkən isə təsirlənməmək mümkün deyildi. Ailəsinə çox bağlı idi. İllər sonra Zərifə xanımın nəşini Moskvadan gətirib Bakıda dəfn edərkən orada iştirak etmişdim. Bu qədər yüksək vəzifə tutan birinin nə qədər böyük sarsıntı keçirdiyini gördüm. Baxmayaraq ki, həyat yoldaşının ölümündən illər keçirdi…
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 2024 17:37
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 2024 13:54
- Filipp Kirkorov Bakıda
24 mart 2024 23:54
- Ordumuzun əsgəri intihar etdi
24 mart 2024 23:16
- İlham Əliyev Putinə zəng etdi
24 mart 2024 20:37
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 13:54
- Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı
25 mart 13:49