Bakcell ”Bakutel-2018” sərgisində
İdman7 dekabr 2018 18:02
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti Bakı şəhərində start götürmüş "Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransının ziyarətçilərini ən müasir texnologiyalar, rahat və müasir məhsul və xidmətlər və şirkətin son nailiyyətləri ilə tanış edir.
Trend-ə verilən məlumata görə, sərginin ilk günündə media nümayəndələri üçün keçirilmiş brifinqdə "Bakcell”in baş icraçı direktoru Nikolai Beckers şirkətin "Bakutel-2018” sərgisində nümayiş olunan texnologiyalar və rəqəmsal layihələr barədə danışıb: "Bu il stendimizin qonaqları Azərbaycanda ilk dəfə olaraq "5G-yə hazırlıq” adlanan 4.5G texnologiyası üzərindən təmin olunan 600 Mbps mobil sürətini sınaqdan keçirə biləcək, şirkətin ən uğurlu layihələri və təşəbbüsləri barədə məlumat alacaqlar. 2019-cu il ərzində ölkənin ən sürətli 4G şəbəkəsinin regionlara doğru genişləndirilməsi və onun inkişafı istiqamətində aparılan işlər davam etdiriləcək. Gələn ilin sonuna qədər Bakcell Azərbaycan əhalisinin 95 faizini 4G şəbəkəsi ilə əhatə etməyi planlaşdırır”.
"Azərbaycanın Ən Sürətli Mobil Şəbəkəsi”ni sınaqdan keçir və hədiyyə qazan!
"Bakutel-2018” sərgisində quraşdırılmış Bakcell stendinin qonaqları tanınmış OOKLA şirkəti tərəfindən sınaqdan keçirilmiş və Azərbaycanın Ən Sürətli Mobil Şəbəkəsi adına layiq görülmüş Bakcell şəbəkəsinin imkanları ilə tanış olmaq fürsətinə malikdirlər. Öz gücünə güvənən iştirakçılar isə stenddə quraşdırılmış xüsusi qurğuda top ataraq yarışacaq və "Bakcell”dən pulsuz İnternet qazanacaq və 4G internetinin üstünlüklərindən yararlanacaqlar.
"Mənim Bakcellim” aplikasiyasının yeni istifadəçiləri üçün lotereya
Sərgi ziyarətçiləri Bakcell şirkətinin yeni istifadəyə verilmiş "Mənim Bakcellim” mobil tətbiqetməsi ilə tanış ola, müştəri xidmətləri ilə canlı əlaqə yaradıb sualları verə, mobil əlavəni sınaqdan keçirib onun maraqlı və unikal funksiyaları barədə məlumat ala biləcəklər. "Google Play Store” və ya "AppStore” mobil dükanlarından "Mənim Bakcellim” aplikasiyasını yükləyən qonaqlar isə xüsusi lotereyada iştirak edib hədiyyə qazanacaqlar.
"AppLab” guşəsində ən maraqlı startap layihələri
"AppLab” guşəsində həmçinin ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında gənc yerli developerlərə kömək edən AppLab inkubasiya mərkəzinin 2 yeni layihəsi - "Run2Help” və "bilik.az” təqdim ediləcək.
"Wi-Fi Evinizdə” – 4G olan hər yerdə internet
"Wi-Fi Evinizdə” guşəsində sərgi ziyarətçiləri rahat ev şəraitində "Bakcell”in yeni təqdim olunmuş Wi-Fi qurğusunun üstünlüklərini görəcək, ölkənin ən sürətli 4G internetindən istifadə edəcək və "Virtuall Realliq” proqramında futbol oynayacaqlar.
"Ulduzum”la oyna və hədiyyə qazan!
Bakcell şirkətinin "Bakutel 2018” stendinin ziyarətçiləri sərgidən əyləncəsiz və hədiyyəsiz ayrılmayacaqlar. Onlar "Ulduzum” loyallıq proqramına aid labirint oyununda iştirak edərək "Ulduzum” tərəfdaşlarından maraqlı hədiyyələr qazanacaqlar.
Mehriban və əyləncə dolu bir mühitdə ən müasir texnologiyalardan istifadə etməklə unudulmaz təəssüratlar əldə etmək üçün Bakcell şirkəti "Bakutel 2018” sərgisinin bütün ziyarətçilərini öz stendinə dəvət edir.
Kiçik və orta biznesə dəstək
Nikolai Beckers bildirib ki, Bakcell şirkəti bu il Bakutel sərgisi çərçivəsində innovasiya və texnologilayarı nümayiş etdirməklə bərabər, kiçik və orta sahibkarlığa da dəstək göstərir. Belə ki, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birgə təşkil olunan digər stenddə də təmsil olunan Bakcell şirkəti ölkədə kiçik və orta sahibkarlığın inkişafına dəstək məqsədilə start verilmiş "KOB Dəstək” proqramı çərçivəsində startapların və bizneslərin "Bakutel 2018” sərgisində təmsil olunmasına dəstək göstərir.
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.
Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.
7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb ("Best in Test”). 2018-ci ildə şirkət "Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış "Ookla” şirkəti tərəfindən "Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.
Oxşar xəbərlər
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 2024 21:20
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 2024 11:37
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 2024 20:10
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 2024 11:41
- Kür çayında batan ata və altı yaşlı qızının FOTOSU
13 aprel 2024 10:05
- Azərbaycan cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya etdi
11 aprel 2024 11:06
- Yeni NAZİR MÜAVİNİMİZ KİMDİR...
8 aprel 2024 14:39
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
Xəbər lenti
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
Video & Fotoqalereya
Video
Fotoqalereya