“Bank Standard”ın Kreditorlar Komitəsi cənab İlham Əliyevə müraciət etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına
Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Kreditorlar Komitəsi və Komitənin üzvü olmayan digər kreditorları tərəfindən
Möhtərəm Cənab Prezident!
Sizə ləğv prosesində olan QSC “Bank Standard” KB-nin (“Bank”) Kreditorlar Komitəsinin (“Komitə”) 22 noyabr 2018-ci il tarixli yekdil qərarına əsasən Əmanətlərin Sığortalanması Fondu (“ƏSF”) barədə şikayət edirik. Komitənin yaradılması 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli Qərardadı ilə qərara alınmışdır. Ölkə tarixində ilk dəfə yaradılan bu Komitənin fəaliyyətinin əsas məqsədi Bankın ləğvi prosesinə nəzarətdir. Komitə Bankda təxmini 157 mln. manat məbləğində pulu qalmış 43 272 yerli və xarici fiziki şəxsi və təxmini 600 mln. manat pulu qalmış 1 963 yerli və xarici hüquqi şəxsi təmsil edir. Bakı Apellyasiya Məhkəməsinin 22 iyun 2017-ci il tarixli Qərardadı ilə Komitə Bankın ləğv prosesi ilə bağlı məhkəmə prosesinə üçüncü şəxs qismində cəlb edilmişdir. Məlum olduğu kimi, “Bank Standard” ölkə tariximizdə müflis olmuş ən iri şirkətdir. Bu Bankın niyə və kimlərin təqsiri (Bankın rəhbərliyi, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, “KPMG” audit şirkəti) müflisləşməsi barədə Sizə əvvəlki iki məktubumuzda məlumat vermişik. Son zamanlar mətbuatda onların bəziləri (məsələn, Rüfət Aslanlı) barədə gedən yazılar şübhələrimizi bir daha təsdiqləyir. Digər müflis banklarda olduğu kimi, bu Bankın da ləğvini ƏSF həyata keçirir. Ləğvedici qismində onun işi Bankın əmlakını hərracda sataraq və verilən kreditləri geri qaytararaq, əldə edilən vəsaiti kreditorlar arasında bölüşdürməkdən ibarətdir. Bütün bunları ƏSF Bakı Apellyasiya Məhkəməsinin (“Məhkəmə”) və Komitənin nəzarəti altında həyata keçirməlidir. Lakin ƏSF bu vəzifələrini savadsız şəkildə və kobud qanun pozuntuları ilə həyata keçirir, habelə fəaliyyətinin korrupsion olmasına ciddi şübhələr yaradır. Belə ki: 1. Özbaşınalıq. “Banklar haqqında” Qanunun tələbində zidd olaraq ƏSF hər rüb üçün təzələnmiş Ləğv Planını Məhkəmənin təsdiqinə vaxtında (həmin rübün başlanmasından əvvəl) təqdim etmir. Belə ki, cari ilin heç I rübü üzrə həmin Plan təsdiq edilməyib. ƏSF Məhkəmədən Planın qeyd-şərtsiz təsdiqini tələb edir və Məhkəmənin iradları əsasında Planın təkmilləşdirilməsindən imtina edir. Başqa sözlə, ƏSF ləğv prosesini özbaşına aparır. 2. Savadsızlıq. ƏSF-in təqdim etdiyi Ləğv Planı layihəsində xeyli hüquqi və iqtisadi səhvlər mövcuddur. Məsələn, balansda göstərilir ki, Bankın xalis aktivləri və ehtiyatları var, halbuki müflis bankın belə göstəriciləri ola bilməz. Digər misal: layihədə ƏSF-in ləğvedici kimi əmək haqqı alması vurğulanır, halbuki hüquqi şəxs əmək haqqı ala bilməz. Başqa sözlə, ƏSF-də ciddi kadr və savad problemi var. 3. Əmlakın satışının ləngidilməsi. Bankın müflis olmasından 2 ildən çox ötsə də, indiyədək onun daşınmaz əmlakları satılmaq üçün hərraca çıxarılmayıb. Yalnız bəzi daşınar əmlaklar satılıb. Nəticədə sözügedən daşınmaz əmlakların saxlanılmasına (mühafizə və s.) xeyli vəsait xərclənir. Bütövlükdə isə əmlakın satılmasının ləngidilməsi ƏSF-in potensial alıcılarla pərdəarxası qanunsuz və korrupsion sövdələşmələrinin olmasına şübhə yaradır. Başqa sözlə, ƏSF tərəfindən əmlakların aşağı qiymətlə satılması niyyətinin olmasına şübhə var. 4. Kreditlərin qaytarılmaması niyyəti. Bankın kredit portfelinin 90%-i təxmini 200 borc alana aiddir. Buna görə də ƏSF ilk növbədə məhz həmin şəxslərdən kreditlərin qaytarılmasına nail olmalıdır. ƏSF-in dediyinə görə hazırda 1500-dən çox (Vahid Məhkəmə Portalında bu rəqəmin heç 20%-i də mövcud deyil!) borc alana qarşı məhkəmə işləri aparır. Lakin həmin işlər kredit portfelinin heç 40%-ni təşkil etmir. ƏSF bunu belə izah edir ki, guya əsas borc alanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib (halbuki, bu, məhkəmədə iddia qaldırmağa mane olmamalıdır). Lakin nə apardığı məhkəmə işlərinin, nə də barəsində guya hüquq-mühafizə orqanlarına müraciət etdiyi borc alanlar barədə Məhkəməyə konkret məlumat vermir (ƏSF rəhbəri bunu dəfələrlə vəd etsə də). Bütün bunlar ƏSF-in dürüstlüyünə dair ciddi şübhələr yaradır: istisna deyil ki, ƏSF iri borc alanlarla qanunsuz və korrupsion danışıqlar aparır. Bəzi borcları ƏSF artıq özbaşına silib! Yeri gəlmişkən, “Accessbank” ASC-nin müraciəti əsasında hüquq-mühafizə orqanları cəmi 2 ay ərzində bu bankın xeyli problemli kreditinin qaytarılmasına nail olub. ƏSF də belə müraciət edibsə, görəsən niyə nəticə yoxdur? Başqa sözlə, ƏSF-nin həqiqətən problemli kreditləri dürüst və tam qaytarmaq niyyətinin olmadığına şübhə var. 5) Bədxərclik. ƏSF Bankın ləğvinə hər rüb 1 mln. manatdan çox vəsait xərcləyir və həmin xərclərini tam əsaslandıra və təsdiqləyə bilmir. Məsələn, on minlərlə vəsait guya təkcə məsləhət xidmətlərinə xərclənir. Xeyli izafi xərclərə yol verildiyinin başqa misalları da var. Başqa sözlə, ƏSF kreditorlara çatacaq vəsait hesabına bədxərcliyə yol verir. 6) Mərkəzi Bankın borcunun növbədənkənar qaytarılması. Bankın verdiyi kreditlərin təminatı olan girovlar eyni zamanda həm də Bankın Mərkəzi Bankdan götürdüyü kreditlərin təminatıdır (Mərkəzi Bankın faktiki olaraq qanunsuz məqsədli kreditlər verməsinin özü də istintaq predmetidir). Buna görə də ƏSF Bankın borc alanları tərəfindən həmin kreditlər üzrə ödənilən vəsaiti növbədənkənar qaydada Mərkəzi Banka ötürmək istəyir (Ləğv Planının layihəsində belə yazıblar). Halbuki, qanuna əsasən kreditlər üzrə daxilolmalar yalnız növbəlilik əsasında bölüşdürülə bilər (Mərkəzi Bankın növbəsi isə sonuncudur). Yalnız sözügedən girov predmetlərinə tutma yönəldildikdə ilk növbədə Mərkəzi Bankın tələbi ödənilməlidir. Başqa sözlə, ƏSF Mərkəzi Bankla əlbir olaraq, sonuncuya qanunsuz üstünlük vermək istəyir. 7) Ləğv prosesinin süni uzadılması. ƏSF Ləğv Planı layihəsində qeyd edir ki, ləğv prosesi əvvəllər bəyan edildiyi kimi (çünki, ƏSF öz dediyinə görə, ondan sonra ləğv prosesi səmərəsiz olacaq və kreditorların maraqlarına zərər vuracaq) 2019-cu deyil, 2021-ci ilin sonunda bitiriləcək. Bu fakt əmlakın satışının və kreditlərin qaytarılmasının ləngidilməsinə dair şübhələri daha da gücləndirir. Həmçinin əlavə şübhə də yaranır ki, ƏSF rəhbərliyi sadəcə müflis bankların ləğvini iş yeri (qohum-tanışlar üçün) və xərclər hesabına varlanma aləti qismində istifadə edir. Başqa sözlə, ƏSF ləğv prosesini əsassız olaraq uzadır. Çox hörmətli Cənab Prezident! Biz Sizə bütün işlərinizdə uğurlar arzu edir, Sizə daim dəstək olduğumuzu bildirir və qaldırdığımız məsələlərin araşdırılmasında, habelə Bankın savadlı və dürüst ləğvi nəticəsində vəsaitimizin qaytarılmasında bizə kömək etməyinizi Sizdən xahiş edirik.
Dərin hörmət və ehtiramla, Kreditorlar Komitəsinin sədri Əkrəm Şirvan oğlu Həsənov
30 noyabr 2018-ci il
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- 25 il əvvəl bu gün: Primakovun təyyarəsi okeanın üstündən niyə geri qayıdıb?
25 mart 2024 00:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06