Prezidentin sərəncamı ilə alimlər üçün tikilən bina bu şəxslərə satılıb (SİYAHI)
Maqazin27 noyabr 2018 14:00
İllərdir yataqxanada məskunlaşmış AMEA işçiləri üçün Prezident İlham Əliyevin 2012-ci ildə imzaladığı sərəncama əsasən tikilən binadakı mənzillər güzəştli şərtlərlə həmin qurumun rəhbərlərinin yaxınlarına satılıb.
Bu barədə Qaynarinfo-ya AMEA-nın Aspirantlar yataqxanasında məskunlaşmış alimlər məlumat veriblər. Onlar yataqxana sakinləri üçün tikilmiş binadan mənzil almış şəxslərin bir qisminin siyahısını göndəriblər.
Sözügedən siyahını təqdim edirik:
1. Əlizadə Akif Ağamehti oğlu – AMEA-nın prezidenti. Aldığı mənzillər: 4-cü girişin 5-ci mərtəbəsində, sahələri 178,3 kv.m (241 saylı mənzil) və 63,4 kv.m (242 saylı mənzil), ümumi qiyməti 181 275 man olan 2 mənzil (müqavilə №72 və 73);
2. Əlizadə Tamilla Aşum qızı – A.Əlizadənin yaxın qohumu. Aldığı mənzillər: 4-cü girişin 6-ci mərtəbəsində sahələri 178,3 kv.m (247 saylı mənzil) və 63,4 kv.m (248 saylı mənzil), ümumi qiyməti 181 275 man olan 2 mənzil (müqavilə №74 və 75);
Akif Əlizadə - AMEA-nın prezidenti
3. Quluyev İbrahim Said oğlu – AMEA-nın vitse-prezidenti, AMEA mənzil komis-siyasının sədri. Aldığı mənzil: 4-cü girişin 7-ci mərtəbəsində sahəsi 178,3 kv.m (253 saylı mənzil), qiyməti 133 725 man olan bir mənzil (müqavilə №76).
İbrahim Quluyev - AMEA-nın vitse-prezidenti
4. Bayramova Ülviyyə Rafiq qızı. Aldığı mənzil: 4-cü girişin 8-ci mərtəbəsində sahəsi 178,3 kv.m (259 saylı mənzil), qiyməti 133 725 man olan bir mənzil (müqavilə №77). Deyilənə görə bu mənzili Abdullayev Fətəli (AMEA İşlər İdarəsinin müdiri, AMEA mənzil komissiyasının üzvü) alıb.
Fətəli Abdullayev - AMEA İşlər İdarəsinin müdiri
Xatırladaq ki, öncəki yazımızda AMEA-nın İşlər idarəsinin müdir müavini, mənzillərin bölüşdürülməsi komissiyasının katibi Sərdar Əliyevin saytımıza göndərdiyi məktubu dərc etmişdik. Ev ala bilməyən AMEA işçilərinin sözlərinə görə Sərdar Əliyevin mənzil məsələsi ilə bağlı açıqlamaları həqiqəti əks etdirmir. Onlar qarşı tərəf olaraq qurumdan verilən açıqlamaya bənd-bənd münasibət bildiriblər:
- AMEA: "... yataqxanada məskunlaşmış şəxslərin əksəriyyətinin orada qanuni yaşamaq hüququ yoxdur və bunlar araşdırıldıqdan sonra qurum yüzlərlə şəxsin qeydiyyatdan çıxarılmasına nail olub".
Mənzil ala bilməyən yataqxana sakinləri: "Burada yaşayan sakinlərin hamısı vaxtilə 15-25 il arasında AMEA-da işləmiş insanlardır. Bu sakinlər vaxtilə gənc mütəxəssis kimi mənzil növbəsində dayanıblar, onları mənzillərlə təmin etmək mümkün olmadığından 2002-ci ildə onlar daimi qeydiyyata alınmış və yaşadıqları mənzillərə daimi (müvəqqəti yox!) order verilib. Sizin qeydiyyatdan çıxardıqlarınız yataqxanada yaşayan sakinlər yox, yataqxanaya əlavə qeydiyyata götürülmüş insanlardır. Siz də o qeyri-qanuni insanlara "hörmət” hesabına ev vermisiniz, onların adlarını da mətbuatda verə bilərik ki, lazimi orqanlar araşdırsın.
AMEA-nın mərhum Prezidenti M.Kərimovun Respublika Prezidentinə məktubla müraciətində, sitat: "... sakinlərin mənzillə təmin olunmasına və yaxud, həmin yataqxananın özəlləşdirilərək orada yaşayan sakinlərin şəxsi mülkiyyətinə verilməsinə köməklik edəsiniz.” yazılıb. Sizin sözlərinız Respublika Prezidentinin sözündən yuxarı deyil. Birinci yol olmasaydı, ikinci yolla gediləcəkdi, yəni özəlləşdirmə olacaqdı. Onda mənzil komissiyasına da ehtiyac olmayacaqdı".
- AMEA: "... yataqxana müvəqqəti yaşayış sahəsi hesab edildiyinə görə burada yaşayan sakinlər müqavilənin bağlanmasında tərəf kimi iştirak edə bilməzdilər".
Mənzil ala bilməyən yataqxana sakinləri: "Müqavilənin bağlanması zamanı sakinlərin fərdi müqavilə bağlamamsının səbəbi onların hüququnun olmaması yox (çünki yaşadıqları mənzilə orderləri var), AMEA-nın mərhum Prezidenti M.Kərimova hamının inanması və ümumi siyahı ilə razılığın verilməsi olub".
- AMEA: "...müqavilə bağlanan zaman "Evrostroy-S” MMC tərəfindən ayrılacaq mənzillərin sayı və sahəsi göstərilmədiyinə görə çox çətinliklərlə üzləşdik".
AMEA Fiziologiya İnstitutunun ərazisini satıb?
Mənzil ala bilməyən yataqxana sakinləri: "Yataqxana sakinləri üçün ayrılmış bina da, oradakı mənzillərin sayı da (120 mənzildən 118-i sakinlər üçün idi) məlum idi. Əlinizdə sənədlər olduğu halda tikinti şirkəti ("Evrostroy-S" MMC (indiki adı "Sipark İnşaat") nəzərdə tutulur - red.) sizi necə aldada bilərdi? Bəyəm sizlər elə sadəlövh idiniz ki, şirkət sizi aldadıb, başqa bina və az mənzil verib? Axı əlinizdəki sənədlərdə də sakinlər üçün veriləcək binanın sizlərin sakinlərə verdiyiniz bina yox, yataqxananın yanında tikilmiş və sizlərin şirkətlə birlikdə sataraq mənimsədiyiniz bina olduğu dəqiq göstərilib. Sizin sakinlərə verdiyiniz bina 2012-ci ildə bağlanılan müqavilədə nəzərdə tutulduğu 0,66 ha yataqxana ərazisi müqabilində yox, 2015-ci ildə bağladığınız saxta protokolla Fiziologiya institutunun satdığınız ərazisi müqabilində verilib. Bu binanın özülü müqavilədə sakinlər üçün tikilən binanın tikilib başa çatdığı vaxt qoyulub. Ola bilsin ki, həmin bina AMEA-nın mənzilə ehtiyacı olan digər əməkdaşları (gənclər və s.) üçün nəzərdə tutulubmuş. Sizlər onların da haqqını yemisiniz.
Sizin mənzillərini əllərindən aldığınız və əvəzində Bakıdan kənarda, özü də daha az sahəli mənzillər verdiyiniz sakinləri hansı əsasla kənara göndərmisiniz? Onlara təklif etdiyiniz mənzillər hansı şirkətlərə məxsusdur və onların qiyməti hansı pulla ödənilib? "Qanuni” işlədiyini göstərməyə çalışan mənzil komissiyası üzvləri, 0,5 ştatla işləyən və əllərindən əvvəl verdiyiniz mənzilləri aldığınız sakinlərə sonradan hansı qanuna əsasən binaların mansardından "mənzillər” verdiniz? Sizin dediyiniz kimi Şərifzadə 12-də yalnız alimlərə ev verilib, ağ yalan danışırsıniz, orda adi işçilərə də nəyinsə "hesabına” ev vermisiniz (həmin şəxslərin adları da bizə məlumdur). Həm də Şərifzadə 12-də bir mənzili satıb kənarda o pula 4-5 mənzil alaraq sadəlöv alimləri aldadırsınız, bunu başa düşmək üçün heç də savadlı olmaq lazım deyil".
Oxşar xəbərlər
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 2024 11:29
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- İlham Əliyev Putinə zəng etdi
24 mart 2024 20:37
- Alimlər insanların danışmağı öyrəndiyi tarixi dövrü müəyyənləşdirib
24 mart 2024 19:32
- Ürəyinizi qorumaq üçün 25 qayda...
24 mart 2024 06:59
Xəbər lenti
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
Video & Fotoqalereya
Video
Fotoqalereya