“Məhkəməyə gəlsəm, Elmira Axundova məni tutdurar”
Bakı Ağır Cinayətlər Məhkəməsində Əfv Komissiyasının üzvü, deputat Elmira Axundovanın, oğlu Həbib Axundovun adı hallanan dələduzluq işi davam edir. AzEuroNews.com xəbər verir ki, ortada ələ keçirilən pul 1 milyon manatdan artıqdır. Müttəhim kürsüsünə Həbib Axundovun dostu və şəriki Elnur İbrahimov çıxarılıb. Aylardır davam edən prosesdə faktiki olaraq heç bir araşdırma aparılmır, proses qısa müddət keçirilməklə təxirə salınır.
Elnur İbrahimov
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən sonuncu – 22 noyabrda baş tutan prosesdə şahidlərlə bağlı qeyri-müəyyənlik davam edib. Zərərçəkən Şahin Məhərrəmov hakimə ötən proseslərdə onun Elvin və Ziya Vəliyevlərin məhkəmədə iştirakları təmin olunması haqda vəsatətinin təmin olunmasını xatırladıb. Hakim bu vəsatətə münasibət açıqlamaqdan yayınadan sonra Şahin Məhərrəmov deyib ki, Elvin Vəliyev ona deyib ki, məhkəməyə gəlməkdən qorxur.
Ziya Vəliyev
“Mənə deyir ki, məhkəməyə gəlsəm, qorxuram ki, Elmira Axundova məni tutdurar. Onun məhkəmədə iştirakını təmin edin” – deyə zərərçəkən tələb edib. Hakim isə onun tələbini eşitməyib. Digər şahid, keçmiş vergi işçisi Anar Babayevin də prosesdə ifadə verilməsinin təmin olunması da müşkülə çevirilib. Zarina Minetulla qızı Xanbalayeva da şahiddir. O, məhkəməyə gəlmək istəmədiyi haqda teleqram göndərib. Hakim Rahib Salmanovun elan etdiyi teleqramın mətnindən belə aydın olub ki, şahid sadəcə prosesə gəlmək istəmir, bunu özünü pis hiss etməsi ilə əlaqələndirir. Onun özünü pis hiss etməsini təsdiqləyən hər hansı bir sənəd də hakimə göndərilməyib.
Teleqramın mətni şahidin məhkəməyə açıq-aydın sayğısızlığının nümayişdir. Digər tərəfdən hakim Rahib Salmanov Zarina Xanbalayevanın prosesə gəlməməsi üzündən məhkəməni 4 dəfə təxirə salıb. Hər dəfə də hakim elan edib ki, Zarina Xanbalayeva növbəti dəfə üzrlü səbəbdən prosesə qatılmasa, barəsində məcburi gətirilmə haqda qərar veriləcək.
Adətən məhkəmələr belə hallarda şahidin prosesə məcburi gətirilməsi haqda qərar qəbul edir amma, bu iş üzrə prosesdə belə olmadı. Hakim Rahib Salmanov şahidin məhkəməyə məcburi gətirilməsi haqda qərar vermək əvəzinə onun ifadələrinin elan olunması haqda qərar verdi.
Yəni hakim özünün əvvəlki – Zarina Xanbalayevanı məhkəmədə dindirilməsi haqda qərarına unutqanlıq nümayiş etdirdi.
Həbib Axundov / Foto © Aytən Məmmədova
Bundan sonra isə hakim məhkəmə istintaqının yekunlaşmasını elan edib. Bu isə Həbib Axundovun vəkili xaric digər zərərçəkənlərin, onların vəkillərinin qəti etirazına səbəb olub. Hakimin bu qərarına münasibət açıqlayan ittihamçı prokurorun da mövqeyi anlaşılmayıb, o, məsələni məhkəmənin mülahizəsinə buraxmaqla kifayətlənib. Halbuki prokurorun ittihamçı olaraq mövqeyi zərərçəkmişlərin əsksəriyyətinin mövqeyini ifadə etməli idi.
Olmadı, prokuror da təqsirləndirilən Elnur İbrahimovu, onun vəkilini sevincək edən qərara mövqeyi ilə faktiki olaraq dəstək verdi. Onlar prosesin tezliklə yekunlaşdırılmasına tərəfdar çıxıblar. Həbib Axundovun, onun vəkilinin mövqeyi də Elnur İbrahimovun özünün və vəkilinin mövqeyi ilə 100 faiz üst-üstə düşüb. Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs statusunda olan birinin mövqelərinin bu şəkildə üst-üstə düşməsi ittiham tərəfi üçün normalda araşdırma mövzusu olmalıdır…
Digər diqqətçəkən məqam isə Həbib Axundovun əvvəlki proseslərə qatılmaması, sonuncu prosesdə görünəndən sonra məhkəmə istintaqının yekunlaşmasına dəstək verməsi idi.
İş üzrə digər zərərçəkənlər və onların vəkilləri hakimin qərarına qəti etiraz ediblər. Onlar təqsirləndirilən Elnur İbrahimova, Həbib Axundova suallarının olduğunu, qəbul edilən qərarın məhkəmənin aparılması qaydası ilə ziddiyyət təşkil etdiyini bildiriblər. Həbib Axundova, Elnur İbrahimova veriləcək mühüm suallarının olduğunu dönə-dönə hakimin diqqətinə çatdırıblar.
Bundan sonra hakim qanunda olmayan şərt irəli sürüb – Həbib Axundova 2, Elnur İbrahimova da 2 sual verilə bilər. Sanki vəkillər bazara gəlib və hərə 2 kiloqram tərəvəz məhsulları alırmış kimi onun şərtni qəbul etməli imiş…
Vəkillər şərtli məhkəmə istintaqı aparılması qaydasına etiraz edəndən sonra isə hakim Azərbaycan məhkəmələrində heç vaxt görünməmiş addım atıb!
Rahib Salmanov qanundan kənar olmasına şübhə olmayan qərarını- məhkəmə istintaqının yekunlaşdığını elan edib.
Hakim prosesə gəlməyən şahidlərin ifadələri elan olunmadan, məhkəməyə dəfələrlə çağırılmış şahidlərin ağlabatan əsas olmadan prosesə qatılmamalarına göz yummaqla, sənədləri araşdırmadan, çoxsaylı audioyazıları dinləmədən, hər hansı çarpaz dindirməyə şərait yaratmadan məhkəmə istintaqını tələsik yekunlaşdırıb.Rahib Salmanov niyə göz görə-görə qanunsuzluqlar edib sualı da açıqdır.
Bu iş üzrə ortada olan gedişat, məhkəmənin heç bir araşdırma aparmadan, tezbazar yekunlaşması ümumilikdə məhkəmə adına xələl gətirir.
Ümumiyyətlə isə iş üzrə proses çox nadir istisnalarla Cinayət Prosessual Məcəlləsinin 43-cü fəsli – məhkəmə istintaqının aparılması qaydasına uyğun olub.
Fəslin 334-cü – sənədlərin elan edilməsi, 338-ci – məhkəmə istintaqının qurtarmasıkimi maddələrinin tələbləri heç olmamış kimi pozulub. Dövlət ittihamçısı da etiraz nümayiş etdirmək əvəzinə, ittiham tərəfinin şahidi – Zarina Xanbalayevanın saymazyana münasibətinə rəğmən məhkəmənin mülahizəsinə əsaslanmağa üstünlük verib.
Beləcə heç bir araşdırma aparmadan ictimaiyyətin diqqət mərkəzində olan, deputatın, onun oğlunun adı qarışan qalmaqallı dələduzluq işi ört-basdır olunmaqdadır.
Proses noyabrın 26-da davam etdiriləcək.
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Anar Nağılbazın atası dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
25 mart 2024 00:21
- Azərbaycanlı ictimai fəalı Türkiyədə kim döy(dür)üb?-Zərəçəkən bəzi məmurlardan şübhələnir-Video
22 mart 2024 20:55
- Sünbülə Əliyeva martın 20-də gecə saat 11 radələrində yaşadığı evdən aparılıb
22 mart 2024 18:26
- Bu gün unudulmaz sənətkar, Xalq artisti Rübabə Muradovanın doğum günüdür - FOTO
22 mart 2024 10:22
- Mənə bu qədər rəhmət oxunacağını gözləmirdim - Cavanşir Quliyev + VİDEO
22 mart 2024 10:00
- Bab və babilik: Bir tarixi hadisənin izi ilə
21 mart 2024 23:10
- Day-dayım olsaydı, qısa zamanda … - Aysel Əlizadə
21 mart 2024 22:16
- Nürəddin Mehdixanlının vəsiyyəti ....
21 mart 2024 19:28
- Sərxoş Çörçill, həyat yoldaşını itirən Ruzvelt, limon becərən Stalin...
20 mart 2024 19:01
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06