Paşazadə danışdı: "Mən Abel Məhərrəmovun..."
Günün sitatı26 noyabr 2018 13:32
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə "Yeni Müsavat” qəzetinə müsahibə verib.
Şeyx son günlərin gündəm mövzularına dair bütün sualları cavablandırıb.
- Noyabrın əvvəlində Madriddə keçirdiyiniz tədbirlə bağlı mediada çoxlu sayda yazılar dərc olundu. BDU-nun keçmiş rektoru Abel Məhərrəmovla bağlı, xüsusən də təyyarədə şərab aparılması, bundan başqa oteldə qalmaqalla bağlı yazılar oldu. Bu yazılara münasibətinizi bilmək istərdik. Orda həqiqətən nə baş vermişdi?
- Mən açığı bir şey baş verdiyini görməmişəm. Bəzi adamların da Şeyxülislam haqda düşüncələri qəribədir. Mən bu cür səfərlər olanda evdə hazırlaşıram, məlumat verirlər ki, təyyarə hazırdır, uça bilərik. Ondan sonra mən də gəlirəm, təyyarəyə minib yola düşürük. Təyyarədə mənim və digər səfər iştirakçılarının geyimləri, şəxsi əşyaları olan çantalar olur. Bir də bizim heyətdə olan çəkiliş qrupunun avadanlıqları.
Amma qəti şəkildə deyirəm ki, belə bir məsələ olmayıb, bu, yalandır. Nəyə görəsə bunu yazırlar, deyirlər. Yəqin ki, düşmənçilik məqsədi ilə edirlər. Axı dövlət var, dövlətin sərhəd, gömrük xidməti var. Media var. İspaniya böyük bir dövlətdir, ciddi nəzarət sistemi var. Hətta biz ora gedəndə sərhəddə ayaqqabılarımıza qədər yoxlayırlar. Necə oldu ki, bu qədər yükü oradan keçirdilər? Bütün bunlar necə ola bilər? Elə başa düşürəm ki, bütün bunlar quraşdırmadır. Təyyarənin gecikməsi normal hadisədir, çarter reyslər də bir qayda olaraq yubanır. Mən o zaman soruşmuram ki, təyyarə niyə ləngiyir? Digər tərəfdən, mən nə Abel müəllimin, nə də heyətdə olan digər şəxslərin içki içdiyini görməmişəm.
Tədbirimiz yüksək səviyyəli bir konfrans idi. 260 nəfərdən çox nüfuzlu qonaq vardı. Orda mən də, Siyavuş müəllim də, Abel müəllim də çıxış etdi. Axırda da prezident həzrətlərinin məktubu oxundu. Burda bəzi şeylər yazırlar, mən Bakıya gələndən sonra oxudum. Guya məni nömrədən çıxarıb dəvət ediblər. Belə şey olmayıb.
Oteldə qalarkən nümayəndə heyətinin üzvləri adətən otelin foyesində oturub çay içirdilər. Bir dəfə məni də dəvət etdilər, oturub çay içdik. Səhəri gün nümayəndə heyəti ilə birlikdə Əli bəyin evində qonaq olduq, səmimi şəraitdə söhbətlər oldu, orada Abel Məhərrəmov da, Siyavuş Novruzov da gözəl çıxışlar etdilər, beynəlxalq konfransın yüksək səviyyədə təşkilində roluna görə Əli bəyi təbrik etdilər. Çox gözəl münasibət oldu. Heç bir başqa söhbət olmayıb. Ölkəmizin İspaniyadakı səfiri — Abel müəllimin oğlu Anar Məhərrəmov da orada bizimlə birgə idi.
Anar müəllim bizim ötən illərdə İspaniyada keçirdiyimiz konfranslarda da iştirak edib. Mən keçən il İspaniyada konfransdan sonra Bakıya qayıdanda prezident cənabları ilə görüşümüz oldu və mən orda səfirimizin müsbət fəaliyyətini, gördüyü işləri qeyd elədim. Prezident bundan məmnun qaldı. Biz Abel müəllimlə illərlə dostuq, münasibətimiz olub. Ona böyük hörmətim var. Uzun illər İlahiyyat Fakültəsində imtahan komissiyasının sədri olmuşam, universitetdə dərs demişəm, professor olmuşam, birgə tədbirlər keçirmişik. O işdən azad ediləndə mən burda olmamışam, qayıdandan sonra telefon açmışam. Ancaq hələlik danışa bilməmişik, mümkündür ki, xəbərsiz olub.
O ki qaldı Abel müəllimin rektorluqdan azad edilməsinə, bu prezident cənablarının müstəsna səlahiyyətidir. Heç kimin bu işə qarışmağa ixtiyarı yoxdur. Prezident kimə görəsə kimisə işdən azad etmir. Bu gün işdən azad edib, bəlkə gələcəkdə başqa yerdə lazım olacaq? Bu işə Abel müəllimin oğlunu, qardaşlarını qarışdırmaq mən elə bilirəm ki, çox böyük haqsızlıqdır.
- Şəxsi münasibətləriniz necədir? Bu tədbirdən sonra Abel Məhərrəmov, ya da Siyavuş Novruzovla aranızda soyuqluq yaranmayıb?
Yox, heç bir soyuqluqdan söhbət gedə bilməz. Mən onunla bu gün də dostam. Mən onun oğluna oğlum kimi baxıram, nəvəsinə nəvəm kimi. O da mənə qarşı elədir. Bizim aramızda heç bir problem yoxdur. Siyavuşu da oğlumdan, qardaşımdan ayırmıram. Vaxtilə onun nikahını da mən kəsmişəm. Bir böyük, agsaqqal olaraq özümə hər zaman ondan yalnız ehtiram görmüşəm.
- Bundan əvvəl isə Çexiyada mülklərinizin olması bağlı mətbuatda və sosial şəbəkələrdə məlumatlar yayıldı. Hətta bəzi alqı-satqı sənədlərinin surətləri də internetə düşdü. Bu məlumatlar nə qədər həqiqətə uyğundur? Çexiyada ev və ya əmlakınız varmı?
- Tamamilə yalan məlumatdır. Mənim orda heç bir şeyim yoxdur. Mən artıq uzun illərdir ki, Karlovı Varıda müalicə alıram. Orada həkimlərim var, hər il məni müalicə edirlər. Hər dəfə müalicəyə gedəndə orada namaz qılmağa yer tapmaq problem olurdu. Odur ki, ibadət, namazlarım üçün münasib yer axtarırdım. Adını çəkmək istəmədiyim azərbaycanlı iş adamları var, din xadimi olaraq ehtiram göstərib orda namaz qılmaq üçün mənə bir yer aldılar. İki maşınlıq qarajının üstündə yerləşən 23-24 kvadratlıq yeri alıb orada otaq, mətbəx və dəstəmazxana düzəltdirib vermişdilər mənə. Orda Quranım, namaz səccadəm vardı. Bir də yerli yeməkləri yeyə bilmirdim deyə, orada ayrıca yemək hazırlayırdıq. Allah rizası üçün bu savab işi etmişdilər. Məlum şayiələr yayıldıqdan sonra mən o yerdən imtina etdim, sahiblərinə qaytardım. Məqsədli şəkildə xəbərlər yayırlar ki, guya orada mənim böyük əmlaklarım var. Belə şayiələri qəsdən şişirdirlər. Bütün bunlar dövlətçiliyimiz adına, dini lider olaraq şəxsimə qarşı düşmənçilik məqsədlidir. Amma narahat deyiləm, haqqı qoruyan Allahdır.
- Beşmərtəbə bina da göstərilirdi ki, sizə məxsusdur.
Hə. Olmayan çox şeylər yazırlar. Lakin bunların heç biri həqiqətə uyğun deyil.
- Amma bir şey də var ki, siz dövlət məmuru deyilsiniz. Sizin əmlakınız qanunla ola bilər... Yeri gəldi deyə soruşum. Nəvələriniz İstanbuldadır, ya Bakıda?
O da yalan məlumat idi. (Bir neçə il əvvəl mətbuatda Şeyxin oğlunun ailəsi ilə birlikdə İstanbula köçməsi ilə bağlı xəbərləri qəsd edir – K.R.) O zaman gəlinim xəstə idi, İstanbula müalicə üçün getdilər. Təbii ki, uşaqları da özləri ilə apardılar. Mən deyirəm ki, oğul mənimdir, heç yerə getməyib, Bakıda yaşayır. Amma bunu da bir hadisəyə çevirdilər, mənə qarşı kampaniyaya çevirdilər. Halbuki əsası yox idi, amma yazırdılar.
- Açığı, Siz tirajlı şəxssiniz. Sizinlə bağlı xəbərlər çox oxunur. Haqqınızda yazılan istənilən xəbər ən çox oxunanlar siyahısına daxil olur. Bəlkə də bununla əlaqədardır.
- Olsun, yazılanlara bir söz demirəm, amma bir az insafla yazsalar, barı. Bir şeyi deyim. Moskvada erməni katalikosu Qareginlə görüşdə o mənə etiraf elədi ki, bizim mətbuatda sənin barədə mənfi yazılar yazılır. O ermənidir, aydındır ki, məni qaralayırlar. Bəs burda yazanın məqsədi nədir? O niyə məni gözdən salmaq, qaralamaq istəyir?
Mənim 70 yaşım var, göydə Allahdan, yerdə qanundan başqa çəkinəcəyim bir şey yoxdur. Amma bir dini lider barədə yalan yazmaq, olmayanları yaymaq etikadan kənardır, milli mənəviyyatımıza uyğun deyil.
- Azərbaycan müstəqil olduqdan sonra dövlət bir mənada dini fəaliyyətləri QMİ-nin öhdəsinə buraxıb. Ancaq sonradan tədricən dövlət də dini sahədə müəyyən işləri görməyə başlayıb. Bu həm də dünyada baş verən proseslərlə bağlı olsa da, nəticə etibarı ilə son illərdə dini fəaliyyətləri QMİ ilə yanaşı dövlət qurumları da aparır. Bu səbəbdən də belə bir qənaət formalaşıb ki, QMİ-nin səlahiyyətləri azalıb. Sizcə belədirmi?
- QMİ-nin səlahiyyəti deyilən məqam məscidlərdir, ibadətlərin həyata keçirilməsi, namaz qılmaq, moizə deməkdir. Bunlar bizim qurumun — dini mərkəzin səlahiyyətimdə olan məsələlərdir. Əvvəldən də bu belə idi, indi də belədir. Qaldı ki, başqa işlər, onlarla bağlı situasiya əvvəllə müqayisdə dəyişib. Hazırda 800-dən çox aktiv, işlək məscid var. Onların fəaliyyətini təmin etmək - böyük ehtiyacları var - onları qarşılamaq QMİ üçün çətindir. İdarə olaraq çatdıra bilmirəm. Dövlətsiz bu işləri görmək mənim üçün çox çətindir. Biz hazırda bu konfransları da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə keçiririk. Dövlətin bu sahədə işlrə görməsi mənə yardımdır. Mənim səlahiyyətim dediyim kimi, məscidin içi, ibadət, moizədir. Bundan qalan məsələlər ümumi işlərdir, biz bir yerdə işləyirik, onlar da bizə yardım edirlər. Yəni heç bir ayrı-seçkilik yoxdur. Açığını deyim ki, bizim bu gün bir yerdə fəaliyyət göstərməyimiz ümumi işimizin xeyrinədir, həm dövlətçiliyimizin, həm də dinin.
Oxşar xəbərlər
- İstədiyimiz nəticəni əldə edə bilmədik - Ərdoğan seçkidən danışdı
1 aprel 2024 10:30
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 2024 10:05
- Crocus City Hall-da YALIN ƏLLƏ terrorçunu zərərsizləşdirən şəxs danışdı - VİDEO
23 mart 2024 18:55
- Həbs olunan terrorçu danışdı: Pula görə elədim... - VİDEO
23 mart 2024 16:18
- Azərbaycanlı ictimai fəalı Türkiyədə kim döy(dür)üb?-Zərəçəkən bəzi məmurlardan şübhələnir-Video
22 mart 2024 20:55
- Ordumuz 1 saata bu kəndləri geri qaytaracaq - SENSASİON ANONS VERİLDİ
17 mart 2024 11:26
- Prezident Natəvanın heykəlindən danışdı
14 mart 2024 17:53
- Bağırov və Beriya müsavatçı olublar - Ermənilərlə 40 il bir evdə yaşayan inqilabçının qohumu DANIŞDI
11 mart 2024 00:30
- Qaqarini 1967-ci ildə ölümdən xilas edən dostu DANIŞDI
11 mart 2024 00:00
- Araik AzTV-yə nələri danışdı? - Etiraflar və DTX-nin Xankəndi əməliyyatından EKSKLÜZİV görüntülər
10 mart 2024 13:44
Xəbər lenti
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 11:07
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04
Video & Fotoqalereya
Video
Fotoqalereya