Nazirlərin məmur qohumları: Atası, qardaşı, oğlu, qudası, xalası oğlu (SİYAHI)
İqtisadiyyat21 noyabr 2018 15:45
Bir neçə gün öncə prezident İlham Əliyevin sərəncamı ilə vəzifədən azad olunan Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmovun eyni anda üç qardaşının və digər qohumlarının yüksək vəzifə tutması məmurların qohumları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
azxeber.com nazirlərin yüksək vəzifə daşıyan qohumları ilə bağlı araşdırma aparıb.
Vergilər naziri Mikayıl Cabbarovun qayınatası və xalası oğlu yüksək vəzifə daşıyır. Belə ki, nazirin qayınatası Kamran İmanovƏqli Mülkiyyət Agentliyinin sədridir. Bundan öncə Müəllif Hüquqları Agentliyinə və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəhbərlik edib. Düzdür, Kamran İmanovun məmur fəaliyyəti M.Cabbarovun məmur fəaliyyətindən daha əvvələ gedib çıxır və bu mənada onların təyinatı arasında bağlar axtarmaq mənasızdır.
Nazirin xalası oğlu Balakişi Qasımov İctimai İctimai Televiziya və Radio Yayımları şirkətinin baş direktorudur. Bu təyinata qədər Azərbaycan Televiziyasında yayımlanan beynəlxalq lisenziyalı "Əlaçı” ("Brainist”), "61!” ("Jeopardy!”), "Breyn-rinq”, "Kim? Harada? Nə vaxt?" verilişlərinin baş prodüseri və rejissoru olub.
Gənclər və İdman naziri Azad Rəhimovun qudası və oğlu yüksək vəzifə daşıyır. Nazirin qudası Niyazi Bayramov Gəncə şəhər İcra Hakimiyyətinin başçısıdır. Bu təyinata qədər Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı və Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin rəisi vəzifələrində işləyib.
Nazirin oğlu Arif Rəhimov 2014-cü ilin yanvarında yaradılmış "Baku Grand Prix" şirkətinin rəhbəridir. Bu şirkət Bakıda keçirilən dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin – "Formula-1”in "Qran Pri” yarışının təşkilatçısıdır.
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun atası və oğlu yüksək vəzifə daşıyır. Nazirin atası Fəttah Heydərov Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatıdır. Buna qədər Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri, Culfa rayon İcra Hakimiyyətinin başçısı olub.
Nazirin oğlu Tale Heydərov Azərbaycan Avropa Cəmiyyətinin sədridir. İddialara görə, onun rəhbəri olduğu və lobbiçilik fəaliyyəti ilə məşğul olan qurum fəaliyyətini dayandırıb, ancaq bu barədə rəsmi açıqlama verilməyib.
Təhsil naziri Ceyhun Bayramovun qardaşı yüksək vəzifədədir. Azər Bayramov maliyyə nazirinin müavinidir. Eyni zamanda Büdcə gəlirlərinin proqnozlaşdırılması üzrə komissiyanın sədridir. Buna qədər Maliyyə Nazirliyinin Vergi Siyasəti və Gəlirlər Baş İdarəsinin rəisi işləyib.
Səhiyyə naziri Oqtay Şirəliyevin oğlu önəmli vəzifə tutur. Murad Şirəliyev Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədr müavinidir. 2000-ci ildən bank sektorunda olan M.Şirəliyev bundan öncə "Kapital Bank”ın İdarə Heyətinin sədr müavini olub.
Kənd təsərrüfatı naziri İnam Kərimovun qardaşı yüksək vəzifədə çalışır. Mətin Kərimli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavinidir. "Harvard” Universitetinin məzunu olan M.Kərimli bundan öncə Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin rəisi vəzifəsində çalışıb.
Energetika naziri Pərviz Şahbazovun atası yüksək vəzifədədir. Oqtay Şahbazov uzun illərdir Prezident Adminstrasiyasında yüksək vəzifə tutur. Hazırda Azərbaycan Respublikası Prezidentinin İşlər müdiridir. 1-ci dərəcə Dövlət müşaviri, "Əməkdar dövlət qulluqçusu” fəxri adı və "Şöhrət" ordeni ilə təltif edilib.
Oxşar xəbərlər
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 2024 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 2024 11:37
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 2024 12:17
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 2024 10:29
Xəbər lenti
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
Video & Fotoqalereya
Video
Fotoqalereya