"Ayrılan pullar məmurların xarici səfərlərinə xərclənir"
Mədəniyyət19 noyabr 2018 17:32
"Saxta şahmatçılar” dövlətdən mənzil alır, federasiyaya ayrılan pullar isə vəzifəli şəxslərin xaricə getməsinə sərf edilir".
Bu sözləri Qaynarinfo-ya beynəlxalq qrossmeyster, əməkdar məşqçi, FIDE hakimi, FIDE-nin məşqçisi, eyni zamanda bir çox beynəlxalq turnirlərin qalibi Azər Mirzəyev məlumat verib.
O, Azərbaycan Şahmat Federasiyasının fəaliyyətindəki nöqsanlar barədə saytımıza məktub ünvanlayıb.
Azər Mirzəyev
Qrossmeyster bildirib ki, federasiyanın prezidenti Elman Rüstəmov şahmatçılarla çox az maraqlanır ya da ümumiyyətlə maraqlanmır, onun qəbuluna düşmək mümkün deyil, vitse-prezidentlər Faiq Həsənov və Mahir Məmmədov isə federasiyanı öz bildikləri qaydada idarə edirlər:
"Ayda 8000 avro maaş verməklə xaricdən legionerlər gətirirlər. Halbuki bizim öz şahmatçılarımız onlardan qat-qat güclüdürlər. 2015-ci ildə ilk legioner gələndən sonra komandamız 2016-cı il Olimpiadasında 12-ci, 2018-ci ildə isə 15-ci yeri tutdu. Budurmu şahmatın inkişafı üçün atılan addım?! Halbuki 2014-cü ildə legionerlər olmadan şahmatçılarımız Avropa çempionu olmuşdular".
Elman Rüstəmov - Mərkəzi Bankın Sədri, Azərbaycan Şahmat Federasiyasının prezidenti
Azər Mirzəyevin sözlərinə görə, federasiya rəhbərləri yaxın adamlarına şahmatçı adı ilə dövlətdən ev alır və federasiyaya ayrılan pullar bu sahəyə yad olan şəxslərin, onların valideynlərinin, həmçinin məmurların xarici səfərlərinə xərclənir:
"Adi şahmatçılara turnirlər üçün 5-6 min dollar pul xərcləyirlər, amma mənə 2012-ci ildən etibarən heç bir turnirə görə vəsait ödənilməyib. Hətta bir dəfə Mahir Məmmədovun göstərişi ilə jurnalistlərdən birinə "Limuzin" xidməti üçün gündəlik 700 dollar verildiyinin şahidi olmuşam. Yeri gəlmişkən qeyd edim ki, həmin jurnalist İspaniyada keçirilən turnirə mənimlə birgə adi sərnişin qatarında getmişdi. Bu 700 dollarlarla iki istedadlı uşağı qonşu Gürcüstanda keçirilən turnirə göndərmək olardı. Bu israfçılıq nəyə lazımdır?! Hansı ki, istedadlı uşaqların valideynləri övladlarını yarışlara göndərə bilmək üçün yüksək faiz dərəcələri ilə kreditlər götürməyə məcbur olurlar”.
Mahir Məmmədov - Azərbaycan Şahmat Federasiyasının və FİDE-nin vitse-prezidentdi
Qrossmeyster ölkədə şahmat üzrə klub çempionatlarının da olmadığını vurğulayıb və bildirib ki, ölkənin ən nüfuzlu yarışında verilən mükafat qonşu ölkələrdən qat-qat aşağıdır:
"Ölkənin bir klub çempionatı (liqa) belə yoxdur. Hansı ki, qeyri-şahmat ölkələri olan Finlandiya, Belçika və Lüksenburqda belə çempionatlar təşkil edilir. Kişilərarası milli şahmat çempionatı ölkənin ən böyük yarışıdır. Amma son çempionata heç bir peşəkar şahmatçı qatılmadı. Hansı ki, ölkədə 23 qrossmeyster var. Belə bir önəmli yarışın mükafatı isə cəmi 4000 manatdır. Qonşu Gürcüstan və Ermənistanda bu tip yarışlara 10 000 dollar mükafat ayrılır".
Faiq Həsənov - Federasiyanın vitse-prezidenti
O, qeyd edib ki, bu kimi səbəblərdən son 2-3 il ərzində 30-dan çox məşqçi ölkəni tərk edib:
"Federasiya 11 ildir yaransa da, bu vaxta qədər seçki keçirilməyib. Məşqçilər hansısa istedadına, işinə görə deyil, Həsənov və Məmmədovun istəyi ilə seçilir. 25 ildir çalışan məşqçilər var ki, kompüter və proqramlardan necə istifadə etməli olunduğunu bilmir. Nə qədər ki, Həsənov-Məmmədov tendemi şahmatçılarla belə rəftar edir, ölkənin şahmat mənzərəsi də ürəkaçan olmayacaq. Hər il Gənclər və İdman Nazirliyi federasiyaya 250 000 manat pul ayırır, lakin bu pulla hansı işlər görüldüyü barədə ətraflı məlumat verilmir. Hesab edirəm ki, bu, dövlətin puludur və şahmatçılar bu vəsaitlərin hansı məqsədlər üçün xərcləndiyini bilmək hüququna malikdirlər. Ötən il şahmatçılarımız Avropa çempionatında 3-cü dəfə qızıl medal qazandıqları üçün prezident İlham Əliyev şahmatın inkişafı üçün bir milyon manat ayırdı. O, bir milyonun harada və necə xərcləndiyi də böyük sirdir”.
Çingiz Səfərli
Oxşar xəbərlər
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 2024 21:14
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
15 aprel 2024 10:27
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
- Günəş "öləndə" nələr baş verəcək?
12 aprel 2024 21:03
- Yeni NAZİR MÜAVİNİMİZ KİMDİR...
8 aprel 2024 14:39
- MƏN BUNU DEMƏKLƏ MÜKƏLLƏFƏM QISAQAPANMA-REKLAMLAR
7 aprel 2024 21:05
Xəbər lenti
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
Video & Fotoqalereya
Video
Fotoqalereya