“Baş nazir olmasından qısa müddət sonra Azərbaycanı ziyarət edir...” - İlham Əliyev
Noyabrın 13-də Azərbaycan prezidenti İlham Əliyevin Slovakiya baş naziri Peter Pelleqrini ilə təkbətək görüşü başa çatdıqdan sonra danışıqlar geniş tərkibdə davam etdirilib.
“Qafqazinfo” xəbər verir ki, görüşdə çıxış edən prezident İlham Əliyev deyib:
“Hörmətli cənab Baş nazir, hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz. İndicə cənab Baş nazirlə ölkələrimiz arasında olan münasibətlər, gələcək planlar barədə çox önəmli və maraqlı söhbətimiz oldu. Bizi ziyarət etdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Görüşdə dediyim kimi, münasibətlərimizin tarixində bu, Slovakiyanın Baş nazirinin ölkəmizə ilk səfəridir. Digər vacib fakt ondan ibarətdir ki, Baş nazir təyin olunmasından qısa müddət sonra Azərbaycanı ziyarət edir. Biz bunu hörmət, tərəfdaşlıq və Azərbaycana maraq əlaməti hesab edirik. Biz əməkdaşlığımızı inkişaf etdirmək istəyirik. Biz tərəfdaşlığın genişləndirilməsində böyük potensialı görürük və əminəm ki, səfər zamanı müzakirə olunan məsələlər gələcək tərəfdaşlıq üçün möhkəm zəmin yaradacaqdır.
İkitərəfli münasibətlərlə bağlı çoxlu işlər görülməlidir. Biznes dairələrinin bir araya toplaşması və gələcək planları müzakirə etməsi də bizi məmnun edir. Əlbəttə ki, biz siyasi, iqtisadi, nəqliyyat və digər sahələrdə əməkdaşlığımızı davam etdirəcəyik. Biz daşımalar sahəsində potensialı müzakirə etdik.
Əməkdaşlığımızın vacib hissəsi, həmçinin Azərbaycan-Avropa İttifaqı münasibətləridir. Bu münasibətlər yaxşı formadadır. Bu il biz “Tərəfdaşlıq prioritetləri” sənədini parafladıq və Azərbaycan ilə Avropa İttifaqı arasında bütün sahələri, o cümlədən siyasi, iqtisadi, sosial, nəqliyyat, enerji sahələrini əhatə edəcək yeni razılaşma üzrə danışıqların fəal mərhələsindəyik. Azərbaycan enerji təhlükəsizliyi sahəsində Avropa İttifaqı tərəfindən çox mühüm tərəfdaş hesab olunur. Bizim icra etdiyimiz layihələrin qitədə böyük miqyası var. Buna görə, cənab Baş nazir, əminəm ki, Sizin səfəriniz ölkələrimiz arasında münasibətlərin sürətli inkişafı üçün çox yaxşı imkanlar yaradacaq. Mən Sizə uğurlu səfər arzu edirəm”.
Slovakiyanın Baş naziri Peter Pelleqrini deyib:
“Çox sağ olun, Zati-aliləri cənab Prezident. Sizinlə bu gözəl məkanda şəxsən görüşməkdən məmnunam. Bəli, Siz tamamilə düz qeyd etdiniz, biz istərdik ki, səfərimiz münasibətlərimizin daha dinamik şəkildə inkişafına xidmət etsin”.
Peter Pelleqrini nümayəndə heyəti üzvlərinin Bakıda öz həmkarları ilə hökumətlərarası komissiyanın yaradılması, iqtisadi sahədə müqavilə-hüquq bazasının genişləndirilməsi ilə bağlı səmərəli danışıqlar apardıqlarını bildirib.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, investisiya, təhsil, turizm sahələrində əlaqələrin perspektivləri müzakirə olunub. Söhbət zamanı Slovakiyanın Azərbaycanda səfirliyinin açılmasının ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyəti qeyd olunub.
Daha sonra Azərbaycan prezidenti ilə Slovakiyanın baş naziri işçi nahar etdilər.
- Bu gün ilk Qədr gecəsidir
28 mart 2024 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05