Deputat oğlunun məhkəməsində hakim şahidlərin qarşısında aciz qalıb – Prosesə gətizdirə bilmir
Kriminal13 noyabr 2018 14:54
Bakı Ağır Cinayətlər Məhkəməsində deputat, Əfv Komissiyasının üzvü Elmira Axundovanın, onun oğlu Həbib Axundovun adı keçən dələduzluq işi üzrə proses davam edir. Noyabrın 12-nə təyin olunan proses yenə də baş tutumayıb. Hakim Rahib Salmanov bunu iş üzrə şahidlərin prosesə qatılmamaları ilə əlaqələndirib. Dörd proses əvvəl şahid Zarina Xanbabayevanın məcburi qaydada prosesdə iştirakının təmin edilməsi haqda qərar verilib. Amma qərar 1 aydan çoxdur ki, icra olunmayıb.
Məhkəmə əvvəlki proseslərdə çıxardığı öz qərarlarına hörmətsiz yanaşmasından danışmamağa üstünlük verib. Qeyd edək ki, hakim Rahib Salamanovun rəhbərliyi ötən aylar ərzində baş tutan proseslər 5 dədiqə davam etməklə yaddaşlarda qalıb. Məhkəmədə demək olar ki, heç bir araşdırma aparılmır. Başdansovdu keçirilən proseslər əsasən iştirakçıların məhkəmə zalında olub-olmamasının dəqiqləşdirilməsinə vaxt ayırılmaqla yekunlaşdırılır. Maraqlıdır ki, müttəhimlər kürsüsünə çıxarılan Elnur İbrahimovun dostu və şəriki, iş üzrə zərərçəkən statusunda olan Həbib Axundov da proseslərə qatılmır.
Sosial şəbəkələrdə Həbib Axundovun Türkiyənin məşhur Kəmər istirahət mərkəzində olması fikrini formalaşdıran fotolar yayılıb. Hakim son prosesdə zərərçəkən Ziya Vəliyevlə bağlı da qərar verib. O, katibinə tapşırıb ki, xarici ölkəçlərdən birində olan Ziya Vəliyevə sms göndərilsin, onun və əmisi oğlu Elvin Vəliyevin məhkəmədə iştirakları təmin edilsin.
Qeyd edək ki, iş üzrə zərərçəkən Şahin Məhərrəmov ötən proseslərdə vəsaətət qaldırıb ki, Elvin və Ziya Vəliyevlərin məhkəmədə iştirakları təmin olunsun. Hakim bu vəsatəti də təmin etsə də, hər iki şəxsin iştirakları təmin olnmur. Şahid, keçmiş vergi işçisi Anar Babayevin də prosesdə ifadə verilməsinin təmin olunması da müşkülə çevirilib.
Son prosesdə zərərçəkənlərdən Zaur Səfərov, Fərman Məmmədov və Ramin Bəkirov iştirak ediblər. Məhkəmədə Elnur İbrahimovun vəkili ilə Həbib Axundovun vəkili prosesin tezliklə yekunlaşdırılması üçün hakimə müraciət ediblər. Zərərçəkənlə təqsirləndirilən şəxsin vəkillərinin mövqeyinin üst-üstə düşməsi iş üzrə proses başlayan gündən diqqət çəkir. Onlar məhkəmənin tezbazar qurtarmasını, yekunlaşmasını istəyirlər. Heç bir araşdırma aparılmadan prosesin yekunlaşmasının Elnur İbrahimovun maraqlarına cavab verməsi aydındır. Zərərçəkən qisminə gətirilən deputat oğlunun da eyni istəkdə bulunması illərdir mətbuatda yazılanların təsdiqi də hesab oluna bilər. Noyabrın 12-də növbəti dəfə 5 dəqiqə keçirilən prosesdə hakim Zarina Xanbayevanın prosesə məcburi qaydada gətiriləcəyini növbəti dəfə elan edib və iş üzrə növbəti prosesin 19 noyabr saat 11-ə qədər davam etdiriləcəni açıqlayıb.
Qeyd edək ki, E.İbrahimov barəsində 2014-cü ilin iyulunda Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə (külli miqdarda dələduzluq) cinayət işi başlayıb. Xətai Rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs-qəti imkan tədbiri seçilib. E.İbrahimov və şəriki Həbib Axundov 2013-cü ilin əvvəlindən başlayaraq bizneslərini böyütmək adı ilə vətəndaşlardan pul toplamağa başlayıblar. Ümumilikdə 8 milyon manat pul toplanıb. Vətəndaşlara bildirilib ki, onlardan alınan pullar ofis ləvazimatlarının, katriclərin ölkəyə gətirilməsi və satışının təşkilinə yönəldilir, əldə olunan qazancdan onlara dividend (Şirkətin səhmdarları arasında bölünməli olan gəlirin bir hissəsi; hər bir səhmdarın payına düşən gəlir) veriləcək. Dividend ödənişi bir neçə ay davam edib. Həbib Axundov və Elnur İbrahimov dividend ödənişinin dayandırılmasının səbəbini izah etməyiblər.
Vətəndaşlar Ziya Vəliyev, Elvin Vəliyev, Sabir Ağayev, Fərman Məmmədov və Şahin Məhərrəmov H.Axundovla E.İbrahimovun şirkətinə yatırdıqları pulları geri tələb ediblər. Lakin pulları geri qaytarılmayıb. Məsələyə deputat Elmira Axundova qarışıb. Vətəndaşlara vəd olunub ki, məsələ həllini tapacaq. Bundan 3 gün sonra – 9 sentyabr 2013-cü ildə Elnur İbrahimov ölkədən çıxarılıb. Onun barəsində Daxili İşlər Nazirliyi (DİN) Baş Polis İdarəsinin İstintaq Şöbəsində CM-nin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb. Ötən il Elnur İbrahimov Moskvada həbs olunaraq Azərbaycana gətirilib, az sonra üzərində məhkəmə prosesi qurulub. Hazırda məhkəmə qeyd olunan şəkildə davam edir.
Oxşar xəbərlər
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 2024 22:41
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Azərbaycan millisi bu gün Bolqarıstanla üz-üzə gələcək
25 mart 2024 10:13
- Anar Nağılbazın atası dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
25 mart 2024 00:21
- Ordumuzun əsgəri intihar etdi
24 mart 2024 23:16
Xəbər lenti
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 13:54
- Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı
25 mart 13:49
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 13:47
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 11:29
Video & Fotoqalereya
Video
Fotoqalereya