“Amaliya xanıma ən ağır zərbəni Həsənağa Turabov vurdu”
AzNews.az “Morze əlifbası” adlı yeni layihəyə start verir. İlk qonağımız, əməkdar artist Əli Nurdur.
- Əli müəllim, bu günlərdə görkəmli aktrisa, xalq artisti Amaliya Pənahovanı itirdik. Amaliya Pənahova sizin üçün kim idi?
- Amaliya xanım Azərbaycan teatr sənətində öz dəsti-xətti ilə seçilən bir aktrisa idi. O, ilk dəfə, ikinci kursda oxuyanda mərhum rejissor Tofiq Kazımovun diqqətini çəkir. Tofiq Kazımov onu İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” tamaşasına baş rola dəvət edir.
Amaliya xanım teatra gələndə hamı ona baxırdı. Həddindən artıq incə, zərif bir qız idi. Sanki bir çiçək idi. Yaxınlaşmağa adam ürək eləmirdi. Fikirləşirdin ki, görəsən bu çiçəyi saplağı saxlaya biləcək? Belə bir çiçək o zərif bədənə neçə sığırdı? Universitetin 5-ci kursundan isə artıq tanınmış bir aktrisa idi, böyük rolların ifaçısı idi. Azərbaycan teatrında lirik-psixoloji obrazların ifaçısı kimi sevildi.
Amma yaradıcılığı kimi həyatı da keşməkeşli oldu. Həyat ona nələr yaşatmadı? Akademik Milli Dram Teatrının rəhbərliyi tərəfindən ona qarşı haqsızlıqlar oldu. Amaliya Pənahova çox qürurlu qadın idi, ona qarşı ittihamlarla barışmadı, 1990-cı ilin əvvəlində səhnəni tərk etdi.
- Bəs ona qarşı haqsızlıq edən kim idi?
- O vaxtkı teatrın rəhbərliyi, mərhum Həsənağa Turabov. Turabov o vaxt istedadlı aktyorları kütləvi şəkildə teatrdan çıxardı. Leyla Bədirbəyli, Sofa Bəsirzadə, Məhluqə Sadıqova, Zərnigar Ağakişiyeva, Səfurə İbrahimova, Məlik Dadaşov kimi aktyorlara haqsızlıq oldu. Onlardan da biri Amaliya Pənahova idi.
Həsənağa Turabov ən ağır zərbəni Amaliya xanıma vurdu. O, həyatından çox sevdiyi teatrdan ayrıldı. Həmin vaxt Akademik Milli Dram Teatrının səhnəsi Amaliya xanımın adı ilə bağlı idi. Amaliya xanım silsilə rollar oynamışdı, tamaşaçılar olduqca onu çox istəyirdi. Əlacsız qaldı, məcbur olub Bakı Bələdiyyə Teatrını yaratdı, ömrünü orada başa vurmağa qərar verdi. O, sığındığı teatrı vətənpərvər bir mədəniyyət ocağına çevirdi. Həmin teatr Azərbaycan sərhədindən çox-çox uzaqlarda da sevildi. Teatr Türkiyədə, İranda, Rusiyada qastrol səfərlərində oldu, yaxşı tamaşalar nümayiş etdirdi. Amaliya xanım aktrisa kimi öz şöhrətindən istifadə edib həmin teatrı daha da möhkəmləndirdi. Bu yaxınlarda Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş yubiley mərasimində yeganə teatr olaraq möhtəşəm tamaşa ilə çıxış etdilər. Oktyabrın 30-da həmin tamaşa Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olundu.
Amaliya xanımın Azərbaycan teatr sənətində xidmətləri olduqca böyükdür. O, dövlət tərəfindən də yaxşı qiymətini alıb. "Xalq artisti" fəxri adı, "Şöhrət" ordeni alıb. Prezident mükafatçısıdır. Çox təəssüf ki, Azərbaycan teatrı onu çox vaxtsız itirdi. Amaliya xanımın ölümünü eşidib sarsıldım, bəlkə də həyatımın ən qara xəbərlərindən birini aldım həmin gün...
- Onunla səhnədə tərəf müqabili olmusunuz?
- Amaliya xanımla bir çox tamaşalarda oynamışam. 1988-ci ildə “Qanlı Nigar” tamaşasında Amaliya xanım mənim xanımım, həyat yoldaşım idi. O, Nigar obrazında oynayırdı. Bundan əlavə, həyatda da dost idik. Onun uşaqlarının xeyir işlərində mən özüm iştirak etmişəm, aparıcı idim. Xeyirdə-şərdə onun yanında olmuşam.
Heyif səndən Amaliya… Çox heyif ki, vaxtında onu qoruya bilmədik. Onun həyat yoldaşı Yusif Muxtarov Azərbaycanın xalq artisti, gözəl diktoru olub. Çox xeyirxah bir insan idi. Amaliya xanımı da çox sevirdi, həmişə ona yaradıcılığında dəstək oldu. Son vaxtlarda isə Bakı Bələdiyyə Teatrına direktor təyin olunmuşdu. Onun ölümü də Amaliya xanımın ölümünü tezləşdirdi. O, Amaliya xanımın yeganə dərd, fikir ortağı idi.
- Yusif Muxtarovla Amaliya Pənahova harda tanış olublar?
- Yusif Muxtarov universitetin filologiya fakültəsində oxuyub. Amaliya Pənahovanı görəndən sonra gəlib İncəsənət Universitetinin rejissorluq fakültəsində oxumağa qərar verdi. Yusif müəllim Amaliya xanımı tələbəlik illərindən çox sevirdi. Onun üçün etməyəcəyi şey qalmamışdı. Amaliya xanım da bu sevgiyə cavab verdi. Onların iki gözəl balası dünyaya gəldi. Qızı indi şirkət sahibidir, oğlu da Azərbaycan dövlətini xarici ölkədə təmsil edir, səfirdir. Yəni demək istəyirəm ki, Amaliya xanımın gözəl ailəsi vardı. O, teatrı, səhnəni də ailəsi kimi dəlicəsinə sevirdi. Teatr onun ikinci ailəsi idi. Hər kəsin problemi ilə maraqlanırdı. Amma belə bir aktrisanın qədrini vaxtında bilə bilmədik.
- Amaliya Pənahova Akademik Milli Dram Teatrından acıq edib gedəndə kollektiv onu qaytarmağa cəhd elədimi?
- Düzdür, bizim də bu məsələdə müəyyən qədər günahımız oldu. Onu qaytarmaq lazım idi. Mən özüm onunla dəfələrlə müzakirə apardıq. Minnət də elədik. Həyatda iki cür ölüm var: bir var, adamı güllələyib öldürürlər, bir də var, mənəvi cəhətdən. Onu sındırdılar, Amaliya xanıma qarşı çox haqsızlıqlar etdilər. Həmin dövrdə Azərbaycan sahibsiz idi. Heydər Əliyev hakimiyyətə gələndən sonra Amaliya xanımın qiyməti verildi. Ona haqsızlıqlar olan ərəfədə teatr başlı-başına buraxılmışdı. Hərə özünü bir padişah elan edirdi. Ulu öndər deyirdi ki, “kiçik məmurlar özlərini padişah kimi aparanda fəlakət başlayır”. Həmin dövrdə hər bir idarə rəhbəri elə bilirdi əbədidir, özündən savadlı adamlara haqsızlıqlar edirdi. Həmin haqsızlıqların qurbanlarından biri də Amaliya Pənahova idi.
- Deməli, onun ömrünü qısalmasına səbəb həm də Akademik Milli Dram Teatrından uzaqlaşdırılması və oan qarşı edilən haqsızlıqlar olub?
- Bəli… O, hələ uzun illər yaşayacaqdı, gözəl obrazlar oynayacaqdı. Amaliya xanımı yaşadan həm də Akademik teatrın səhnəsi idi. Aktyorun hər yaşda rolları var. Onu uzaqlaşdırmaqla ölümə sürüklədilər. Bakı Bələdiyyə Teatrının səhnəsi olmasaydı, bəlkə də onu daha tez itirəcəkdik. Orada da müxtəlif rollar oynadı.
- Amaliya Pənahova necə bir qadın idi?
- Amaliya cəngavər, erkək qadın idi. Heç kim onun etdiyini edə bilməzdi, bacarmazdı da. Getdi və möhtəşəm bir teatr yaratdı. Ölənə kimi də teatrı yaşatdı. Amaliya xanım onun öhdəsindən gəldi. O vaxtdan bəri Akademik teatrda nə qədər tədbirlər keçirildisə, Amaliya Pənahova hamısına dəvət olundu. Amma o, bir dəfə də olsun, bu qapıdan girmədi. Sonuncu dəfə isə Amaliya bu səhnəyə çiyinlərdə gəldi. Öz arzuladığı rolu oynadı və çiyinlərdə də getdi. Heyif…
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- İlham Əliyev Putinə zəng etdi
24 mart 2024 20:37
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- Ürəyinizi qorumaq üçün 25 qayda...
24 mart 2024 06:59
- Leyla Bədirbəylinin Amerikada yaşayan nəvəsi
23 mart 2024 19:51
- Xaçmazda qadın özündən 39 yaş kiçik qohumu tərəfindən öldürüldü... VİDEO
23 mart 2024 18:31
- Sünbülə Əliyeva martın 20-də gecə saat 11 radələrində yaşadığı evdən aparılıb
22 mart 2024 18:26
- Azərbaycanda tanınmış şairi motosiklet vurdu: Ciddi xəsarət aldı - Foto
22 mart 2024 13:22
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41