Sabiq nazir: "Turqut Özalı KQB zəhərləyib"
İdman9 noyabr 2018 10:50
Türkiyənin VIII Prezidenti Turqut Özalın ölümü rusların işinə yarayıb.
Bu fikirləri Türkiyənin sabiq dövlət naziri Mətin Gurdərə deyib.
Mərhum Turqut Özalın zəhərlənərək öldürülməsi haqqında söz-söhbətlər heç vaxt siyasi gündəmdən çıxmayıb. İllər əvvəl Əhməd Özal və Qorqud Özal "öldürüldü” iddiaları ilə Turqut Özalın ölümünü təkrarən siyasi gündəmə gətirib və onun zəhərlənmə məsələsi yenidən diqqət mərkəzində olub.
Bu baxımdan sabiq dövlət naziri Mətin Gurdərənin hələ 10 il əvvəl Turqut Özalın ölümü haqqında danışarkən çox maraqlı fikirlər açıqlaması diqqətdən qaçmamalıdır.
Sabiq nazir bu haqda danışarkən bildirib ki, Ukraynada prezidentliyə namizədlərdən birini zəhərlədilər, həmçinin Londonda KQB-nin sabiq əməkdaşı zəhərləndi:
"O illərdə çox pərişan bir Rusiya vardı, yerlə sürünürdü. Türkiyə də Özalın sayəsində bayraq kimi dalğalanırdı. Daha sonra KQB imkanlarından istifadə edərək Putin Rusiyadakı rejimə əl qoydu. Onun liderliyində Rusiya toparlandı. Rus dərin dövləti yerlə sürünən ölkəyə müdaxilə etdi, öz namizədini hakimiyyətə gətirdi və Rusiya toparlandı. Öz dövlətini düşdüyü vəziyyətdən xilas etmək üçün hadisələrə daxil olan KQB o zaman gələcəyi Qafqaz və Orta Asiya olmadan bir məna kəsb etməyəcəyini anlayırdı. Turqut Özal ora gedəndə səhhətində problemləri yox idi. Ancaq oradan çox pərişan qayıtdı, xəstəliyi getdikcə gücləndi.
Gələcəyin Rusiyası üçün Orta Asiya və Qafqazda Türkiyənin təsirini azaltmaq üçün Özala qarşı bir zəhərlənmə əməliyyatı oldusa, onların vasitəsilə oldu. Əgər bir zəhərlənmə varsa, ancaq bu şəkildə ola bilər. Yəni Özala yeməklər hazırlanır. KQB-nin adamları yeməyə zəhər qatır və Özal Türkiyəyə qayıdanda pərişan olur, xəstələnir və vəfat edir. Tibbi baxımdan bunu araşdırmaq lazımdır”.
Özalın ölümünün rusların işinə yaradığını deyən sabiq dövlət naziri daha sonra qeyd edib ki, hadisədən illər sonra Orta Asiya və Qafqazda Türkiyənin təsiri azalıb:
"Əvvəl bizim təsirimiz daha güclü idi. Bu ölüm kimin işinə yarayıbsa, sui-qəsdin arxasında onları axtarmaq lazımdır. Mən Türkiyə daxilində Özala qarşı belə bir əməliyyatın ola biləcəyini ehtimal etmirəm. Əgər varsa, Rusiyanın İtaliya məxfi xidmətinin vasitəsilə Orta Asiya və Qafqazda təkrar təsirini gücləndirmək məqsədilə Özala belə bir sui-qəsd edə biləcəyini ehtimal edirəm. Özal nə dərin dövlətlə, nə də bu işi edə biləcək digər güclərlə qarşıdurma halında deyildi. Əksinə, bütün güclərlə liberal münasibətdə idi. Özal gücü və təsirindən heç bir zaman qarşısındakı insanı əzmək və sındırmaq üçün istifadə etməzdi. Bu səbəbdən də belə bir düşmənin olacağını düşünmürəm. Türkiyədə kimnsə belə bir sui-qəsd təşkil etsəydi, uduşu nə olardı?”.
Turqut Özalın 5 ölkəyə baş tutan 12 günlük Türküstan səfərindən sonra vəfat etdiyinə diqqət çəkən Mətin Gurdərə əlavə edib ki, dedikləri həqiqətdirsə, türk kəşfiyyatı artıq bu informasiyanı faktlarla əldə edib:
"Ancaq bu informasiyanı sonradan əldə etsən belə, nə edəcəksən? Bunu əsla açıqlaya bilməzsən. Bir az irəli getsən "prezidentinizi qoruyardınız, biz bunu etmədik” deyərlər. Beynəlxalq siyasətdə məsələlər belədir. Nəticə budur ki, Türkiyə çox əhəmiyyətli bir dövlət adamını itirdi. Yalnız itirmədi, həm də Orta Asiyada təsirini azaltdı”.
Mənbə: Teleqraf.com
Oxşar xəbərlər
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 2024 10:29
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 2024 20:53
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 2024 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 2024 09:49
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 2024 11:41
Xəbər lenti
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
Video & Fotoqalereya
Video
Fotoqalereya