BSU-da Dövlət Bayrağı gününə həsr olunmuş elmi seminar keçirilib
BSU-da Dövlət Bayrağı gününə həsr olunmuş elmi seminar keçirilib
Noyabrın 2-də Bakı Slavyan Universitetinin Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş elmi seminar keçirilib. Seminarın əvvəlində Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Dəyirmi masanı giriş sözü ilə açan Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Sadir Məmmədov üçrəngli bayrağımızın 100 illiyi münasibətilə hər kəsi təbrik edib. S.Məmmədov bildirib ki, 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. O bildirib ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı sayılan bayraq xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.
Elmi seminarda çıxış edən BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova Qarabağ müharibəsində şəhid olan vətən oğullarının əziz xatirəsini yad edərək onların bayraq uğrunda, Azərbaycanın müstəqilliyi uğurunda sonadək vuruşduqlarını deyib, həmin şəhid oğulların sırasında Bakı Slavyan Universitetinin məzunlarının da olduğunu xatırladıb. X.Sultanova Dövlət Bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin şərəfi, qeyrəti olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığını dilə gətirib.
Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd milli istiqlal ideologiyamızın tarixindən, Əli bəy Hüseynzadənin müəllifi olduğu üç təməl prinsipini təşkil edən “türkçülük, islamçılıq və müasirlik” formulunun mahiyyətindən söz açıb.
Azərbaycan tarixi və ictimai elmlər kafedrasının dosenti Ərzuman Əmirov tarix böyu mövcud olan dövlətlərin atributlarından danışaraq qeyd edib ki, üçrəngli bayraq respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, irimiqyaslı ictimai-siyasi toplantılarda və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.
Sonra “Gənc azərbaycanşünaslar” dərnəyinin sədri Nigar Quliyeva “Azərbaycanın rəmzi olan dövlət bayrağının yaranma tarixi” barədə məruzə ilə çıxış edib. Dərnəyin üzvlərindən pedaqoji fakültənin I kurs tələbəsi Fidan Sultanovanın “Azərbaycan müstəqillik dövrü və Dövlət bayrağı”, Xalidə Həsənovanın “Heydər Əliyev və 9 noyabr” adlı çıxışları dinlənilib.
Pedaqoji fakültənin dekan müavini Zoya Cəbrayılova Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə BSU-da keçirilən maarifləndirici tədbirləri yüksək qiymətləndirərək gənclər üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlığını bildirib. Tələbələri daim vətəni sevməyə, öz tarixini, milli dəyərlərini dərindən öyrənməyə səsləyən Z.Cəbrayılova üçrəngli bayrağımızın 100-cü ildönümünə görə iştirakçıları təbrik edib.
BSU-nun Mətbuat Xidməti
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Anar Nağılbazın atası dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
25 mart 2024 00:21
- Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar - VİDEO
24 mart 2024 05:58
- Sahibə Qafarova və Alen Simonyan arasında görüş keçirilib - YENİLƏNİB
22 mart 2024 20:18
- Mayda ƏFV olacaq ..?
22 mart 2024 19:41
- Bab və babilik: Bir tarixi hadisənin izi ilə
21 mart 2024 23:10
- Prezident Tənzilə Rüstəmxanlını təltif etdi - FOTO
21 mart 2024 23:00
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41