Rüfət Aslanlının 200 min dollarlıq qol saatı, 150 minlik maşını (FOTOLAR)
Hadisə18 oktyabr 2018 11:03
Bir neçə gün əvvəl virtualaz.org unikal videoyazı paylaşmışdı.
Videodan görünürdü ki, Maliyyə Bazarlarına Nəzarət Palatanın başçısı Rüfət Aslanlı özünün, dəyəri 150 min dollara yaxın olan 10 SN 003 nömrəli göy idman "Porsche”sində idarənin həyətinə necə girir. Özü də bu vaxt onu, xüsusi əhəmiyyətli şəxs kimi, hökumət nömrəli "Range Rover” müşayiət edir. Rüfət Aslanlı öz "sportkar”ından çıxır və dərhal polis ona, sanki generalı qarşılayırmış kimi, hərbi salam verir...
Ümumiyyətlə, bu məmurun marazmatik narsizmə çatan həddən artıq şöhrətpərəstliyi haqda Azərbaycanda çoxdan söz-söhbət gəzirdi. Hələ bir il əvvəl yerli KİV Grand Vin de Bordeux şirkəti tərəfindən xüsusi olaraq Rüfət Aslanlı üçün istehsal edilmiş Maison (Mezonu) fransız şərab butulkası haqda yazı dərc etmişdi. Demə, o, nadir və kolleksiya şərablarının böyük bilicisi imiş. Adını daşıyan şərabın butulkası qraf de Lafer Aslanlıya beş min avrodan az olmayan məbləğə başa gəlmişdi...
R.Aslanlının hədsiz ambisiyalarını orta əl məmurunun orta əsr aristokratiyasını yamsılayan şəxsi ailə gerbi yaratması da təsdiq edir. R.Aslanlının şərabının etiketini nərdivana dırmaşan gənc şirin təsvir olunduğu həmin gerb bəzəyir.
Rüfət Aslanlının korrursiyaya qurşandığına və cah-calala sevgisinə virtualaz.orq-a məlum olan yeni faktlar da şahidlik edir: internetdə əlçatan bütün rəsmi şəkillərdə bu məmurun qolunda dəyəri milyonlarla dollarla ölçülən bahalı saatlar var.
Virtualaz.org-un redaksiyası ekspertlərin köməyi ilə kiçik araşdırma aparıb və aydınlaşdırıb ki, Rüfət Aslanlısının təkcə ictimaiyyətə nümayiş etdirdiyi saatların ümumi dəyəri milyonlarla dollarla ölçülür.
CBS telekanalına müsahibələrinin birində məmur kamera qarşısına Parmigiani Fleurier Kalpa-nın qiyməti 50-150 min dollar arasında dəyişən saatı ilə çıxmışdı.
Maliyyə Bazarlarına Nəzarət Palatasının iclasından çəkilmlş başqa şəkildə Rüfət Aslanlının qolunda Tourbillon-un 200 min dollar dəyəri olan saatını görmək olar.
Rüfət Aslanlı şəxsi iş kabinetində kamera qarşısında Patek Philippe Nautilus-un 53 min dollar dəyəri olan daha bir unikal saatını göstərir. Rüfət Aslanlının Vacheron Constantin Perpertual-dan olan başqa bahalı saatının qiyməti isə 88 min dollardır...
Şübhəsiz, bu gün lüks saatlar onların sahibinin sosial statusunun markeri funksiyasını yerinə yetirir. Bahalı saat bahalı maşın kimi, hakimiyyətin və onun imkanlarının statusunun simvoluna çevrilib. Halbuki mədəni ölkələrdə belə şeylərdən çoxdan imtina ediblər. Bütün bunlar orada zövqsüzlüyün və Allahlıq iddiasının əlaməti hesab edilir.
Bu yerdə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun vaxtilə ABŞ-da lobbi fəaliyyətini həyata keçirən oğlu Anar Məmmədovla bağlı bir hadisəni xatırlatmaq yerinə düşərdi. Azərbaycan-Amerika İttifaqı təşkilatının başçısı olaraq, bir dəfə o, əfsanəvi senator Con Makkeynlə görüşməli imiş. Bu cavan da cah-calala və çox bahalı saatlara sevgisi ilə məşhur idi. Əhəmiyyətli görüşdən əvvəl tanıyan insanlar nazir oğluna məsləhət görüblər ki, öz bahalı saatını çıxarsın və əvəzinə 20-30 dollarlıq adi bir saat taxsın. Məsələ ondadır ki, senator Makkeyn cah-calalın nümayişinin istənilən formalarına ikrahla yanaşırdı.
Amma Anar Məmmədov məsləhətləri, tövsiyələri dinləməyib. Və... uzun sürməyən görüşdən sonra senator "bu məmur oğlunu" bir daha onun yanına buraxmamaq barədə göstəriş verib.
Bəli, bahalı saatlar sahibləri ilə qəddar zarafat edə bilərlər. Xüsusilə əgər onların əldə olunmasına xərclənən pulların mənşəyini izah edə bilmirlərsə. Maraqlıdır, Rüfət Aslanlı bunu edə bilərmi? Çünki ədalətli sual yaranır: orta əl məmurunda milyonlarla dollarlıq saat kolleksiyası haradandır? Özü də ölkənin maliyyə sektorunun böhrandan sonra təzəcə düzəlməyə başladığı bir dönəmdə!
Oxşar xəbərlər
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- Gözəllik müsabiqəsinin qalibi də həlak olub - Fotolar
24 mart 2024 05:39
- Terrorçuların daha bir vəhşiliyi üzə çıxdı - Qaçarkən uşağı...
23 mart 2024 22:09
- Moskvadakı terrorda şübhəli bilinənlər belə həbs edildi –Saxlanılan zaman çəkilən FOTOLAR /VİDEO
23 mart 2024 14:36
- Terrorda şübhəli bilinən 2 nəfər saxlanılıb, 4-ü axtarılır - Fotolar
23 mart 2024 14:05
- Emindən ilk - Reaksiya
23 mart 2024 08:04
- Araz və Emin Ağalarovlar hadisə yerində - Fotolar
23 mart 2024 07:54
Xəbər lenti
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
Video & Fotoqalereya
Video
Fotoqalereya