Şeyxin qudasının başı dərddə: Haqqında araşdırma gedir
Maqazin13 oktyabr 2018 13:46
Sabiq deputat Hacı Qalib Salahzadənin barəsində Daxili İşlər Nazirliyi (DİN) İstintaq İdarəsinin Ağır Cinayətlərin İstintaqı İdarəsində araşdırma aparılır.
musavat.com xəbər verir ki, Hacı Qalib Salahzadə vətəndaş Seymur Quliyevin 3 və 2 mərtəbəli evlərini yerlə bir olunması, evlərin talan edilməsi, evlərdən əşyaların oğurlanması, həyətdəki ağacların, su quyusunun dağıdılması işi üzrə dindirilir.
Bundan başqa sabiq deputat saxta sənədlə Bilgəh qəsəbəsində bağ torpaq sahəsi satmaqda iştirakçılıq işi üzrə də ifadə verib. Hazırda fakt üzrə Cinayət Məcəlləsinin 186-cı – əmlakı qəsdən məhv etmə və ya zədələmə və 188-ci – torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma maddələri ilə cinayət işi davam etdirilir.
Şikayətçi Seymur Quliyev deyir ki, Baş Prokurorluqda əmlakının dağıdılması ilə bağlı cinayət işi başlanıb. İş materialları istintaq olunmaq üçün Daxili İşlər Nazirliyi İstintaq İdarəsinə göndərilib. Seymur Quliyevin sözlərinə görə Hacı Qalib Salahzadə iş üzrə bir neçə dəfə dindirilib və onunla üzləşdirilib. Seymur Quliyev istintaqa onun əmlakının məhz Hacı Qalib Salahzadə tərəfindən zəbt edilərək dağıdılmasını israrla bildirib, faktlar təqdim edib. 10-a yaxın şahid də Seymur Quliyevin dediklərinin təsdiq ediblər. Hacı Qalib Salahzadə isə deyib ki, həmin ərazi qardaşının istifadəsində olub. Seymur Quliyev Hacı Qalibin dediklərinin növbəti uydurma olduğunu deyir. Bildirir ki, Hacı Qalib Salahzadə onun əmlakını saxta sənədlərlə qardaşının həyat yoldaşı Rəhilə Kamal qızı Salahzadənin adına keçirib. Lakin bu günə qədər Rəhilə Salahzadə istintaqda dindirilməyib.
"Biz tələb edirik ki, Rəhilə Salahzadə istintaqa çağırılsın və dindirilsin. Bilinsin ki, həmin saxta sənədlə mənim torpağım onun adına necə rəsmiləşib? Torpaq, üzərində 2 mülk, ağaclar, su quyusu, böyük hovuz necə boş bir ərazi kimi bu qadının adına keçirilib? Azərbaycan hüquqi dövlətdir və bu məsələlər araşdırılıb ortaya həqiqət çıxarılmalıdır. Qalib Salahzadə mənim torpağımla yanaşı qonşum Nurid Əliyevin torpağını da zəbt edib və onun da əmlakını darmadağın edib. Həmin əmlakı da saxta sənədlə özünün nənəsi Kübra Mirəbdül qızının adına rəsmiləşdirmişdi. Qalib Salahzadə ilə yanaşı həmin o 2 xanım qohumu da dindirilməlidir ki, həqiqət üzə çıxsın” – deyə Seymur Quliyev bildirir.
Seymur Quliyev deyir ki, Hacı Qalib Salahzadə Milli Məclisin deputatı olduğu dövrdə vətəndaş olaraq onun mülkünü zəbt etməklə Azərbaycan Konstitusiyasını saymadığını ortaya qoyub.
"Bilgəhdə hamı bilir ki, ora bizim torpağımız, evimizdir. Əlimdə Azərbaycan dövlətinin verdiyi sənədlər – kupça var. Bizim həyətdə olan su quyusunun belə sənədləri var. O quyudan ətrafda yaşayanlar bizim icazəmizlə istifadə edirdilər. Qalib Salahzadə evlərimi dağıdıb, həyəti söküb, su quyusunu belə zir-zibillə doldurub. Bizim həyətimiz qayalıqda idi. Qalib Salahzadə qayaları belə darmadağın edib. Bunu Bilgəhdə hamı bilir. Qalib Salahzadə 7 ildir ki, mənim mülkümü zəbt etməklə darmadağın edib. Mən Azərbaycan dövlətini sabiq deputata qanunların gücünü göstərməyə, mənim vətəndaş olaraq pozulan mülkiyyət hüququmun bərpa edilməsinə çağırıram. Baş prokuror Zakir Qaralovdan, daxili işlər naziri Ramil Usubovdan xahiş edirəm bu işi öz nəzarətlərinə götürüb araşdırılmasını təmin etsinlər.
7 ildir ki, mən Konstitusiyamızda təsbit olunan mülkiyyət hüququmu bərpa edə bilmirəm. Hacı Qalib Salahzadə məni öz mülkümdən daşa basmaqla qovub. Əlimdə bunu təsdiq edən video da var. 3 mərtəbəli evimi buldozerin qabağına verib dağıdıb. Hazırda mənim mülkümü dayanacaq kimi istifadə edir. Orada hovuz inşa etdirmişdim, dekorativ ağaclar əkdirmişdim, 2 ev inşa etdirmişdim.
Zor gücünə torpağım zəbt olunub, əmlakım darmadağın edilib. Mən Azərbaycan dövlətindən baş verən qanunsuzluğun qarşısının alınması üçün vətəndaş olaraq dəstək, kömək istəyirəm”.
Seymur Quliyev ölkə rəhbərliyinə də müraciət ünvanlayıb. Həmin müraciəti də redaksiyamıza təqdim edəcəyini bildirib.
Qeyd edək ki, Hacı Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Allahşükür Paşazadənin qudasıdır.
Oxşar xəbərlər
- Bu gün ilk Qədr gecəsidir
28 mart 2024 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 2024 10:49
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- İtaliyada XVI əsrə aid qadın VAMPİR-in siması bərpa edildi
25 mart 2024 10:42
Xəbər lenti
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
Video & Fotoqalereya
Video
Fotoqalereya